Boyu necə uzatmalı?

 
Boyu necə uzatmalı?

Övladınızın boyu balacadırsa, "zamanla boyu artar, bizdə qısaboylu yoxdur" deyib keçməyin...

Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 164,1 sm olub. Amma zaman keçdikcə, elə bil insanlar cılızlaşırlar. Bəs bunun səbəbi nədir?

Mütəxəssislər boy cılızlaşmasını daxili və xarici faktorların təsiri ilə əlaqələndirirlər. Pediatr-endokrinoloq Afət Abbasova deyir ki, bəzən insanlar boyun qısalığını nəsildən gələn amil kimi dəyərləndirsələr də, bu, səhv fikirdir. Onun sözlərinə görə, düzgün müalicə metodları ilə uşaqların boyunu uzatmaq imkanları mövcuddur. Uşaqların normal boya sahib olub-olmamasını yaşıdlarının boyu ilə müqayisə edib dəyərləndirmək mümkündür. Düzgün qidalanma, mədə-bağırsaq, böyrək xəstəlikləri, ürək qüsuru olan uşaqların səhhətinə zamanında müdaxilə edilmədikdə, bu, qısaboyluluğa gətirib çıxarır.

Həkim bildirir ki, valideynlər uşaqlarının gələcəkdə qısaboylu olmasını istəmirsə, uşağın yetkinlik dövrünə qədər onun boyunun artma surətini nəzarətdə saxlamalı, lazım gəldikdə düzgün müalicə üsullarına baş vurmalıdır. "Ana övladının illik böyümə surətinə baxmalı, həmyaşıdlarının boyu ilə müqayisə etməli, paltar və ayaqqabılarının kiçilməsinə nəzarət etməli, evdə övladı üçün boy cədvəli tərtib etməli və əgər bir problemlə qarşılaşarsa, "zamanla boyu artar, bizdə qısaboylu yoxdur" deyib arxayınlaşmamalı və boy artımı zəif inkişaf edən övladını mütləq həkimə göstərməlidir".

Övladlarınızın ideal boya sahib olub-olmamasını bilmək üçün hər iki valideynin boyunun toplanmasından 13 çıxılaraq, alınan rəqəmi 2-yə bölün. Aldığınız cavab övladınızın ideal boy ölçüsüdür. Oğlanlarda normal böyümə 1 yaşına qədər ildə 25 sm, 1-2 yaş arası - ildə 10-12 sm, 2-4 yaş arası - ildə 6-8 sm, 8-12 yaş arası - ildə 5 sm-dir. Həddi-büluq dövründə oğlanların böyümə surəti 20-25, qızların isə 15-20 sm-dir.

Həkim-terapevt Bəsti Əlməmmədova isə bildirir ki, insanın irəlidə nə qədər boya sahib olacağı əslində onun DNT-sində kodlaşdırılıb. Əgər hər hansı bir xəstəlik, hormonal çatışmazlıq, balanssız qidalanma kimi səbəblər yoxsa, genetik olaraq təyin olunan boya çatmaq mümkündür. "Genlərinizdə boy uzunluğu 165 sm olaraq təyin olunmuşsa, siz nə qədər idman etsəniz və ya nə qədər sağlam həyat təkliflərini tətbiq etsəniz belə, boyunuzu 180 sm etməniz mümkün deyil. Amma bəlkə 5-10 sm daha uzun olmanızı təmin edə bilər. Təbii ki, bunun üçün yetkinlik çağını keçməmiş olmalı və bədəninizdə xəstəlik və ya hormonal çatışmazlıq olmamalıdır. Əgər boyunuzun qısalığı xəstəlikdən və ya hormon çatışmazlığından qaynaqlanırsa, xəstəliyin müalicəsi və ya hormon müalicəsi ilə normal boya çata bilərsiniz".

Həmsöhbətimizin dediyinə görə, uşağın irəlidə normal boya çata bilməsi üçün hamiləlik dönəmində ananın balanslı qidalanması mütləqdir. Ana xüsusilə hamiləliyin ilk 3 ayında balanslı qidalanmasa, körpə az çəkidə dünyaya gələr. Azçəkili körpələr ilk aylarda infeksiyalara qarşı müvazinətsiz olduğu üçün daha tez xəstələnirlər ki, bu da onların inkişafına mane olur.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, Azərbaycanda dünya təcrübəsində tətbiq olunan - qidanın zənginləşdirilməsi metodunun təqbiq edilməsi çox önəmlidir. Dünyanın 135 dövlətində əsasən un, süd, şəkər, düyünün qanunla zənginləşdirildiyini bildirən Rəcəbli, son 10 ildə Çində unun zənginləşdirilməsi səbəbindən əhalinin boyunun 8 sm artdığını qeyd edir. Bu üsulun Azərbaycanda da tətbiqinin tərəfdarı olan deputat, bununla bağlı Milli Məclisə qanun layihəsi təqdim olunacağını qeyd edib. "Dünya təcrübəsində istifadə olunan qida zənginləşdirilməsi bizim ölkədə həyata keçirilmir. Bizdə insanlar elə başa düşürlər ki, qidaya qatqılar əlavə etmək qidanın kimyəviləşdirilməsidir".

Bəsti Əlməmmədova isə qidanın zənginləşdirilməsi prosesinin əleyhinə olduğunu bildirir. Dediyinə görə, bütün qidaların süniləşdirildiyi bir dövrdə un və düyünün zənginləşdirilməsi fikri xoşagəlməzdir. "Onsuz da qidalarımız yetərincə "zəngindir". Deyilir ki, kimyəvi maddələr qatılmayacaq, bəs nə qatılacaq?"

Həkimin bildirdiyinə görə, vitaminlərin fərdi qəbulu hormon dərmanları və iynələri ilə birlikdə boyu müəyyən qədər uzada bilər. Amma təkcə vitamin qəbulu boyu uzada bilməz. "Əgər bir uşaq yemək ayrı-seçkiliyi etmədən önünə qoyulanı yeyirsə, belə uşaqda vitamin əskikliyi ola bilməz. Bu səbəblə də qəbul edilən əlavə vitaminlərin heç bir gərəyi yoxdur və təsiri də olmaz. Əgər uşaqda vitamin əskikliyi yoxdursa, qəbul edilən vitaminlər sidiklə xaric olunur. Ya da bu vitaminlər qaraciyərdə yığılır ki, bu da sağlamlığa ciddi zərər vurur".

Həkimin sözlərinə görə, ayaqüstü qidalar, çips, çərəz, müxtəlif içkilər qəbul edən uşaqların boyu uzanmır. Süd, meyvə, tərəvəz isə uşağın boyunun artmasına yardımçı qidalardandır. "Sağlam qidalanmayan, kifayət qədər tərəvəz, meyvə, süd, pendir istehlak etməyən uşağın boyu uzana bilməz. Parlaq qablarda satılan şəkər, marmelad, çips, çərəz, içki kimi boş kalori qaynaqlarından uzaq olmaq lazımdır. Boyu qısa olan uşaqların çoxu əslində sağlamdır. Nadir hallarda belə uşaqlarda atipik xəstəliklər ola bilər".

B.Əlməmmədova hesab edir ki, həftədə 4 dəfə balıq yemək də boyun uzanmasına təsir edir. "Boyunun hündür olmasını istəyənlər 21 yaşına kimi qidalarına xüsusi diqqət yetirməlidirlər. Çünki bu yaşdan sonra istəsələr də, heç nə edə bilməzlər".

Son olaraq, boyun qısalması təkcə Azərbaycanda mövcud olan problemlərdən deyil. Bu problem dünyanın bütün ölkələrində özünü büruzə verir. Belə ki, son hesablamalara görə, dünya əhalisinin boyu 7 sm-ə qədər qısalıb.

"Ekspress" qəzeti


Geri dön

_Susqun_

  • 5 oktyabr 2012 13:21
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
TESSEKURLER....................

--------------------

ZaLaToY PaReN

  • 4 oktyabr 2012 00:20
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
TWKK XEBERE GORE

ZeMka

  • 4 oktyabr 2012 00:14
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
xebere gore sag olun

--------------------

✰Dгeaм✰

  • 29 sentyabr 2012 14:34
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Nigar Hebibova,
angel00,

Serhler ucun thanks,...

✰GoLd GirL✰

  • 29 sentyabr 2012 13:58
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Menim boyum yaxsidir mene gore ele de pis deyil..Cox sag ol canim........

✰Dгeaм✰

  • 28 sentyabr 2012 00:54
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Serhler ucun cox sag olun....

GuNkA_01

  • 27 sentyabr 2012 20:16
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
boyum uzundur

my angel__

  • 27 sentyabr 2012 20:02
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
boyum yaxwidi..tewekkurler melumata gore

--------------------
Помни, что ты - мое все ❤

Avril_lavigne

  • 27 sentyabr 2012 15:48
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
tttttttttttwwwwwwwwwkkkkk

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

caliente

  • 27 sentyabr 2012 15:20
  • Məqalə: 0
  • Şərh: 74
  • Bal:
{awards}
menim boyum normaldir qisa deyilem bir damci kablok yada platform geyinen kimi oluram salban

nuray88

  • 27 sentyabr 2012 12:32
  • Məqalə: 0
  • Şərh: 305
  • Bal:
{awards}
xebere gore tskkkkkkkk

GuNaY_83

  • 27 sentyabr 2012 10:48
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler....

--------------------

PSIXOPATKA

  • 27 sentyabr 2012 10:12
  • Məqalə: 160
  • Şərh: 12203
  • Bal:
{awards}
TWK MARAQLI XEBERDI

--------------------

ziko92

  • 27 sentyabr 2012 01:51
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
bele bow bow weylere vaxti hardan tapirsizda siz

--------------------
...

solnuska

  • 27 sentyabr 2012 01:17
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
boyum normaldi twk

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

J ♥ S

  • 27 sentyabr 2012 00:37
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
hmm gecediye oxumaq isterdim ama cox vaxt gedir sabah imkan olsa oxuyaram. yawima gore boyum balacadi(((((((( uzanmasini isteyerdim!

--------------------
J & S ∞♥....

Nergka

  • 26 sentyabr 2012 23:55
  • Məqalə: 0
  • Şərh: 174
  • Bal:
{awards}
Twkleeerrrrr......

--------
Son4gun...

--------------------
S.s.

Nuray2012

  • 26 sentyabr 2012 23:37
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
smile Mene deyirler boyun uzundu bele yaxsisan

--------------------

2580

  • 26 sentyabr 2012 23:35
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
XEBERE GORE TSKKKKK

✰Dгeaм✰

  • 26 sentyabr 2012 23:01
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Serhler ucun cox sag olun....

adsiz2

  • 26 sentyabr 2012 22:31
  • Məqalə: 57
  • Şərh: 1769
  • Bal:
{awards}
cox sagol...... meqalene gore

--------------------

Gözlüklü

  • 26 sentyabr 2012 22:31
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Meqaleye girende oxumaq fikrim var idi meqaleni gorenden sonra fikrimi deyisdim cox idi oxumadim yenede teekkurler

I am Happy

  • 26 sentyabr 2012 22:11
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Boyum balacadi feel ................... smile

--------------------

...BARSA FANATI....

  • 26 sentyabr 2012 21:42
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cooox sag ol....

romantik_awk

  • 26 sentyabr 2012 21:28
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
twklerrr... smile

--------------------

Prank girl

  • 26 sentyabr 2012 21:26
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

fatimeyinur

  • 26 sentyabr 2012 21:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem yasima gore boyum lap eladi.

★Mermaid★

  • 26 sentyabr 2012 21:15
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Tesekkurler..... smile

--------------------

hello kitty

  • 26 sentyabr 2012 21:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkurler yasima gore boyum normaldi smile

ღ★Diamond★ღ

  • 26 sentyabr 2012 21:01
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
B.Əlməmmədova hesab edir ki, həftədə 4 dəfə balıq yemək də boyun uzanmasına təsir edir. "Boyunun hündür olmasını istəyənlər 21 yaşına kimi qidalarına xüsusi diqqət yetirməlidirlər. Çünki bu yaşdan sonra istəsələr də, heç nə edə bilməzlər".
recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}