Azərbaycan toylarına Afrika adətləri gəlib

 
Azərbaycan toylarına Afrika adətləri gəlib

Azərbaycan toylarına Afrika adətləri gəlib

Gəlini hind filminin qəhrəmanı olan Gitaya oxşatmaq üçün xeyli əziyyət çəkmək və pul xərcləmək lazım olur
Toy deyəndə çoxlarının gözünün qabağına gəlin-bəydən qabaq şadlıq evlərindəki mərəkə gəlir. Əslində toy sahibləri də daxil hamı ailə quran gənclər üçün mərəkə yaratmağa çalışır.

etiraf edək, Azərbaycanda keçirilən toylarda evlənən cütlüyə aid nə isə varmı?Toy başa çatana qədər ancaq qonaqların məclisə necə münasibət göstərəcəyini düşünüb. Amma toya qədər o qədər xırdalıqlar olur ki, adam düşündükcə dəhşətə gəlir. Bütün xırdalıqların başında isə bir böyük məsələ durur: Pul... “Müasir toylar nə qədər xərc aparır” sualına cavab axtaracağıq.

Xonça səbət oldu, səbət boş qaldı

Toylar keçirildiyi məkandan aşlı olaraq müxtəlif qiymətlərə başa gəlir. Kənd toyları şəhər toylarına nisbətən az təmtəraqlı olur və ucuz başa gəlir. Ailə qurulması elçilik, nişan, xına mərasimi, ardıyca toyla başa çatır. Arada nişanlıların toyu uzanırsa bayram mərasimlərinin apardığı xərcləri nəzərə almaq lazım gəlir. Məsələn, Yeni il, Novruz bayramı, 8 mart, bunlar xərc aparan bayramlardır.

Mənbələrə görə, Misirdə və ya qədim Yunanıstanda yarandığı iddia edilən nişan üzüyü dairəvi olduğu üçün ümumi stabilliyi əbədi qorumaq rəmzini daşıyır. Adsız barmağa taxılan nişan üzüyü ürəyə aparan damarın məhz bu barmaqdan keçməsi ilə əlaqələndirilir.

Ürəyə aparan yolun üstündə qərarlaşan nişan üzüklərinin qiymətləri hazırkı Azərbaycanda müxtəlifdir. Qiymətlər 200 manatdan başlayır, qaş-daşı və metalın tərkibindən fərqli olaraq üzü yuxarı qalxır. Seçim isə evlənənlərin maddi durumuna və zövqünə bağlıdır.

Əvvəllər adi xonçalara ucuz-bahalı konfetlər düzülürdü və qız evinə aparılırdı. Lakin dünyada baş verən iqtisadi böhran xalqımızda maddi xərcləri azaltmaq əvəzinə, əksinə artırmağa həvəsləndirdi. Belə ki, indi nişan üçün aparılan konfetlər çox bahalı və bəzək-düzəkli olmalıdır. Yəni konfeti bir neçə rəngli kağıza bükür, üstündən bantik və ya göz muncuğu taxırlar ki, bu da baha başa gəlir. Əl qabiliyyəti və həvəsi olanlar bunu ev şəraitində başa gətirsələr də, əksəriyyət hazırını alır və ya sifariş verməli olur. Bəzənməmiş kilosu 20 manat olan konfet bəzədikdən sonra 50-60 manata çıxır. Şəhərin mərkəzində yerləşən bəzi mağazalarda bu fərqi sezmək elə də çətin deyil. Çünki eyni konfetin bəzəklisini və adisini eyni yerdə satırlar.

Şirnini indi xüsusi səbətlərdə aparırlar ki, onun qiyməti 20 manatdan başlayaraq hətta 1000 manata qədər artır. Şəhərin müxtəlif yerlərində fərqli qiymətlərə olan səbətlərin ən bahalıları əl işidir. Bahalı daşlarla bəzədilmiş, tikmə ilə işlənmiş səbətlər 1000 manatdan da bahadır. Bir sözlə, səbətlərin qiyməti onun ölçüsü və hazırlandığı materialdan aşlıdır.

Səbətin və konfetin qiymətini nəzərə alıb indiki səbətlərin əvvəlki xonçalar kimi dolu deyil, boş qalmasının səbəbi anlaşılandır.
Nişan günü Eyfel qülləsinə bənzəyən kəllə qəndin qiymətləri 50 manatdan başlayır. Maraqlı bir adət əmələ gəlib: Bu kəllə qənd saxlanır, ilk uşaq doğulandan qırx gün sonra uşağı görməyə gələnlərə doğranaraq paylanır.


Üstüaçıq maşında

Ən asan yaşam yolu olduğun kimi görünməkdir. Vay o gündən ki, olmadığın kimi görünməyə çalışasan. İndi yaxınlarının bahalı maşını olmayanda toy edən cütlük kirayə avtomobil götürməli olur. Kirayə avtomobillərin də qiymətləri daşıdığı markaya görə dəyərləndirilir. Bakı küləyinə və bu küləyin qaldırdığı toz-torpağa heç uyğun gəlməyən üstü açıq avtomobillər 200-250 manatdır.

Avtomobil kirayə verənlər gənclərin zövqündə yaxşılığa doğru dəyişiklik olduğunu deyirlər. Əgər iki-üç il öncə cütlüklər ancaq “CİP” maşını sifariş verirdilərsə, indi daha kiçik həcmli avtomobillər bəyənilir.

Amma həmişə belə olmur. Bəziləri göstəri üçün hətta avtomobilin ən bahalısını da kirayələyir. Kirayə pulunu isə toydan sonra verəcəyini deyir.
Boynunda həmayili gözəl...


Aşıq Ələsgər sevgilisinin gözəlliyini öyərkən belə deyib. O zamanlar gəlinə həmayil aparırdılar. İndi qızıl zəncir dəbdədir. Qızıllar da hər kəsin seçimindən asılıdır. Təbii, brilyant qaşlarla bəzədilmiş zinət əşyaları bahadır. Amma ölkənin müxtəlif ticarət mərkəzlərində İtaliya, Rusiya, İran və yerli istehsal olan qızıl-zinət əşyaları satılır. Bizim gənclər avropalı yaşıdlarını təqlid etmək üçün üstüaçıq maşın seçsələr də, nədənsə bu qızıl məsələsində çox həssasdırlar. Belə ki, Şərq ölkələrini çıxsaq, dünyada toy günü gəlinlərin daha çox adi bijuteriya taxdığının şahidiyik.
Bizim ellərdə isə hələ də “mənə ucuz qızıl gətirdilər” deyə ağlamsınan gəlinlər var.
Bütün hallarda, orta hesabla adi ailənin gəlininə min manatlığa qədər qızıl aparmaq məcburiyyəti var.

Xınayaxdı, yoxsa tatuaj mərasimi?

Şəhərdə baş tutan xınayaxdı mərasimləri daha çox Afrika qəbiləsindəki mərasimləri xatırladır. Kimlərsə biznes maraqları üçün bu ölkəyə, bu xalqa daha nələri sırımır ki? Xınayaxdı mərasimində mütləq xına ilə tatuaj edən bir xanım çağrılmalıdır, bu xanımın 3-4 saatlıq rəsm cızması

300 manatdan başlayaraq çoxalan məbləğlə artır.

Xınayaxdı məclisindən gələnlər hind filmindəki Gitanı xatırladırlar. Hamısının əlləri qollarına qədər naxışlanır. Gəlinlər qabaqlar ovuclarının ortasına dairəvi xına yaxardılar. İndi isə gəlinin əllərini ərəb rəqqasələrin əlləri kimi düz dirsəyə qədər naxışlayırlar. Əslində indi niyə və nə üçün etmirlər, “hamı edir” deyə edirlər.

Xınayaxdı mərasimində bəzən türk seriallarındakı kimi romantik gecə yaratmaq eşqinə düşən ailələr şamlar və gül ləçəkləri ilə oğlanla qızın adının baş hərfini iri bir masanın üzərinə yazırlar ki, bu da Avropa ölkələrində daha çox ölü qəbrinin bəzənməsində istifadə edilən bəzək-düzəkdir.
Əvvəllər xınayaxdı mərasimində iki-üç növdə yemək verilirdisə, indi daha çox israfçılıq olur.

Xına əvvəllər adi kasada paylanırdısa, indi xınanın ayrıca qabı var ki, bu da 80 manatdan başlayaraq müxtəlif qiymətlərə başa gəlir.


Gəlinlik qiymətinə ağ çiçək

Gəldik çıxdıq toy gününə. Toy günü gəlinlik paltarını kirayə götürənlər səhər saat 9-da paltarı alırlar, səhər isə geri qaytarırlar. Gəlinlik paltarlarının bir günü onun materialından, təzə və nimdaşlığından asılı olaraq müxtəlif qiymətlərə verilir. Bu 200 manatdan 3 min manata qədər artan qiymətlərə təsadüf edir. Gəlinin əlində tutduğu balaca gül buketi də 30 manatdan başlayaraq 100 manata qədər olur.

Toy günü gəlinlərin bəzənməsi də baha başa gəlir. 20-30 manatlıq saç düzümü gəlin üçün 60-70 manata olur. Saç düzümü, dırnaqların bəzədilməsi və makiyaj birlikdə ən azından 200 manata qədər xərc tutur.

Şadlıq evlərinin qiymətlərini isə hesablamaq çətin deyil. Yerin biri 20-25 manatdan üzüyuxarıdır. Baxır toyuna neçə adam çağırırsan və neçə yer boş qalır...


Bütün hallarda, ailə quran gənclərimizə ailə səadəti arzulayırıq. Bunu isə pulla satmırlar. Sadəcə, cütlüyün bir-birini olduğu kimi qəbul etməsi və anlayış göstərməsi bu səadətin yaranmasına bəs edər.


Geri dön

✰GoLd GirL✰

  • 6 oktyabr 2012 17:21
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
maraqliydi sag olun.......

ZaLaToY PaReN

  • 3 oktyabr 2012 19:05
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
twkk xebere gore

solnuska

  • 3 oktyabr 2012 04:04
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
COX WEY GOZLEYECUK HELE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

Prank girl

  • 2 oktyabr 2012 21:57
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
hele cox wey ewideceyik tewekkur edirem xeber ucun

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZeMka

  • 2 oktyabr 2012 20:29
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
hele cox wey ewideceyik tewekkur edirem xeber ucun

--------------------

my angel__

  • 2 oktyabr 2012 16:02
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
yeqin oz adetlerimiz azdi bizimcun uje kecmiwik xarice wink

--------------------
Помни, что ты - мое все ❤

SmiLe_LiFe

  • 2 oktyabr 2012 15:47
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
tewekkurler

classic_guiter_girl

  • 2 oktyabr 2012 14:23
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
subayliq sultanliqdir wink

Avril_lavigne

  • 2 oktyabr 2012 14:21
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
men bunun terafdari deyilem. bizim xaricilerden ferqimiz olmalidi axi

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

ღ★Diamond★ღ

  • 2 oktyabr 2012 14:20
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Bütün hallarda, ailə quran gənclərimizə ailə səadəti arzulayırıq. Bunu isə pulla satmırlar. Sadəcə, cütlüyün bir-birini olduğu kimi qəbul etməsi və anlayış göstərməsi bu səadətin yaranmasına bəs edər.

Nuray2012

  • 2 oktyabr 2012 14:07
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
smile Cox sagol xebere gore

--------------------

...BARSA FANATI....

  • 2 oktyabr 2012 11:45
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol....

_Susqun_

  • 2 oktyabr 2012 11:42
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
tessekurlerrrrrrrrrrrrrr..................

--------------------

fatimeyinur

  • 2 oktyabr 2012 10:47
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkurler ..........

::Jessica Alba::

  • 2 oktyabr 2012 10:21
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurler xebere gore

GuNaY_83

  • 2 oktyabr 2012 10:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
TEWEKKURLER......

--------------------

Pink World

  • 2 oktyabr 2012 10:18
  • Məqalə: 11
  • Şərh: 1280
  • Bal:
{awards}
Maraqli xebere gore tesekkurler

--------------------
OZUNU BAHALI GOSTERME
SENE ENDIRIMLI GUNLERINI XATIRLADARAM!!!

dj_asqa.

  • 2 oktyabr 2012 10:10
  • Məqalə: 5
  • Şərh: 1487
  • Bal:
{awards}
maraqlidi ilk serh menden twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}