Müğənnilər “Lider”in əməkdaşları ilə birləşib xalqa seksdən danışdılar
Noyabrın 28-də «Lider» TV-nin efirində hamını şoka salan rüsvayçı olay yaşanıb. Kanalın «Qızıl pillə» proqramında seksual və cazibədar sənətçilərin reytinqi müəyyənləşdirilib. Bu mövzu ilə bağlı danışan müğənnilər ən vulqar ifadələrdən istifadə edərək intim həyatlarından danışıb, xalqa müxtəlif «məsləhətlər» veriblər. Seksual görünməyin yollarından, nə zaman kiminlə sevişdiklərindən, alt paltarlarından, hətta şəxsi intim həyatlarından söz açan müğənnilər Nadir Qafarzadə, Nura Suri, Brilliant Dadaşova, model Tunay, rejissor Aqil M.Quliyev və digərləri bizim sözlə ifadə etməyə utanc hissi keçirdiyimiz, kobud, əxlaqsız, hətta şəxsi söhbət çərçivəsinə sığmayan sözləri milyonların gözünün qarşısında səsləndiriblər.
Bu azmış kimi, rejissor Aqil M.Quliyev bu verilişə etiraz edəcək şəxsləri “mentalitet pərdəsi arxasında gizlənənlər” kimi təqdim edib.
Verilişin aparıcısı Zemfira isə əynindəki gecə paltarına bənzər geyimlə, müxtəlif pozalarda dayanaraq tamaşaçılara növbəti həftə də onları həyəcanlandıracağına söz verib…
Xatırladaq ki, “Lider” bir müddət öncə efirində açıq pornoqrafik görüntülər yaymışdı. Görünür, kanal bundan belə, pornoqrafiya yaymaqda qərarlıdır. Hakimiyyət rəhbərlərinin səhər-axşam milli mentalitetdən danışan nümayəndələri və onların təəssübkeşləri isə hələ də bu əxlaqsızlıq qarşısında susurlar.
Fikirləriniz...

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description