"Boy məsələsi" azərbaycanlıların dərdli yeridir

 
"Boy məsələsi" azərbaycanlıların dərdli yeridir

"Bu uşaq nə vaxt boy atacaq?", "Deyəsən, uşaq artıq boy atmaq istəmir, mənim kimi balacaboy qalacaq", "Ata, mən nə vaxt uzanacağam?", "Həkim, dartınsam, boyum uzanar?", "Bu uşaq uzana-uzana hara gedir, başı dama çatacaq..." və s. və i.a. gündəlik həyatımızda çarəsini axtardığımız əsas sual olmasa da, yeniyetmələr üçün sonuncu məsələ deyil. Zira "boy məsələsi" azərbaycanlıların dərdli yeridir.

O səbəbdən ki, ümumi orta boyumuz ortaboyludur - qızlarımız uzana-uzana gəlib 155-165 sm arasında, oğlanlarımız isə 165-175 sm arasında "lövbər"ini atır və ümummilli "boy həddi"ni (Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlardasa 164,1 sm-dir) keçən həmyaşıdlarına qibtə ilə baxırlar. Napaleon, Maradona, Tom Kruz və yaxud Messi kimi ünlü bəstəboyların şöhrəti belə onlara təsəlli vermir...

Körpə uşaq ilk ilində təxminən 25 sm boy atır. Vaxtında doğulmuş uşağın boyu təxminən 50 sm olur və bir yaşında bədənin uzunluğu adətən 75 sm-ə çatır. Sonralar uşaqların boyu ildə 6-8 sm artır; 4 yaşında uşağın boyu təqribən 1 m olur.

Uşaq endokrinoloqları deyirlər ki, uşaq bundan az böyüyürsə, ciddi müşahidə aparmaq lazımdır ki, o, ildə boyuna nə qədər əlavə edir. Əgər həmyaşıdları ilə müqayisədə boyu az çıxırsa, mütləq pediatra müraciət etmək lazımdır. Həkim müəyyən etməlidir ki, uşaq öz yaşının normasına uyğun boy atır, ya yox. Normaya uyğun boy atmırsa, endokrinoloqun qəbuluna düşmək lazımdır. Ola bilsin ki, bu hansısa xəstəliklə, ürək çatışmazlığı və yaxud boy hormonları ilə bağlıdır.

Qeyd edək ki, bəzi körpələr boy hormanlarının çatışmazlığı ilə doğulurlar və bu da onların genetik potensialına çatmasına əngəl yaradır. Yəni problem boy hormanları ilə bağlıdırsa, vaxtında müalicəyə başlamaq lazımdır.

Bunu bilmək lazımdır ki, boy irsi, genetik məsələdir. Əgər ananın 155 sm, atanın 165 sm boyu varsa, çətin ki, onların uşağı ucaboylu olsun və yaxud həkim onun boyunu "dartıb" genetik potensialından - DNK-sında kodlaşmış boy həddindən yuxarı çatdıra bilsin.

Bu işin "genetikası" belədir: ata ilə ananın boylarını toplayıb iki yerə bölürsən və uşaq oğlandırsa, 7,5 sm üstünə gəlirsən, qızdırsa, 7,5 sm çıxırsan. Bu "düstur"u bir qədər xırdalayaq. Ananın boyu 160 sm, atanın boyu 170 sm-dirsə, belə nəticə hasil olur (bax düstura).

Təbii ki, istisnalar olur, özü də "n" sayda. Məsələn, bir ailədə övladların boyu müxtəlif olur: bir qardaş balaca qalır, digəri isə uzana-uzana gedir. Balacaboyun ona "uzundraz" deməkdən başqa çarəsi qalmır...

Adətən qızlar 15-16 yaşlarında boy artımına nöqtə qoyurlar. Oğlanlardasa boyatma 18 yaşadəkdir. Amma həm qızlar, həm də oğlanlar arasında 22-24 yaşınadək boy atanlar da olur.

Ata və ananın boyu uşağın boyuna təsir edən yalnız bir faktordur. Uşağın boyunun artması üçün normal bəslənməsi, vitaminlərlə və minerallarla düzgün təmin edilməsi, idmanla (xüsusilə üzgüçülük, voleybol, basketbol) məşğul olması lazımdır. Xəstəlikləri (mədə-bağırsaq, ürək qüsuru, böyrək xəstəlikləri və s.) vaxtında müalicə edilməzsə, uşağın boyu təbii ki, qısa qalacaq. Digər tərəfdən, boy hormonları ilə də "oynamaq" olmaz, səhv müalicə və süni hormon qəbulu "xəstə boy" uzadar.

Boyu artıran qidalar

Boyun artmasında kalsiumun böyük rolu var. Bu mineral sümüyü inkişaf etdirir. Odur ki, kalsiumu, həmçinin proteini bol olan məhsullarla yaxşı bəslənmək lazımdır:

balıq (xüsusilə sardina)

qatıq, meyvəli qatıq (yoqurt)

süd məhsulları

pendir

kələm

kök

gülkələmi

yaşıl noxud

ispanaq

bütün yaşıl tərəvəzlər

badam, qoz, fıstıq

qurudulmuş meyvə

D vitamini

Duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var.

Boy düsturu

oğlanın boyu - (160+170):2 +7,5 = 172,5 sm

qızın boyu - (160+170):2 -7,5 = 157,5 sm.

Ananın depressiyası uşağın boyuna təsir edir

Doğuşdan sonra ananın depressiya ilə üzləşməsi uşağın boyuna təsir edir. Alimlər son araşdırmalardan sonra belə qənaətə gəliblər.

Hesab edilir ki, bu, körpənin yedizdirilməsi ilə bağlıdır. Ananın depressiyaya düşməsi üzündən körpənin yuxu və qidalanma rejimi pozulur. Bu isə öz növbəsində süd əmən uşaqda stress hormonlarının səviyyəsini artırır, boy hormonlarının konsentrasiyasını aşağı salır.


Geri dön

Dj aka

  • 4 oktyabr 2012 19:55
  • Məqalə: 37
  • Şərh: 1016
  • Bal:
balıq (xüsusilə sardina)

qatıq, meyvəli qatıq (yoqurt)

süd məhsulları

pendir

kələm

kök

gülkələmi

yaşıl noxud

ispanaq

bütün yaşıl tərəvəzlər

badam, qoz, fıstıq

qurudulmuş meyvə

D vitamini

Duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var.

18 yasim var boyum 1.72 dir ve cayi cox sevirem smile

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!

_Susqun_

  • 2 oktyabr 2012 12:30
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
GULMELI GORSENIRLER...............

--------------------

ZeMka

  • 1 oktyabr 2012 02:17
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
boyum normaldi Wukur Allaha tewekkurler xebere gore

--------------------

aaaaaaaa

  • 30 sentyabr 2012 18:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
balıq (xüsusilə sardina)

qatıq, meyvəli qatıq (yoqurt)

süd məhsulları

pendir

kələm

kök

gülkələmi

yaşıl noxud

ispanaq

bütün yaşıl tərəvəzlər

badam, qoz, fıstıq

qurudulmuş meyvə

D vitamini

Duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var.

solnuska

  • 30 sentyabr 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
BOYUM MENI QANE EDIR TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

...BARSA FANATI....

  • 30 sentyabr 2012 15:50
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
boyum yasima gore yaxsidi...sag ol...

✰GoLd GirL✰

  • 30 sentyabr 2012 15:41
  • Məqalə: 534
  • Şərh: 10328
  • Bal:
{awards}
mence yaxsidir yaxsi olacq da..sag olun......

werakus

  • 30 sentyabr 2012 15:06
  • Məqalə: 3
  • Şərh: 148
  • Bal:
{awards}
boyun elede onemi yoxdur .....

Flower Lovem

  • 30 sentyabr 2012 14:30
  • Məqalə: 9
  • Şərh: 1226
  • Bal:
{awards}
twjkllerrrrrrrrrrrrr

--------------------
Nə acı verir bilmirsən ! Qarşımdan keçərkən 'vecivə almırmış' kimi edib Arxamdan KAŞKİ deyirsən yaa..!

ღ★Diamond★ღ

  • 30 sentyabr 2012 14:28
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Bunu bilmək lazımdır ki, boy irsi, genetik məsələdir. Əgər ananın 155 sm, atanın 165 sm boyu varsa, çətin ki, onların uşağı ucaboylu olsun və yaxud həkim onun boyunu "dartıb" genetik potensialından - DNK-sında kodlaşmış boy həddindən yuxarı çatdıra bilsin.

Nuray2012

  • 30 sentyabr 2012 14:26
  • Məqalə: 651
  • Şərh: 10878
  • Bal:
{awards}
qızın boyu - (160+170):2 -7,5 = 157,5 sm. bu boy yaxsidi yoxsa pis ? menim boyum 161sm deyirem balacayam hele men

--------------------

TAYNA VOSTOKA

  • 30 sentyabr 2012 13:05
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Sitat: PSIXOPATKA
CIRLAWMA GEDIR

--------------------

fatimeyinur

  • 30 sentyabr 2012 13:03
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
yasima gore boyum lap eladi. tesekkur.

B.a.b.n.i.k

  • 30 sentyabr 2012 12:46
  • Məqalə: 0
  • Şərh: 40
  • Bal:
{awards}
Tsk xebere gore....180 sm boyum var

--------------------
Mən heç vaxt geriyə dönüb baxmıram.. Çünki yanımda olmağa layiq olan geridə qalmazdı...

Kovboy

  • 30 sentyabr 2012 12:43
  • Məqalə: 10
  • Şərh: 47
  • Bal:
{awards}
menim boyum
186 sm
di eladi sukur))))

TAYNA VOSTOKA

  • 30 sentyabr 2012 12:20
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
menim boyum ise balacadi 160sm no

--------------------

Avril_lavigne

  • 30 sentyabr 2012 12:15
  • Məqalə: 58
  • Şərh: 2540
  • Bal:
{awards}
menim 14 yasim var, boy 158

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

GuNaY_83

  • 30 sentyabr 2012 11:58
  • Məqalə: 282
  • Şərh: 21980
  • Bal:
{awards}
tewekkurler............

--------------------

PSIXOPATKA

  • 30 sentyabr 2012 11:40
  • Məqalə: 160
  • Şərh: 12034
  • Bal:
{awards}
CIRLAWMA GEDIR wink

--------------------

Gözlüklü

  • 30 sentyabr 2012 11:22
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Dogurdan usaqdan tutmus boyuye boylari balacadi.mence o gendendi.

✰Dгeaм✰

  • 30 sentyabr 2012 10:37
  • Məqalə: 704
  • Şərh: 15640
  • Bal:
{awards}
Menim boyum yasima gore yaxsidi....

Prank girl

  • 30 sentyabr 2012 10:35
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
tsk edirem boyumdan raziyam

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZülmətdəQaranliq

  • 30 sentyabr 2012 09:28
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
təşəkkürlər əziyyətə görə

quzum menim

  • 30 sentyabr 2012 08:55
  • Məqalə: 26
  • Şərh: 625
  • Bal:
{awards}
hmm.ne maraqli meqaledi.men boyumdan memnunam 160-di.hec vaxt kompleks kecirmemiwem,cunki ureyim isteyen hundurlukde ayaqqabi geyine bilirem,amma hundur boy qizlarimiz kablok geyinmek ucun ehtiyat edirler ve yaxudda hec geyinmirler. smile

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 45
Cəmi: 90

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}