Mingəçevirin tarixi

 
Mingəçevirin tarixi

Mingəçevir adının mənası haqqında müxtəlif əfsanələr mövcutdur. 4500 ildən çox tarixə malik olan bu yerin mənasını Ziya Bünyadov elmi cəhətdən belə izah edir: “Bu ad 839-cu ildə yaşamış və xəlifəyə qarşı mübarizə aparmış MİNQİÇEVİR ƏL FƏRQANİ-nin adı ilə bağlıdır.” Bu ərazidə yaşayış hələ III min illikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük mədəniyyətə malik olublar
Mingəçevirin indiki yerində əvvəllər qalın şam və vələs meşəliyi olub. Və burada şəhər salmaq fikri hələ Böyük Vətən Müharibəsindən əvvəllər də olub. 1938-ci ildə burda Su Elektrik Stansiyası (SES) tikilməsi üçün araşdırmalar aparılıb. Lakin müharibənin başlanması bu işə mane olub. Müharibədən sonra 1946-cı ildən başlayaraq burda SES-in tikintisinə başlanıb. Eyni zamanda şəhərsalma işləri də aparılıb. Qısa müddət ərzində həm SES həm də ki, şəhərdəki bir sıra iri müəssisələrin əsası qoyulub. Su Elektrik Stansiyasının tikilməsi Kür çayının qarşısının bənd ilə kəsilməsindən sonra mümkün olub. Bu bəndin uzunluğu 1,5 km, hündürlüyü isə 90 metrdir. Kür çayının qarşısının kəsilməsindən sonra yaranan Mingəçevir su anbarı Azərbaycandakı ən böyük su hövzələrindən biri olmuşdur. Bu su anbarının uzunluğu 70 km, ən enli yeri isə 5 km-dir. Bu anbardan əkin ərazilərini sulamaq məqsədi ilə Yuxarı Qarabağ və Şirvan kanalları çəkilmişdir. Mingəçevirə şəhər statusu 1948-ci il noyabr ayının 25-də verilib.
Şəhər Kür çayının - 1515 km uzunluğundakı Cənubi Qafqazdakı ən böyük və ən uzun olan çayın hər iki sahilində yerləşir. (öz başlanğıcını Turkiyədən götürür, Gürcüstan və Azərbaycandan keçərək Xəzər dənizinə tökülür) Mingəçevir Respublikanın paytaxtı olan Bakı şəhərindən 280-300 km qərbdə yerləşir
Şəhərin əhali sayısı stabil olaraq 120.000 insandan ibarət olub bunların 20.000 – i Qarabağdan olan məcburi köçkünlər və qonşu işğal edilmiş rayonlardan olan köçkünlərdir. Şəhərin ərazisi 139.53 kvadrat km-dir. Mingəçevir 55 metr dəniz səviyyəsindən yüksəkdə, Bozdağ dağ silsiləsinin cənubşərq yamacında, mərkəzi Azərbaycanın Kür-Araz ovalığındakı Mingəçevir su anbarının kənarında yerləşir. Şəhər mülayim və isti zonada tikilib, isti və quraq keçən yayı olmasıyla bərabər mülayim qışa sahibdir. İllik temperatur ortalaması isə +14 -15 C, ən yüksək temperatur isə +42 C( İyun-Avgust ) və ən aşağı temperatur isə (Yanvar-Fevral) -10C olur. Bura düşən ortalama illik yağıntı isə 250-300 mm arasında dəyişir.
Qurulduğu vaxtdan bəri yəni son 57 ildə Mingəçevir sürətli inkişaf yolu keçmişdir. Mingəçevir həm iqtisadi cəhətdən, həm dəki əhalinin sayına görə ölkənin dördüncü böyük şəhəri olub, enerji , sənaye, elm və təhsil baxımından respublikanın mərkəzi şəhərlərindən biridir.
Mingəçevirdə əmək qabiliyyətli insanların sayının 53,000 olmasına baxmayaraq onların cəmi 17,000 işlə təmin olunub. Kiçik ölçülü bizneslə məşğul olanların sayı isə 5,000 nəfərə yaxındır.


Geri dön

mirkamal97

  • 11 avqust 2011 06:16
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
TEWEKKURLER

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

::..ONSLAUGHT::..

  • 28 fevral 2011 22:10
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
TWK XEBERE GORE

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

MuslimGirl

  • 4 yanvar 2011 20:26
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Çox sağ ol. Maraqlı xəbərə görə

CrazyGirl

  • 4 yanvar 2011 20:06
  • Məqalə: 601
  • Şərh: 2349
  • Bal:
{awards}
tesekkur meulatlandirdiginiz ucun........

--------------------
Sən varsansa həyat çox gözəl!

Yusif

  • 30 noyabr 2010 18:39
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
cox sagol melumata gore

Ulya

  • 30 noyabr 2010 14:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol melumata gore

Angel-Xranitel-666

  • 30 noyabr 2010 14:21
  • Məqalə: 0
  • Şərh: 467
  • Bal:
{awards}
twk

--------------------
AnGeL-xRaNItEl ti super
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 56

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 77
 
NIGAR
Xəbərləri: 58
Cəmi: 724
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 30
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 18
Cəmi: 441
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}