"Biz"

 
"Biz"

Biz çox sevdik bir-birimizi səninlə. Amma çox təəssüf ki eyni zamanlarda deyil.

Sən varkən gücüm Olardı
Zaman Axmadan Dayanardı
Xatırlayırsansa…


“Mən varam” deyərkən sənə, “Mən buradayam, sevirəm səni, anla”deyərkən, sən başqa yerlərdə idin.
Başqa zamanlarda idin. Başqa həyatlarda idin. Yanımdaymış kimi, canımdaymış kimi dayanır, amma əsla orada olmurdun.
Fərqindəydim amma deyilmişim kimi edirdim. Zaman "kimi" edərək keçirdi. Sən mənimləymişsən kimi edirdin.
Mən sənə inanırmış kimi. Nə sən mənimlə idin. Nə də mən buna inanırdım. İnandığım tək şey vardı; Bir gün gerçək olacaqdıq.

Həmişə gözlədim. Mənimlə olacağın günü gözlədim. Davrandığın kimi olacağın günü gözlədim. Gözləyərkən tükəndim.

Sonra sən də dəyişdin. Mənə gəldin. Mənsə çoxdan getmişdim. Fərq etmədin.

Bəs Sevgi Səni Yormuşdu?
Yolun Sonuna Qoymuşdu
Toxunma mənə…




Mən varmışam kimi yaşamağa başladın bu dəfə də. Biz varmışıq kimi.
Halbuki biz səninlə eyni zamanlarda eyni yerdə heç ola bilmədik.
Halbuki biz səninlə heç "Biz" ola bilmədik.

İndi geri qayıdarmı
Dönsəm də buna dəyərmi
Cavab ver
İnsan Eynilə Dayanarmı?
Ayrılıq Asan Oyundurmu?
Toxunma Mənə..


Əllərimi əllərindən çəkdiyim an çaşdın əvvəl. Sonra "bilirəm" dedin. Gedəcəyimi bilirdin.
"Kimi sevsəm gedir" dedin gözlərini qaçırmağa çalışaraq.Buna görə biz ola bilmədik heç deyə düşündüm mən də.
Nə vaxt sevmək lazım oldusa sən qaçdın, ya da gözlərini qaçırdın məndən.
Kimi sevirsənsə gedirdimi həqiqətən, yoxsa sən gedənlərimi sevirdin? Artıq səni sevməyəcəyimi düşündüm. İçim ağrıdı.

Artıq Mən İmtina etdim
Təkliyi Seçdim
Hər şey bitdi anal..
Toxunma Mənə


Mənə xoşbəxtlik verən tək şeyi, səni sevməyi buraxmaq, eyni zamanda mənə ən çox ağrı verən şeyi də buraxmaq idi.
İkisini də buraxdım.

"Səni Sevirdim" dedin. "Mən də sevirdim" dedim mən də.

Bəli çox sevdik bir-birimizi.
Amma çox təəssüf ki eyni zamanda deyil.


Geri dön

фея

  • 3 dekabr 2010 23:32
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
ela yazidi.cox sagol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Just For Legend

  • 3 dekabr 2010 15:49
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Milawka

  • 3 dekabr 2010 12:16
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}

XEBER COOX GOZELDİ MEN EMİNEM Kİ BUNU YAŞAMAYN 1 İNSAN BAŞA DUŞMEZ YAŞAMİŞAM BİLİREM Kİ NE DİMEKDİ İNSAN KAŞ Kİ DOGRU ZAMANDA DOGRU İNSANİ SEVSİN BU DA MÜMKİN OLAN 1 ŞEY DEYİL ÜRƏK HEÇ 1 SÖZƏ BAXMİR

Sergio Ramos

  • 2 dekabr 2010 21:55
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
bu gözəL yAzI üçün tŞk...

--------------------

Ulya

  • 2 dekabr 2010 21:48
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox gozel yazidi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}