
Bu dəli yollara iz salmamışam
Yollar özü gəlib izimə sarı.
Mən ki, öz sözümü deyə bilmədim,
Gedirəm Allahın sözünə sarı.
Elə öyrətmişəm səsə dünyanı.
Şeir misra-misra sözümə gəlir.
Diz qoymuram bu gedişsiz yollara.
Əyilləm səcdələr dizimə gəlir.
Sədləri yolumdan götür, İlahi.
Yollarım dirənib səhra dağına.
Mənə deyən lazım bu qara bəxtnən
Niyə düşürdün ki, yolun ağına?!
Yollar özü gəlib izimə sarı.
Mən ki, öz sözümü deyə bilmədim,
Gedirəm Allahın sözünə sarı.
Elə öyrətmişəm səsə dünyanı.
Şeir misra-misra sözümə gəlir.
Diz qoymuram bu gedişsiz yollara.
Əyilləm səcdələr dizimə gəlir.
Sədləri yolumdan götür, İlahi.
Yollarım dirənib səhra dağına.
Mənə deyən lazım bu qara bəxtnən
Niyə düşürdün ki, yolun ağına?!

Fərid Hüseyn