Sevgi nədir?

 
Sevgi nədir?

Sevgi anladılmaz, yaşanır. Sevgini anlatmağa çalışmaq sözün bitdiyi yerdə danışmaqdır. İnsan ancaq sevgiyə dair danışa bilər.

Sevgi işıq kimidir, sevgisizlik qaranlıq. Qaranlığın qaynağı olmaz. Qaranlıq işığın yoxluq halıdır. Fəqət işığın bir qaynağının olması labüddür. Mənbəsiz işıq olmayacağı kimi, qaynaqsız sevgi də olmaz.

Sevginin qaynağı Allahdır. Sevgi bulağı Allahdan qaynayar. Zira O, Əl-Vədud olandır. Vədud ismi, fə`ul vəznindəndir. Bu vəznin özəlliyi həm fail, həm məf`ul olmasıdır. Bu üzdən Vədud ismi həm “Ən çox sevən”, həm də “Ən çox sevilən” anlamına gəlir. Bir başqa ifadəylə həm “sonsuzca sevən”, həm də “sevilməyi istəyən” anlamını verir. Vədud ismini digər bir çox ismdən ayıran fərq də budur.

Allah Rəzzaq ismiylə “ruzi verir”, Xəllaq ismiylə “yaradır”, Qaffar ismiylə “bağışlar”, Rəhman ismiylə “rəhmət edər”. Bu və bunun kimi isimlər tək tərəflidir. Fəqət Vədud isminə gəlincə, iş dəyişir, cüttərəfli bir münasibət başlar: Həm sevər, həm də sevgi istər. Elə bu da sevginin fərqliliyidir.

Allaha nisbət edilən sevgi “ hubb” və “vudd” kəlimələri ilə ifadə edilir. Qur`an və sünnət ədəbiyyatında “Eşq” kəliməsi ilahi sevgi üçün istifadə olunmaz. Zira “sarmaşıq”, “sarmaşıq kimi sevdiyinə sarılan və onu əsir alan” anlamına gələn “eşq” sözü bəşəri sevgini ifadə edər. Hubb isə “toxum, çəyirdək, öz” mənasına gəlir. Sevgiyə məhəbbət deyilməsinin hikməti də buradan bəlli olur : Sevgi məxluqat ağacının toxumudur. Məxluqat ağacının ən soylu meyvəsi olan insan da sevgi toxumunu içində daşıyan “meyvədir”.

Meyvə kökünə olan sədaqətini sevgiylə isbat edər. İnsanın Allah sevgisi də elədir. Bu üzdən vəyh sevgidə ən böyük payın Allaha ayrılmasını şərt qoyar: “Iman edənlər hər şeydən daha çox Allahı sevərlər”. Və Allah Rəsuluna da belə söyləməsi əmr edilər: “De ki, əgər Allahı sevirsinizsə, məni izləyin ki, Allah da sizi sevsin.” Allahla qul arasındakı bu qarşılıqlı sevgi daha başqa ayələrdə də vurğulanır: “Onlar (həqiqi möminlər) Allahı sevərlər, Allah da onları sevər.”

Vudd” sevginin cox özəl bir növünü ifadə edər. Bu növ sevgi bəxşedilən bir sevgidir. Mənbəsini verən qaynaqdan aldığı üçün də ölümsüzdür. Oxuyun bu ayəni: “Iman edən və saleh əməl sahibləri üçün Rəhman (ölümsüz) bir sevgi (vudd) bəxş edəcək”. Bu üzdən olmalı ki, vəyh ilk illərdə ilk müsəlmanları Cənnətlə müjdələyib, Cəhənnəmlə qorxudarkən, onların olğunlaşdığı sonrakı illərdə “Allah sevər – Allah sevməz” deyə müjdələyər və xəbərdarlıq edərdi. Bu, Allah-qul münasibətində sevginin necə yüksək bir mərtəbəyə ucaldığının göstəricisidir.

Hər şeyin saxtası olduğu kimi, sevgini də saxtası olur. Səhih sevgi düzəldər, qəlp sevgi pozar. Qaynağında Allah olmayan bir sevgi saxta sevgidir. Əslində isə sevgi deyil, tutqudur, vurğunluqdur. Sevgi özü gurlaşdırdığı üçün insanı özgürləşdirər, tutqu isə tutar, həbs edər və kölələşdirər. Vurğunluğun, tutqunun adını sevgi qoyanlar iki nəfərlik yalqızlığı sevgi sanmaqla sevgiyə də haqsızlıq etməkdədirlər.

Modern cağın üç saxta “tanrı”sı vardır: Güc, pul, şəhvət.

Bunlar təkdünyalı bir həyat tərzinin özəyini təşkil edir. Qlobal dəyərsizləşdirmə əməliyyatının bir parçası olaraq “şəhvət tanrısı” hazırda sevgi adıyla bazarlanmaqdadır. Həyat adını verdiyimiz bu müqəddəs əmanət əxlaqsızların əlində heç bu qədər oyuncaq olmamışdı. İnsanlıq tarixində şəhvət alverçiləri bu qədər müştərini bir arada heç görməmişdilər.

Şəhvətin “sevgi” adı altında sırıştırılması qlobal dəyərsizləşdirmə əməliyyatının bir qoludur. Bu əməliyyatın hədəfi həyatı mənasızlaşdırmaq və məqsədsizləşdirməkdir, yəni Allahsızlaşdırmaqdır. Müharibə elan edilməli, mübarizə aparılmalı gerçək terror da budur. Çünki bu, əxlaq terrorudur. Bu terror insan soyunu qəsbkarlıqla təhdit etməkdədir. “Sevgililər günü” adı altında bəzilərinin zina bazarlığı da əxlaq terrorunun bir parçasıdır.

Zinaya “Yox!” deyə bilməyən, sevgiyə “Hə!” deyə bilməz. Zira zina sevgini zəhərləyər. Zəhərli sevgi əşrəfi-məxluqat olan insanı cütləşdikdən sonra dişisini sancaraq zəhərləyib öldürən həşarata bənzədər. Onu ən aşağı – Qur`anın diliylə desək,“Heyvanlar kimi, hətta ondan da aşağı…” edər.

Məhrəmiyyətin qalmadığı yerdə iffət, iffətin qalmadığı yerdə hörmət, hörmətin qalmadığı yerdə xilqət pozular. Xilqətin pozulduğu yerdə isə fitrət pozular.

Fitrət pozulduqdan sonra artıq o insanı kimsə saxlaya bilməz. Şəhvətə sərhəd qoymaq mümkünsüzləşər. “Kef mənim deyilmi, istədiyimi edərəm” deyən birinə heç kim hüdud cıza bilməz.

Yadda saxlamaq lazımdır: Bir sərhəd yoxdursa, heç bir sərhəd yoxdur!


Geri dön

_Susqun_

  • 4 oktyabr 2012 23:22
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
Sevgi anladılmaz, yaşanır. Sevgini anlatmağa çalışmaq sözün bitdiyi yerdə danışmaqdır. İnsan ancaq sevgiyə dair danışa bilər.

--------------------

my angel__

  • 1 oktyabr 2012 16:48
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun..beyendim

--------------------
Помни, что ты - мое все ❤

i love islam

  • 1 oktyabr 2012 15:57
  • Məqalə: 63
  • Şərh: 584
  • Bal:
{awards}
cox gozel vee menali...

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

Gunes parlarke

  • 30 sentyabr 2012 13:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
deyerli serhleriniz ucun coxx sagolun. love

EzGi

  • 29 sentyabr 2012 01:51
  • Məqalə: 0
  • Şərh: 25
  • Bal:
{awards}
maraxlidi , Allah razi oslun )

--------------------
Men qelbimi baglamiwam Allaha, hec bir sevgi gormurem ondan baha.

Nuray2012

  • 28 sentyabr 2012 13:24
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

solnuska

  • 28 sentyabr 2012 03:57
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Allaha nisbət edilən sevgi “ hubb” və “vudd” kəlimələri ilə ifadə edilir. Qur`an və sünnət ədəbiyyatında “Eşq” kəliməsi ilahi sevgi üçün istifadə olunmaz. Zira “sarmaşıq”, “sarmaşıq kimi sevdiyinə sarılan və onu əsir alan” anlamına gələn “eşq” sözü bəşəri sevgini ifadə edər. Hubb isə “toxum, çəyirdək, öz” mənasına gəlir. Sevgiyə məhəbbət deyilməsinin hikməti də buradan bəlli olur : Sevgi məxluqat ağacının toxumudur. Məxluqat ağacının ən soylu meyvəsi olan insan da sevgi toxumunu içində daşıyan “meyvədir”.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Serena

  • 27 sentyabr 2012 22:29
  • Məqalə: 2
  • Şərh: 347
  • Bal:
{awards}
deyerli xeber ucun cox sag olun

...BARSA FANATI....

  • 27 sentyabr 2012 22:27
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
hmm maraqlidir...

hello kitty

  • 27 sentyabr 2012 20:27
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Baci superdi tesekkur cox beyendim Yadda saxlamaq lazımdır: Bir sərhəd yoxdursa, heç bir sərhəd yoxdur!
love

Prank girl

  • 27 sentyabr 2012 20:22
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Yadda saxlamaq lazımdır: Bir sərhəd yoxdursa, heç bir sərhəd yoxdur!

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 27 sentyabr 2012 19:53
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun

--------------------
Помни, что ты - мое все ❤

GuNaY_83

  • 27 sentyabr 2012 18:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Sevgi işıq kimidir, sevgisizlik qaranlıq. Qaranlığın qaynağı olmaz. Qaranlıq işığın yoxluq halıdır. Fəqət işığın bir qaynağının olması labüddür. Mənbəsiz işıq olmayacağı kimi, qaynaqsız sevgi də olmaz.

--------------------

✰Dгeaм✰

  • 27 sentyabr 2012 18:30
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Modern cağın üç saxta “tanrı”sı vardır: Güc, pul, şəhvət.

ღ★Diamond★ღ

  • 27 sentyabr 2012 18:17
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Şəhvətin “sevgi” adı altında sırıştırılması qlobal dəyərsizləşdirmə əməliyyatının bir qoludur. Bu əməliyyatın hədəfi həyatı mənasızlaşdırmaq və məqsədsizləşdirməkdir, yəni Allahsızlaşdırmaqdır. Müharibə elan edilməli, mübarizə aparılmalı gerçək terror da budur. Çünki bu, əxlaq terrorudur. Bu terror insan soyunu qəsbkarlıqla təhdit etməkdədir. “Sevgililər günü” adı altında bəzilərinin zina bazarlığı da əxlaq terrorunun bir parçasıdır.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}