Sənə Məktub

 
Sənə Məktub

Sənə Məktub

Sənə bir məktub yazacam, sənə “sənə məktub”umdan yazacam. Məktublarımın ünvansız olan ünvanından yazacam.Yazmamış cırıb atdığım məktublarımdan yazacam. Ya da heç birindən yazmayacam. Bir az havadan,biraz sudan, biraz torpaqdan yazacam. Buza dönmüş arzularımdan, daşa dönmüş-sinəmdə asılan bu ürəyimdən yazacam,mədəmin qastritindən, ürəyimin aretmiyasından yazacam...

Buralara payız gəlməmiş yağışlar yağır əsirlərdi.. Yaz bir dəfəlik tərk edib buraları. Hər tərəfdə hüzün, çarəsizlik var. Buralara gələn yollar dönməyə tələsir.. Insanlar boz,mənasızlıq yağan sifətləriylə kütləşmiş hərəkətləriylə arzuların,istəklərin puç olma ehtirasının çevirdiyi mutantlara bənzəyir. Bu insanların arasında, bu küçələrdə şalapay olmuşam. Havada sənsizlik azalır,nəfəslər tutulub. Yağış da ara vermir.. Mədəmdə aclıqdan kiçik bir boşluq var,ciziltili ağırlıq verir məndən ayrılmayan qastritimə. Sənsizlik tükənir, məni artıq fikir alıb birdən yerə çırpır.. ürəyimdə xoş ağrılı aretmiyanı hiss eliyirəm. Kimsə çağıracaq məni,uzaqlara aparacaq,dərdlərimi dinləyəcək,dərdimə çarə olacaq. Nə amansız aretmiyalarım kimi alıb birdən yerə çaxmayacaq məni, nə də ki,mədəmdəki bu şiddətli ağrı qalmayacaq onda. Üç dəfə qaldırıb qoyacaqlar. Mənsə ruhuma baxıb “son” üçün son pozanı verəcəm-gülümsəyəcəm.

Tanrı məni yenə yaratsa,məni mən olaraq yaratsa səninlə bir daha bu yolda getmərərm. Hansı yol? Axı biz heç yol getmədik. Sən durdun mən davam elədim,sən davam elədin mən durdum. Hardasa,hansısa parelel yollardaydıq. Yollar həmişə bivec olublar, heç vaxt fərqinə varmayıblar yolçunun məqsədinə,arzusuna, istəyinə həmişə hörmətsiz yanaşırlar. Qəflətən ayrılıb , qəflətən birləşirlər. Yollara bel bağlamaq olmaz.

Bir cismim var bir ruhum. Bir ürəyim var bir aretmiyam. Biraz yaşamağım var çoxlu ölməyim. Bir də sən varsan. Qəribə bir əsəb var- hörmətə , mədəniyyətə, sevgiyə, sadiqliyə, dostluğa. Standartlıqdan kənara çıxıb hər kəsə hörmətsizlik eləmək istəyirəm, tüpürmək istəyirəm yolların ta üzünə, xəyanət eləmək istəyirəm sevdiklərimə, satmaq istəyirəm dostları. Tərk edilmək istəyirəm. Tək qalmaq istəyirəm. Bir qırmızı kart almaq istəyirəm, kənarda oturmağa belə yerim olmasın...

Mən mən olmaq istəmirəm artıq. Hədsiz yük verir bu mən olmaq mənə. Dərindən , ciyərlərimdəki bütün havanı bayıra püskürüb at kimi fınxırıb cəhənnəmin ta qapısına kimi durmadan qaçmaq istəyirəm.

Riyakarlıq,saxtakarlıq....
Mən tək səni istəyirdim....


Bəzən sözlər bir-birinə bənzər,bəzən yalnızlıq bir-birinə bənzər. Bəzən hamısı eyni olur. Bəzən hamısı fərqli olur. Bəzən duyğular izah olunacaq qədər sadə, bəzən başa düşülməyəcək qədər mürəkkəb.

Bəzən cümlələr bir-birini tamamlayar,bəzən ruhlar bir-birini tamamlayar. Bəzən qəhər boğazını qurudar,bəzən susarsan. Sözün bitdiyi üçün yox, eləcə susmaq istəyərsən.

Ya da uşaq kimi keçib bir küncdə kirimişcə oturmaq , nə bilim..
Bəzən balasını itirmiş ana kimi ağlamaq istəyər adam...
Bəzən “bəzən”lərin üzünə tüpürüb,ondan başqasını düşünməzsən.

İndi bilmirəm, hansı küçənin tinindəki evdəsən, ya balkondasan, bilmirən dörd divar arasında fikrində kimlər,nələr var.Ya tel əlində kiminləsə msjlaşırsan, ya facebook dostlarının sənə sevgi elanına “yox, olmaz, biz sadece dostuq” yazırsan. Ya da yatmısan.

Həmişəki kiçik qız məsumluğun ilə dünyadan bixəbər yatmısan..
Sənə məktub yazmaq istəyirdim əslində. Sənə səndən şikayət eliyəcəkdim. Sənə sevgimdən yazacaqdım. Amma qorxdum. Bəlkə də qısqandım...

Sadəcə qələmə və kağıza qısqandım...
Saatlar durub... zaman getmir...
Ruhumdakı yara çox dərində...
Dünya yaşanlıcaq dünya deyil..
Arzularımdan kəfən toxudum.
Üzr istəyirəm, mən getməliyəm.
Məni ölüm çağırır.


27.09.2012 01:51 (Geri Zekali)

Sənə Məktub


Geri dön

_Susqun_

  • 4 oktyabr 2012 23:14
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
Sadəcə qələmə və kağıza qısqandım...
Saatlar durub... zaman getmir...
Ruhumdakı yara çox dərində...
Dünya yaşanlıcaq dünya deyil..
Arzularımdan kəfən toxudum.
Üzr istəyirəm, mən getməliyəm.
Məni ölüm çağırır.

--------------------

Nuray2012

  • 28 sentyabr 2012 13:05
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
Sənsizlik tükənir, məni artıq fikir alıb birdən yerə çırpır.. ürəyimdə xoş ağrılı aretmiyanı hiss eliyirəm.

--------------------

solnuska

  • 28 sentyabr 2012 03:42
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
Riyakarlıq,saxtakarlıq....
Mən tək səni istəyirdim....

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

...BARSA FANATI....

  • 27 sentyabr 2012 22:43
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
hmm maraqlidir...sag ol meqale ucun...

Prank girl

  • 27 sentyabr 2012 20:10
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Riyakarlıq,saxtakarlıq....
Mən tək səni istəyirdim....

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 27 sentyabr 2012 20:02
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
cox sagolunnn

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

my angel__

  • 27 sentyabr 2012 19:44
  • Məqalə: 291
  • Şərh: 10843
  • Bal:
{awards}
maraqli idi...oxudum..oxumaga deyer

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

romantik_awk

  • 27 sentyabr 2012 19:43
  • Məqalə: 35
  • Şərh: 3237
  • Bal:
{awards}
Sadəcə qələmə və kağıza qısqandım...
Saatlar durub... zaman getmir...
Ruhumdakı yara çox dərində...
Dünya yaşanlıcaq dünya deyil..
Arzularımdan kəfən toxudum.
Üzr istəyirəm, mən getməliyəm.
Məni ölüm çağırır.

--------------------

GuNaY_83

  • 27 sentyabr 2012 18:48
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
Bəzən “bəzən”lərin üzünə tüpürüb,ondan başqasını düşünməzsən.

--------------------

özlem.

  • 27 sentyabr 2012 18:47
  • Məqalə: 0
  • Şərh: 645
  • Bal:
{awards}

Sadəcə qələmə və kağıza qısqandım...
Saatlar durub... zaman getmir...
Ruhumdakı yara çox dərində...
Dünya yaşanlıcaq dünya deyil..
Arzularımdan kəfən toxudum.
Üzr istəyirəm, mən getməliyəm.
Məni ölüm çağırır.

✰Dгeaм✰

  • 27 sentyabr 2012 18:14
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Riyakarlıq,saxtakarlıq....
Mən tək səni istəyirdim....

ღ★Diamond★ღ

  • 27 sentyabr 2012 18:12
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Ya da uşaq kimi keçib bir küncdə kirimişcə oturmaq , nə bilim..
Bəzən balasını itirmiş ana kimi ağlamaq istəyər adam...
Bəzən “bəzən”lərin üzünə tüpürüb,ondan başqasını düşünməzsən

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 31
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 52
Cəmi: 226
 
NIGAR
Xəbərləri: 47
Cəmi: 868
 
Limon qoxusu
Xəbərləri: 45
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 23
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 277
 
aytc.sza
Xəbərləri: 18
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 16
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}