Ramil Səfərov gündəmini Cennifer Lopes dəyişdi

 
Ramil Səfərov gündəmini Cennifer Lopes dəyişdi

Avqust ayının son günü 31-də Ramil Səfərovun Azadlığa çıxması ölkə gündəmini dəyişdirdi. O, Macarıstandakı həbsxanadan Bakıya ekstradisiya olundu. Sonra prezident İlham Əliyevin sərəncamı ilə əfv olunan Ramil Səfərovun qayıdışına ölkənin bütün təbəqələri reaksiya verdi. Çox az istisnalarla hər kəs bunu müsbət hadisə kimi dəyərləndirdi. Ramil Səfərova 8 il yarım müddətində toplanmış maaşı və ev təqdim edildi. Daha sonra Səfər Əbiyevin sərəncamı ilə Ramilə mayor rütbəsi verildi. Ramil Səfərovun atası Sahib Səfərov qeyd etmişdi ki, Ramilin belə tezliklə gələcəyini gözləmirdi.

Artıq sentyabr ayının son günləri yaxınlaşır. Demək olar ki, Ramil Səfərov məsələsi son 24 gündür gündəmdən düşmür. Ayın ortalarına yaxın gündəmi yeni dərs ili, tıxaclar kimi problemlər tuturdu ki, bu səfər Ramil Səfərov məsələsi başqa cür gündəmə gəldi. 14 sentyabrda Yeni Azərbaycan Partiyasının iqamətgahında 18 siyasi partiya birgə müraciət imzaladı. Sənəd imzalanan gündən gündəm yenidən qızışdı. Xüsusən də müxalifətin ünvanına tənqidlər bir-birinin ardınca dayanmaq bilmədi.

Nəhayət, Cennifer Lopesin Bakıya gəlməsi gündəmi dəyişdi. Artıq Ramil Səfərov məsələsi gündəmdən düşüb, onun yerini Cennifer Lopes əvəz edir. Deyilənə görə, Müsavat Gənclər Təşkilatı növbədənkənar yığıncaq keçirərək, Nigar Yaqublunun həbsiylə bağlı qadınlar arasında dünya çempionatının keçirilməsi ilə əlaqədar FİFA, UEFA-ya və bu çempionatın açılışı münasibətilə Bakıya gələn Cenifer Lopezə müraciət ünvanlayacaq.

Amma indi xəbərlər yayılır ki, nəzərdə tutulmuş müraciətlə bağlı Cennifer Lopez rəsmi açıqlama verib. Bildirib ki, siyasətə heç vaxt qarışmayıb. O, adının siyasi partiyaların işində hallanmasında maraqlı deyil. Belə-belə işlər...

Hə, tam unutmuşdum. Cennifer buradan birbaşa Belarusa yollanacaq. Belarus dedim, yadıma Məzahir Pənahov düşdü. Həə, bizim bu Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu deyirəm. Bu yaxınlarda o, Belarus Milli Məclisinin Nümayəndələr Palatasında keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edib. Onun dediyinə görə, Belarus Mərkəzi Seçki Komissiyasının peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. Məntəqələrdəki komissiya üzvləri çox savadlı insanlardır və öz işlərini yaxşı bilirlər”.

Hətta Pənahov deyir ki, Belarusda kəndlərdə insanlar məhz vaxtından əvvəl səs verməyə gəlirlər.

Belarusun seçkiləri hansı tələblərə cavab verir bilmirəm, amma dəqiq bilirəm ki, Azərbaycan standartlarına cavab vermir.

Məzahir müəllimin xəbəri yoxdur ki, bizdə insanlar seçkiyə nəyin ki, vaxtından əvvəl hətta lap çox əvvəl qoşulurlar. Bizdə seçilən namizədlər hələ 5-6 il əvvəlcədən məlum olur. Seçicilər öz namizədlərini 5-6 il əvvəlcədən seçirlər. Bunun üçün heç seçki məntəqəsinə də getməyə ehtiyac yoxdur. Seçkinin keçirilməsi, kağız-kuğuz işləri, seçkiyə getmək bizim işimiz deyil. Belarus kimi geridə qalmış ölkələrin işidir.

İndi Cennifer də Belarusa gedir.

deyerler.org


Geri dön

Nuray2012

  • 27 sentyabr 2012 17:37
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
hmm menimcun ele deyil,hec Cennifer yadimada dusmur xosumda gelmir ondan

--------------------

solnuska

  • 27 sentyabr 2012 02:42
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
melumata gore twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 26 sentyabr 2012 23:13
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
melumat gore sagol

--------------------

Prank girl

  • 26 sentyabr 2012 21:38
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tewekkurler....

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

PSIXOPATKA

  • 26 sentyabr 2012 18:19
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
EHHHH ELE BIR DUNYANI ALIB MARSINDA BEHIN VERB wink

--------------------

Willow smith

  • 26 sentyabr 2012 17:50
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Amma men bawqa cur fikirlewirem neinki adi geden mugenni? hetta kim gelir gelsin Ramil Seferov hemiwe gundemdedi cunki o ureklerdedi amma Jennifer ise 5 gun uzagi 1 ay gundemde ola biler.Cox xaiw edirem bir de ele-bele adamlarla Ramili eyni pilede gormeyin.
Bu werhi yazmaqla muellifi tehqir etmirem haaa sadece xaiwimi yaziram sehv bawa duwmuyun.

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 26 sentyabr 2012 16:44
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Tewekkurlr

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Gözlüklü

  • 26 sentyabr 2012 16:22
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Hm cox sag olun

✰Dгeaм✰

  • 26 sentyabr 2012 16:10
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol.....

GULCIN_ROSE

  • 26 sentyabr 2012 15:25
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
men onu cox sevirem ...........xestesiyem

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

GuNaY_83

  • 26 sentyabr 2012 15:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler....

--------------------

Avril_lavigne

  • 26 sentyabr 2012 15:05
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
İndi Cennifer də Belarusa gedir.

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

...BARSA FANATI....

  • 26 sentyabr 2012 14:59
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}