Din təhqir olunur, amma cavab münasib deyil

 
Din təhqir olunur, amma cavab münasib deyil

ABŞ-da lentə alınan və bütün dünyada müsəlmanların qəzəbinə səbəb olan “Müsəlmanların günahsızlığı” filmi ilə bağlı qalmaqal davam edir. Müsəlman ölkələrindən sonra filmə etirazlar Avropaya da yayılıb. Qalmaqallı filmə görə Liviyada, Livanda, Misirdə, Əfqanıstanda, Yəməndə baş verən aksiyalarda insanlar öldürülüb, Liviyada isə 4 amerikalı diplomat qətlə yetirilib. Bir sıra müşahidəçilər qalmaqalı filmin yalnız indi ortaya çıxmasını və böyük etirazlara səbəb olmasını təxribat hesab edir. Bəzi iddialara görə, maraqlı qüvvələr ABŞ-ın müsəlman dünyasındakı mövqelərini zəiflətmək, Obamaya seçkilərdə problem yaratmaq, eləcə də mədəniyyətlərarası düşmənçiliyi daha da dərinləşdirmək məqsədi güdür.

Müsəlmanların günahsızlığı” filminin 13 dəqiqəlik kadrlarının yayılmasından sonra Fransadakı “Charlie Hebdo” adlanan satirik jurnalı da Məhəmməd peyğəmbərə lağ edən karikaturalar nəşr etdi. Bu azmış kimi jurnalın redaktoru Stefan Şarbnye peyğəmbərin karikaturasının dərc edildiyi sayını əlavə tirajla yenidən buraxacağını açıqlayıb. Onun sözlərinə görə, jurnalın 74 min nüsxəlik sayı dərhal satılıb.

Mənbənin məlumatına görə, əlavə nəşr 175 min nüsxə olacaq. Yeni tiraj sentyabrın 21-də satışa çıxacaq. Jurnalın qiyməti 2,5 avrodur.
Qeyd edək ki, bu cür addım ilk dəfə deyil ki, jurnal tərəfindən atılır. Keçən ilin noyabr ayında eyni cür karikaturalar yayımladığına görə etirazçılar jurnalın nəşriyyatına yandırıcı bombalarla hücum etmişdi.

Xatırladaq ki, Kurt Westergaerdin də karikaturası daxil olmaqla danimarkalı rəssamların Məhəmməd peyğəmbəri təqhir edən 12 karikaturası ilk dəfə 2005-ci ildə Danimarkada dərc edilmişdi. Bu addım islam dünyasında böyük etirazlara səbəb olmuşdu. Həmin karikaturalardan birinin sürətləri isə 2009-cun ildə satışa çıxarılmış və 1000 ədəd sürətin hər biri karikaturaçı Kurt Vestergaerdin imzası ilə 1400 Danimarka kronuna satılmışdı.

İslama qarşı hücumların bir sıra Qərb ölkələrində dövlət səviyyəsində təşkil edildiyi ilə bağlı fikirlər səslənsə də, konkret olaraq “Müsəlmanların günahsızlığı” filminin qeyri-peşəkarcasına çəkilməsi müəyyən suallara doğurur. Filmin çəkilişini ABŞ, İngiltərə və yaxud Fransada dövlət səviyyəsində dəstəklənsəydi, daha yaxşı bir film ortaya çıxarmaq olmazdımı? Filmlə bağlı gerçəyi “Assoşieyted Pres” agentliyi ortaya çıxarıb. İki gün boyunca Hollivuddakı həvəskar və peşəkar bütün prodakşınları gəzən müxbirlər filmin bütöv versiyasına rast gəlməyiblər. “Atlantik” dərgisi də 13 dəqiqəlik fraqmentin həvəskarlar tərəfindən lentə alındığını yazıb. Dərginin yazdığına görə, yalnız bu fakt çəkilən fraqmentlərin film kimi qəbuledilməzliyinin sübutudur.

Günlərdir ki, islama edilən bu cür ardıcıl hücumların səbəbləri barədə müxtəlif fikirlər səslənir. Əksəriyyəti hesab edir ki, müsəlman dünyasını təxribatlara çəkərək onun aqressiv imicini formalaşdırmaqdır. Hücumların arxasında müsəlmanların millətçi ruhunu öldürmək, ərəb dünyasını birləşdirən əsas amil kimi islamın nüfuzdan salması bir məqsəd dayana bilərmi?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu ehtimalı qəbul etmir. Ərəb dünyasında bir millətçilik amilinin olduğunu deyən politoloq bu amilin daha çox Misir və Suriya kimi ölkələrlə bağlı olduğunu bildirib. İslam dininin siyasət və ictimai münasibətlərdə bundan sonra da böyük rol oynayacağını deyən Ərəstun Oruclu hesab edir ki, islam dininə qarşı bu cür təxribatlar əslində millətçilik ruhunu zəiflətmir və islam dinini nüfuzdan salmır, əksinə daha da gücləndirir.

Ərəstun Oruclu bildirib ki, film və karikaturalar ortaya çıxmasında əsas məqsəd müsəlmanları təxribata çəkməkdir, radikallaşdırmaq, vəhşi kimi təqdim etmək, “Ərəb baharı”nı, ərəb dünyasında gedən demokratikləşmə prosesini nüfuzdan salmaqdır:

“Ola bilər ki, dünyadakı hansısa beyin mərkəzləri, strateji institutlar islam dünyasını hərəkətə gətirmək, qıcıqlandırmaq istəyirlər. Hesab etmirəm ki, islam dininin və peyğəmbərin təhqir olunması planlı aksiyadır. Deyirlər ki, bunu ABŞ təşkil edib. Bunu filmi çəkənin ABŞ-da yaşaması ilə izah edirlər. ABŞ-da gedib mən də film çəkə bilərəm, çünki azad bir ölkədir. Qanunu pozmuramsa, heç kim məni mühakimə və filmi qadağan edə bilməz. Rəsmi Vaşinqton maraqlı idimi ki, onun dəstəklədiyi “Ərəb baharı” olan ölkələrdə belə bir hadisə baş versin? Bu “Ərəb baharı” prosesinə ABŞ-ın rəqibləri tərəfindən zərbə vurmaq məqsədi ilə edilə bilərdi. Bu rəqiblər ABŞ daxilində də, ərəb ölkələrində də, müsəlman dünyasının başqa ölkələrində də ola bilərdi. Qərbdə elə insanlar var ki, özlərinin təsdiq etməyinin yolunu insanlığı təhqir etməkdə görürlər. Təhqir xarakterli, məzmunsuz filmlər çəkirlər, kitablar yazırlar. Sizi inandırıram ki, xristian dini, İsa peyğəmbər haqqında o qədər bu cür “əsərlər” ortaya qoyulub, amma reaksiya vermirlər. Xristian dünyası bu mərhələni keçib. Ən pis halda insanlar bunu pisləyirlər. Təəssüf ki, islam dünyasında insanların bilgisiz olmasından müəyyən radikal islamçı qruplar istifadə edirlər. Tutaq ki, Kəraçidə insanlar ABŞ konsulluğuna hücum edirlər. Necə düşünürsünüz, hücum edən insanların neçə faizi həmin filmə baxıb? Çox az faizi, ya da heç baxmayıblar. Deməli, söhbət cəhalətdən gedir. Bəlkə də filmə baxsaydılar, bu qədər kəskin hisslər yaranmazdı. Təbii ki, insanların milli hissləri, dini, etiqadı təhqir edilir. Amma qeyri-adekvat reaksiyanın arxasında duran cəhalət var. Birincilər də onu çox gözəl bilirlər və bu səbəbdən də qızışdırıcı filmlər, karikaturalar ortaya çıxır”.

Ərəstun Oruclu islama qarşı hücumların adi bir provokasiya olduğunu, bu provokasiyalara cavabın isə adekvat olmadığını söyləyib:


“Məhəmmdəd peyğəmbəri təhqir edən dırnaqarası filmə ən kəskin reaksiyanın olduğu ölkələrə diqqət yetirək: Misir, Liviya, Yəmən, yəni “Ərəb Baharı” olduğu ölkələr. İstənilən halda bu proses irəliyə doğru bir addım idi. Bu ölkələrdə dırnaqarası filmə ən sərt şəkildə müqavimət oldu. Livanda isə “Hizbullah”ın təşkil etdiyi etiraz aksiyası çox sivil bir formada keçirildi. Bu cür aksiyalar Misirdə, Liviyada mümkün deyildimi? Əlbəttə ki, mümkündür. O, halda ki maraqlar bunu tələb etsin. Görünür, “Hizbullah”ın lideri Şeyx Nəsrullahın marağı onun radikal kimi təqdim olunmamasını tələb edir. Ən azından “Hizbullah” belə bir təşkilat olduğu görünməsin, yaxud o fikri dağıtsın. İsrail mətbuatı yazır ki, Liviyadakı hücumları “Əl-Qaidə” təşkil edib və məqsəd Yəməndə öldürülən liderlərindən birinin qətlinə cavab idi. Görün, nədən kim istifadə etdi.

İspaniyada bir neçə il əvvəl müxalifət liderləri bəyan edirdilər ki, seçilsək qoşunları İraqdan çıxaracayıq, çünki qoşunların İraqda qalması ölkəni terror hədəfinə çevirə bilər. Seçkiyə beş-altı gün qalmış “Əl-Qaidə” Madriddə dəhşətli terror aktı törətdi. Seçicilər isə müxalif sosialist partiyasına səs verdilər. Görün, terror məsələsindən necə istifadə olundu. Bu baxımdan hesab edirəm ki, film və karikaturalar müsəlmanları təxribata çəkməkdir, radikallaşdırmaqdır. Buna da nail olurlar. İslam dünyasında təxribatlara cavab çox qeyri-adekvatdır”.

Din təhqir olunur, amma cavab münasib deyil


Geri dön

✰GoLd GirL✰

  • 6 oktyabr 2012 17:29
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
sAG OLUN......

_Susqun_

  • 4 oktyabr 2012 15:49
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
TESSEKKUR.....................

--------------------

ZaLaToY PaReN

  • 4 oktyabr 2012 00:34
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
TWKK XEBERE GORE...

solnuska

  • 3 oktyabr 2012 03:44
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX IDI OXUMADIM AMMA TWK YENEDE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 2 oktyabr 2012 21:27
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

fatimeyinur

  • 2 oktyabr 2012 20:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkur edirem xebere gore...

ZeMka

  • 2 oktyabr 2012 20:12
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
xeber ucun sag ol

--------------------

hello kitty

  • 2 oktyabr 2012 19:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
xebere gore twk

Nergka

  • 2 oktyabr 2012 17:35
  • Məqalə: 0
  • Şərh: 174
  • Bal:
{awards}
“Məhəmmdəd peyğəmbəri təhqir edən dırnaqarası filmə ən kəskin reaksiyanın olduğu ölkələrə diqqət yetirək: Misir, Liviya, Yəmən, yəni “Ərəb Baharı” olduğu ölkələr. İstənilən halda bu proses irəliyə doğru bir addım idi. Bu ölkələrdə dırnaqarası filmə ən sərt şəkildə müqavimət oldu. Livanda isə “Hizbullah”ın təşkil etdiyi etiraz aksiyası çox sivil bir formada keçirildi. Bu cür aksiyalar Misirdə, Liviyada mümkün deyildimi? Əlbəttə ki, mümkündür. O, halda ki maraqlar bunu tələb etsin. Görünür, “Hizbullah”ın lideri Şeyx Nəsrullahın marağı onun radikal kimi təqdim olunmamasını tələb edir. Ən azından “Hizbullah” belə bir təşkilat olduğu görünməsin, yaxud o fikri dağıtsın. İsrail mətbuatı yazır ki, Liviyadakı hücumları “Əl-Qaidə” təşkil edib və məqsəd Yəməndə öldürülən liderlərindən birinin qətlinə cavab idi. Görün, nədən kim istifadə etdi.

-------------------------
sevgilim sensiz 1il agir kecdi..goresen bu 5-6 ayda neler olacag.

--------------------
S.s.

dj deniz

  • 2 oktyabr 2012 17:10
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
teşekurler melumata gore

--------------------
AnLa MəNi............

my angel__

  • 2 oktyabr 2012 15:39
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
tewewekkurler meqaleye gore

--------------------
Помни, что ты - мое все ❤

SmiLe_LiFe

  • 2 oktyabr 2012 15:29
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
tewekkurler

ღ★Diamond★ღ

  • 2 oktyabr 2012 15:21
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
ünlərdir ki, islama edilən bu cür ardıcıl hücumların səbəbləri barədə müxtəlif fikirlər səslənir. Əksəriyyəti hesab edir ki, müsəlman dünyasını təxribatlara çəkərək onun aqressiv imicini formalaşdırmaqdır. Hücumların arxasında müsəlmanların millətçi ruhunu öldürmək, ərəb dünyasını birləşdirən əsas amil kimi islamın nüfuzdan salması bir məqsəd dayana bilərmi?

Nuray2012

  • 2 oktyabr 2012 15:21
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol ALLAH razi olsun

--------------------

TAYNA VOSTOKA

  • 2 oktyabr 2012 15:10
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Mənbənin məlumatına görə, əlavə nəşr 175 min nüsxə olacaq.

--------------------

...BARSA FANATI....

  • 2 oktyabr 2012 15:02
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN....

GuNaY_83

  • 2 oktyabr 2012 14:59
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.......

--------------------

Lale_97

  • 2 oktyabr 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
I LOVE GOD.THANKSS

--------------------
_Illuminati <3_
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}