ANS Ulviranı qovdu və üzr istədi

 
ANS Ulviranı qovdu və üzr istədi

Bir neçə gün öncə sözügedən verilişdə qeyri-etik ifadələrin işlədilməsi həmin verilişin bağlanmasına səbəb olub. Bununla bağlı ANS Şirkətlər qrupu bəyanat verib. Anspress-in yazdığı məlumata görə, bəyanatda deyilir: “Hər şey sentyabr ayının 17-i və 18-də ANS TV-nin “İkinci Həyat” verilişində baş verən gözlənilməz və xoşagəlməz hadisədən başladı. Belə ki, verilişin qonaqlarından bəziləri söz azadlığını “hər şeyə icazə olar” kimi anlayaraq, özlərini Azərbaycan xalqının milli dəyərlərindən qat-qat aşağı səviyyədə apardılar və etik normalardan uzaq ifadələrə yol verdilər”.

Bu faktları dərhal qeydə alan Milli Televiziya və Radio Şurası ANS TV-nin Baş direktoru Mir Şahin Ağayevi quruma dəvət edib və ona rəsmi xəbərdarlığını çatdırıb. Prosesin ardını Mir Şahin Ağayev belə izah edib: “Mən dərhal təcili toplantı keçirdim və elan edilmiş xəbərdarlığı verilişin yaradıcı heyətinin və struktur rəhbərlərinin nəzərinə çatdırdım. Birbaşa efirdə baş vermiş bu hadisənin araşdırılması və səbəbkarların ciddi cəzalandırılması məqsədilə müvafiq tapşırıqlar verdim. Bu müşavirədə onu da qeyd etdim ki, bu hadisə təsadüfi olmaya da bilər. Hətta mümkündür ki, burada ANS TV-nin imicinə zərbə vurmaq istəyən qüvvələrin, rəqabəti qaydasız aparan kimlərinsə əli ola bilsin. Verilişin aparıcısı və prodüserinə xəbərdarlıq elan edildi və buna görə daha diqqətli olmağı tələb etdim".

ANS TV-nin sədri Mais Məmmədov problemin alt qatı barədə danışdı: “O zaman üçüncü qüvvələr versiyası üzərində o qədər də dayanmadıq. Amma görünür nahaq yerə. Çünki sentyabr ayının 19-da rəsmi xəbərdarlıqdan cəmi bir neçə saat sonra “İkinci həyat” verilişində daha böyük fövqəladə hadisə baş verdi. Bu dəfə verilişin birbaşa efirinə telefonla qoşulan iştirakçı nalayiq tərzdə küçə söhbətini və etikadan kənar çıxan "Səni görüm yanasan, səni görüm badımcan... özünə!" cümləsini səsləndirdi. Baxmayaraq ki, burada, necə deyərlər, heç nə adı ilə çağırılmamışdı, amma artıq olan olmuşdu, efirə təxribat yol tapmışdı. Aparıcının müdaxiləsi və həmin şəxsə özünü ələ almaqla bağlı xəbərdarlığına baxmayaraq ANS-in tamaşaçıları təhqir olunmuşdu. Bu zaman biz bir neçə saat əvvəl keçirilən müşavirədə hadisənin 3-cü qüvvələr və ya Azərbaycan xalqının düşmənləri tərəfindən törədilə bilmə ehtimalı barədə deyilənləri xatırladıq".

Bu hadisələri şərh edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ANS PRESS-ə bunları deyib: “Öz hərbi reportyor təcrübəmdən bilirdim ki, mərmi eyni yerə təkrar düşmür. Amma görünür düşürmüş. Fikrimcə, efirə ciddi şəkildə hazırlanaraq həyata keçirilmiş təxribat yol tapıb. Mən bunu Azərbaycanın daxili və ya xarici düşmənlərinin etdiyi barədə uzun-uzadı müzakirə açmaq niyyətində deyiləm və ANS-in ölkədə və ölkədən kənarda vətənpərvərlik missiyası apardığına görə maraqlı dairələr və özünü qolu zorlu hesab edən rəqiblər tərəfindən əvvəldən hazırlanmış təxribatın hədəfi olduğunu inkar etmək də istəmirəm. Amma 3 gün ərzində baş vermiş üç oxşar hadisə başqa cür düşünməyə, sadəcə, mane olur. Hörmətsiz insanlar anlamalıdırlar ki, onlar ANS-i yox, Azərbaycan xalqını təhqir edirlər. Və mən fürsətdən istifadə edərək, bu provakasiyaya görə ANS-in çoxmilyonlu tamaşaçı auditoriyasından üzr istəyirəm. Görünür, Azərbaycanın və onun qabaqcıl şirkətlərinin inkişafını hələ uzun müddət düşmənlərimizin gözü götürməyəcək. Ona görə də, millət olaraq çox diqqətli olmalıyıq.

Məlumat vermək istəyirəm ki, baş vermiş hadisəyə görə ANS əməkdaşlarının da məsuliyyəti az deyil. Milli Televiziya və Radio Şurasının xəbərdarlığından sonra onlar ciddi xəbərdarlıq alıb, lakin təkrar olunan hadisəyə görə, verilişin yaradıcı heyəti tam tərkibdə işdən azad olunub, proqramın yayımı hələlik dayandırılıb. Onun formatını dəyişdirilməsi istiqamətində təkliflər hazırlamaq tapşırığı verilib. Veriliş yeni yaradıcı heyətlə davam edəcək. ANS Beynəlxalq TV Yayım Assosiasiyasının üzvü olaraq, biz birinci növbədə ora, habelə dünyanın müxtəlif ölkələrinə, o cümlədən Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər. Nəticədə çox faydalı biliklərə malik olduq ki, onları da Milli Televiziya və Radio Şurası ilə bölüşmək fikrindəyik ki, belə hadisələr ölkəmizdə bir də təkrar olunmasın”.


Vahid Mustafayev baş verən hadisələri xalqın deyil, ayrı-ayrı nalayiq şəxslərin və qaydalar çərçivəsində mübarizə aparmaq imkanında olmayan qüvvələrin işi kimi səciyyələndirib. “Bir daha belə hadisələrə ANS-in efirində yol verilməyəcək. Bu hadisələrdə iştirak edən şəxslərlə Azərbaycan qanunvericiliyinin bütün qüvvəsi ilə mübarizəmizi sona çatdıracağıq. İnşallah!”


Geri dön

✰Dгeaм✰

  • 30 sentyabr 2012 23:15
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
Meqaleye gore tesekkurler

Nuray2012

  • 27 sentyabr 2012 16:58
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore,maraqli olmadi

--------------------

.♣.Chrysalis.♣.

  • 26 sentyabr 2012 23:48
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
fellow ....................

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

adsiz2

  • 26 sentyabr 2012 23:06
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
oxumadim zehlem gedir. yaxsi olar

--------------------

Prank girl

  • 26 sentyabr 2012 21:32
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Oxumadim Melumat ucun cox sag olun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 26 sentyabr 2012 19:01
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
lap yaxwi)))) tewekkurelr melumata gore

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

solnuska

  • 26 sentyabr 2012 18:09
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
tewekkurlerrrrrrrr

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

PSIXOPATKA

  • 26 sentyabr 2012 18:08
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
COX SAGOLUN...

--------------------

2580

  • 26 sentyabr 2012 18:06
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
LAP YAXSI OLUB XEBERE GORE TSK

Best wishes

  • 26 sentyabr 2012 17:41
  • Məqalə: 0
  • Şərh: 59
  • Bal:
{awards}
Xebere gore twk

Canim Gunkam

  • 26 sentyabr 2012 17:38
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
lap yaxwi)..twk)

ღ★Diamond★ღ

  • 26 sentyabr 2012 16:50
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Vahid Mustafayev baş verən hadisələri xalqın deyil, ayrı-ayrı nalayiq şəxslərin və qaydalar çərçivəsində mübarizə aparmaq imkanında olmayan qüvvələrin işi kimi səciyyələndirib. “Bir daha belə hadisələrə ANS-in efirində yol verilməyəcək. Bu hadisələrdə iştirak edən şəxslərlə Azərbaycan qanunvericiliyinin bütün qüvvəsi ilə mübarizəmizi sona çatdıracağıq. İnşallah!”

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 26 sentyabr 2012 16:31
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

Gözlüklü

  • 26 sentyabr 2012 16:12
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Oxumadim Melumat ucun cox sag olun

✰Dгeaм✰

  • 26 sentyabr 2012 15:58
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Melumat ucun cox sag ol...

Azer24

  • 26 sentyabr 2012 15:44
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
Umumiyyətlə bu veriliş dayandırılsa daha yaxşı olar!

GuNaY_83

  • 26 sentyabr 2012 15:07
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

...BARSA FANATI....

  • 26 sentyabr 2012 15:07
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol melumat ucun...

Avril_lavigne

  • 26 sentyabr 2012 15:07
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Buyurun.........

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

nuray88

  • 26 sentyabr 2012 15:04
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
zehlem gedir bu aparicidan

Avril_lavigne

  • 26 sentyabr 2012 14:54
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
twwwwwwwwwwwwwwwwk

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 42
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 61
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}