Qarabağla bağlı çox maraqlı film

 
Qarabağla bağlı çox maraqlı film

Qarabağla bağlı çox maraqlı film

Sentyabrın 26-da Nizami Kino Mərkəzində İran rejissoru Babək Şirinsifətin “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filminin təqdimatı olub. Film “Azərbaycanfilm” kinostudiyası və İran İslam Respublikasının “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalıdır.

Babək Şirinsifət həm də sənədli filmin ssenari müəllifidir. Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edən 52 dəqiqəlik yeni ekran əsəri 10 il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamıdır. Xatırladaq ki, 10 il əvvəl rejissor çadır şəhərciyində olub, insanlarla görüşüb və onların danışıqlarını lentə köçürüb. Bu dəfə isə B.Şirinsifət köhnə qəhrəmanlarının izi ilə qapı-qapı gəzib, onlardan bir çoxunu tapıb, bəzilərini isə sağ tapa bilməyib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş filmin çəkilişləri Sabirabad və Biləsuvar rayonları ərazisindəki qaçqın düşərgələrində, Bakıda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanalarda aparılıb, çəkilişlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yardım göstərib.

İlk baxışdan belə görünür ki, sənədli film janrında yeni heç nə demək mümkün deyil. Hər şey deyilib. Amma B.Şirinsifətin filminə baxandan sonra görürük ki, deməyə hələ nə qədər söz, göstərməyə nə qədər yeni baxış varmış. Təqdmimatdan əvvəl film barədə danışam Oqtay Mirqasımov belə dedi. O dedi, biz də gördük.

Məsələ təkcə filmin mövzusunda deyil. Çünki qaçqınlarla bağlı bədii və eləcə də sənədli filmlərə çox baxmışıq. Məsələ həm də mövzuya maraqlı münasibətdən gedir. Yuxarıda sadaladığımız kimi, rejissor yeni forma tapır – bu dəfə qaçqınları deyil, öz qəhrəmanlarını axtarır, bu 10 ildə onların həyatındakı, fikirlərindəki, yaşam şərtlərindəki yaranmış fərqi axtarmağa çıxır. Əlinə köhnə qəhrəmanlarının şəkillərini götürüb, soraqlaşır. Və axtarış prosesində xeyli maraqlı detal üzə çıxır. Bəzən qəhrəman 10 il əvvəlki şəklini tanımır, “mənə oxşayır da, oxşamır da” deyir. Tamamilə normaldı, o zaman yurd-yuvasından yeni ayrı düşmüşdülər, yara çox təzə idi və onların güzgüyə baxmağa imkanları yox idi. Bir də, məgər vaqon şəhərciyində güzgü tapmaq asan idimi. Özü də dərdin-sərin içində boğulan ailə başçısı, vətənilə birgə qürurunun bir parçasını da itirmiş kişi üçün…

B.Şirinsifətin film üçün hazırladığı müəllif mətni də maraqlıdır: “Burada kimin yatmış, kimin oyaq olduğu bəlli deyil”, “bir ağrı ilə uzun müddət yaşayanda onun səbəbləri barədə unudursan” kimi fikirlər müəllifin duyumundan xəbər verir, arxa fondan həzin, sakit və kədərli səslə oxunan mətn düşündürür. Rejissor Qarabağı görməyən qarabağlı uçşaqları danışdırır və onların 10 il əvvəlki fikirlərilə müqayisələr aparır. Maraqlı nəticələr ortaya çıxır, bu nəticələrə tamaşaçı özü gəlir. Torpaqla birgə biz nəsil yaddaşını itirmişik, bu uşaqlar əslən qarabağlı olsalar da, onları ana vətənlərinə yalnız ata-analarının xatirələri bağlayır. Bu xatirələr yeni nəsil üçün uzaq, dumanlı, qeyri-müəyyən, detalsızdır.

Elə yaşlı nəslin də xatirələrə münasibəti dəyişib. Rejissor bunu göstərir. Məsələn, 2002-ci ildə rayonu barədə ağrı və sevgilə danışan qadın 10 il sonra bu barədə danışmaq istəmir, deyir, danışdıqca ağrıyıram. Bu isə təhlükəli tendensiyadır. İnsan ağrıyla yaşaya bilmir, tamamilə təbiidir ki, səni ağrıdan şeyləri tez bir zamanda unutmaq istəyirsən və unudursan. Kişi qəhrəmanlardan biri isə bu ağrını başqa cür ifadə edir, daha doğrusu, susur. On il əvvəlki qarmonunu Allah bilir harada gizlədən bu kişi də belə etiraz edir. Vətənsizdirsə, qarmon nəyinə lazım? Axı qarmon adi alət deyil, o da xatirədir. Özündən ağır, dözülməz…

Qaçqınlar təkcə keçmişlərini unutmayıblar, bəlkə də, əksinə, keçmiş indiki zamanı unutdurub. Rejissorun suallarının cavabında onlar bəzən yaşadıqları qəsəbənin adını belə tapıb deyə bilmirlər.

Yeri gəlmişkən, çinar barədə heç danışmadım. Çinarı qaçqın kişilərdən biri əkir – qaçqın məktəbinin həyətində. Bunu simvolik olaraq, yaddaşdakı Qarabağn bir parçası kimi qəbul etmək olar. Qarabağ itirilib, amma ümid yaşayır, nə qədər ümid var, insan da var: çinarın kölgəsinə yığılırlar, ağacın gövdəsinə yeniyetmələr sevgililərinin adını yazır – elə əvvəlki xoşbəxt vaxtlarda olduğu kimi. Amma bu, 2002-ci ildə çəkilən fraqmentdir.

Rejissor ağaca adı çizilən yeniyetmə bir qızı danışdırır. Qız utanır, adının çizildiyindən xəbərsiz olduğunu deyir. Gözləri parıldayır, üzü işıqlanır və başa düşürsən ki, qızcığazın məsələdən xəbəri var.

2012-ci ildə mənzərə dəyişir, nə vaqon-şəhərcik, nə o ailələr, nə də o çinar. Çinarı kəsiblər. Daha doğrusu, çinarı əkən kişi onun baltalanacağını biləndə ağacı öz əlləri ilə məhv edib. Vaxtilə çinarın kölgəsində oynayan uşaqların hərəsi bir yana gedib, biri Bakıya, biri Füzuli rayonunda qaçqınlar üçün salınan yeni qəsəbəyə. Oğlan uşaqlarından biri şəhid olub…

Çinar şaxələnib, o çinar da Qarabağın özü kimi yaddaşlara köçüb. Yaddaşlarda yaşayır. Amma yaddaş insandan asılı məsələdir. İnsan yaddaşını ötürə bilər, amma bu, ötürmə artıq orijinalın fiksəsi deyil, o, təhrif olunacaq, şəkildən-şəklə düşəcək, bəlkə də, bunu yazmaq nə qədər ağrılı olsa da unudulacaq. Buna isə yol vermək olmaz.

Başqa bir təsirli məqam: övladı müharibədə itkin düşmüş ana rejissoru oğlu bilir, boynunu qucaqlayır, öpür. Və buradaca B.Şirinsifət qeyd edir: başqa bir adam üçün önəmli olduğun halda özünün kim olduğunun nə əhəmiyyəti var…

Daha bir təsirli məqam. Ana övladının xəstəliyindən danışır:
- Gözü kor, ürəyi xəstə.
- Allah eləməsin.
- Allah eləyib də…


Ana üsyan etmir, üsyan mərhələsi keçib, indi faktla barışmaq dövrünü yaşayır. Bəzi faktlarla isə barışmaq olmaz. Barışmaq – böyük mənada məğlubiyyətdir, kiçik mənada ölümdür…

Ekran əsərində 20 yanvar görüntüləri, sovet əsgərləri, müharibə lentlərindən istifadə olunub. Operator və səliqləli montaj işi diqqəti çəkir.

Rejissor, ssenarist B.Şirinsifət səfərini Nazim Hikmətin misraları ilə bitirir: “Su başında durmuşuq çinarla mən”. Amma yaddaşımızdakı çinarların kölgəsi yetərli deyil. Nə olsun ki, onları heç kəs kəsə bilmir. Rejissorun səfəri bitir, indi yol bizimdi. Çinarı özümüz tapmalıyıq.



Geri dön

come back

  • 28 oktyabr 2012 17:57
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
melumata gore tewekkurler vaxtim olsa baxacam.

_Susqun_

  • 4 oktyabr 2012 20:10
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
TESSEKKUR MELUMATA GORE.............

--------------------

GuNaY_83

  • 2 oktyabr 2012 09:22
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
TEWEKKURLER.......melumata gore.......

--------------------

ZeMka

  • 1 oktyabr 2012 02:54
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
film ucun tewekkur edirem

--------------------

solnuska

  • 30 sentyabr 2012 04:50
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrrrr

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

adsiz2

  • 29 sentyabr 2012 23:44
  • Məqalə: 57
  • Şərh: 1729
  • Bal:
{awards}
serh yaznlara tesekkurler........

--------------------

asel

  • 29 sentyabr 2012 19:40
  • Məqalə: 0
  • Şərh: 998
  • Bal:
{awards}
twkler..............

--------------------
awk aciyi sever.

Nergka

  • 29 sentyabr 2012 17:14
  • Məqalə: 0
  • Şərh: 160
  • Bal:
{awards}
twkleerrr.....

-------

son 1gun...

--------------------
S.s.

ღ★Diamond★ღ

  • 29 sentyabr 2012 16:25
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
2012-ci ildə mənzərə dəyişir, nə vaqon-şəhərcik, nə o ailələr, nə də o çinar. Çinarı kəsiblər. Daha doğrusu, çinarı əkən kişi onun baltalanacağını biləndə ağacı öz əlləri ilə məhv edib. Vaxtilə çinarın kölgəsində oynayan uşaqların hərəsi bir yana gedib, biri Bakıya, biri Füzuli rayonunda qaçqınlar üçün salınan yeni qəsəbəyə. Oğlan uşaqlarından biri şəhid olub…

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 29 sentyabr 2012 16:12
  • Məqalə: 297
  • Şərh: 7798
  • Bal:
{awards}
tewekkurler

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

God Of War

  • 29 sentyabr 2012 16:01
  • Məqalə: 0
  • Şərh: 32
  • Bal:
{awards}
Hamisin oxuya bilmedim sebrim catmadi yenede tsk smile

guncicek

  • 29 sentyabr 2012 15:17
  • Məqalə: 15
  • Şərh: 1693
  • Bal:
{awards}
tewekkurler.......

--------------------

Avril_lavigne

  • 29 sentyabr 2012 14:51
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
hmmmmmmmmmmmmmm

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

✰GoLd GirL✰

  • 29 sentyabr 2012 14:51
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
sag olun..........

...BARSA FANATI....

  • 29 sentyabr 2012 14:11
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
cooooooox sag ol...

✰Dгeaм✰

  • 29 sentyabr 2012 14:04
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Melumat ucun thanks....

GuNaY_83

  • 29 sentyabr 2012 14:03
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
TEWEKKURLER...........

--------------------

Nuray2012

  • 29 sentyabr 2012 13:47
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
COx sagol xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 32
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 220
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 12
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}