Maqnit fırtınası: özümüzü necə qorumalı

 
Maqnit fırtınası: özümüzü necə qorumalı

Dünya əhalisinin 1/3-i meteopatamdır.

Bu dünyaya gələndən o biri dünyaya köçənədək uyğunlaşmaqla məşğuluq. Elmi dillə desək, adaptasiya edirik: beşiyə, evə, məktəbə, şəraitə, doğmalara, yadlara, ətraf mühitə, işə, rəhbərliyə, rejimə, hökumətə, iqlimə, pis günə, yaxşı günə, əsarətə, qürbətə, kasıblığa, zənginliyə, dəbə, gəncliyə, qocalığa və s. və i.a.

Bir sözlə, bu dünyaya uyğunlaşırıq. Buna zəmanəyə uyğunlaşmaq və ya "palaza bürün, elnən sürün" də deyirlər.

Bəziləri buna dözmək də deyə bilər, lakin bu sözdə bir həd, hüdud var (nə vaxta qədər dözmək), uyğunlaşmaqsa belədir ki, əvvəldə müqavimət göstərirsən, sonda uyğunlaşırsan, vəssalam, qurtardı-getdi. Baxmayaraq ki, bunun stress tərəfi də var.

Banal səslənsə də, biz hamımız zəmanəmizin övladlarıyıq, elə yaxşı uyğunlaşana da "zəmanə adamıdır" deyirlər. Bəlkə də uyğunlaşmaq elə yaşamaq və ya yaşamı davam etdirməyin başqa adıdır. Çünki uyğunlaşa bilməyənlər:

a) (intihar variantı) o dünyaya vaxtından əvvəl "kəndir" atırlar və yaxud haradansa özlərini atırlar;

b) (qətl variantı) hansısa killer tərəfindən o biri dünyaya "uyğunlaşdırılırlar".

İndi deyəcəksiniz ki, uyğunlaşmağın fəlsəfəsindən gəvəzəlik etmək "Sağlamlıq" səhifəsi ilə uyğunlaşmır, heç bir dərdin də dərmanı deyil. Amma və hər halda, sağlam olmaq üçün sağ olmaq lazımdır, uğunlaşa bilməməyin isə səhhətə az ziyanı yoxdur, üstəlik fatal sonucları var.

İnsan orqanizmi bütün həyatı boyu ətraf mühitə, iqlimə uyğunlaşmağa məcburdur. Meteoroloji dəyişikliklərsə (isti, sərin, soyuq, şaxta, yağış, qar, külək, qasırğa, tufan və s.) gün ərzində bəzən iki-üç dəfə baş verir.

Orqanizm müqavimət göstərə-göstərə temperaturun qalxmasına və düşməsinə, havadakı rütubətə, hətta ionlaşmaya belə reaksiya verir. Havadakı müsbət ionların sayı izafi dərəcədə artanda bir çoxlarımız özünü taqətsiz, yorğun, halsız, incidilmiş kimi hiss edir. Havada mənfi ionlar çoxalandasa insanlar daha "diri" olur, ruh yüksəkliyi artır - sanki damarlara enerji vurulur. ABŞ-da artıq mənfi ionlarla doldurulmuş müalicə kameraları yaradılıb, Onun vasitəsi ilə bir sıra sinir pozuntuları, o cümlədən depressiya müalicə olunur.

Atmosfer təsirləri içərisində ən çox kefimizə soğan doğrayanı maqnit fırtınaları və ya qasırğalarıdır. Bu afət (bəla) planet sakinlərinin böyük əksəriyyətinə ağrılı təsir etsə də, çoxumuz bu barədə az bilirik.

Günəşdə epizodik olaraq özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklənmiş xırda hissəciklərin ("günəş plazması" adlanır) nəhəng axını atılır. Və onlar Yer kürəsinin maqnit qatına çatdıqda onunla qarşılıqlı əlaqəyə girib bu qatı bir növ "qəzəbləndirir", fırtına qoparır.

Bütün dünya əhalisinin 1/3-i meteopatamdır, yəni onlar maqnit fırtınasının yaxınlaşmasını daha tez hiss edirlər.

Ürək və damar xəstələri olan bu insanlar bu stressə daha güclü reaksiya verirlər, Onlarda arterial təzyiq qalxa, qan dövranı (ilk növbədə ürək əzələsinin kronar damarlarında) pisləşə bilir.

Maqnit fırtınası zamanı çoxlarında ağciyərlərin həyati həcmi daralır ki, bu da müxtəlif ağciyər xəstəliklərini kəskinləşdirə bilir.

Mərkəzi sinir sistemi belə təbiət kataklizmlərinə daha həssas reaksiya verir. Bu zaman insanda qavrama qabiliyyəti aşağı düşə bilər, diqqət pisləşə, yavaşlana, hətta dayana bilər. Nəticədə başımız sanki ağırlaşır, ovqatımız pozulur.

Söz yox ki, bizim sağlamlığımız bir çox təbii faktorlardan asılıdır. Lakin bir çox öncəgörmələrə, ilk növbədə astroloji proqnozlara inanmaq lazım deyil. Qeyd edək ki, hava ilə bağlı qısamüddətli proqnozlar az-çox dəqiq olursa, uzunmüddətli proqnozların doğruluğuna etibar etməyə dəyməz. O cümlədən Günəşdəki partlayışların nəticəsi olan Yerdəki maqnit qasırğası haqqındakı uzunmüddətli proqnozlar dəqiq deyil. Baxmayaraq ki, bəzi qəzetlərdə əlverişsiz günlərlə bağlı aylıq proqnozlar dərc edilir.

Yeri gəlmişkən, bizim orqanizmimiz müəyyən tsiklli tərəddüdlərin təsiri altındadır. Artıq hamıya həyati proseslərin sutkalıq, aylıq, mövsüm və illik tərəddüd və titrəmə ritmlərinin olduğu bəllidir. Bununla yanaşı günəşin periodik fəaliyyətindən asılı olan orqanizmin 6-7 günlük dəyişiklik ritmi tskili var. Həmçinin 23 günlük somatik (cismani), 28 günlük emosional və 33 günlük intellektual bioloji tsikili var ki, fəallaq öz zirvəsindən tədricən düşüşə keçir.

Hətta gün ərzində insanın əsəb-psixi və energetik ovqatı bir neçə dəfə dəyişir. Əgər siz insanın ifrat tiplərinə ("bayquşlar" (gecə yatmayanlar) və s.) aid deyilsinizsə, fəallığın artması sizdə saat 9-da başlayır. Saat 10-da insan özünün ən yaxşı "idman forması"nda olur. Saat 12:00-da bütün gücün mobilizasiyası anı başlayır. Günortaüstü fəallıq azalmağa başlayır. Saat 15:00-da bir qədər yüksəliş olur və bir saat sonra o yenidən düşüşə keçir.

Saat 20:00-da insanın bütün reksiyası sürətlənir, saat 21:00-da insanın "axşam yaddaşı" adlı qabiliyyəti işə düşür. Bu vaxtdan tələbələr və intellektuallar daha çox faydalanırlar. Saat 22:00-da ümumi düşüş başlayır və orqanizm yuxuya hazırlaşır.

Nə etməli?

Maqnit fırtınasına necə sinə gərmək olar?

Bunun üçün mərkəzi və veqenativ, habelə ürək-damar sistemini möhkəmləndirmək lazımdır.

Səhəri yemək yeməklə deyil, idman, gəzinti və ya qaçışla başlayın.

Kontrast (isti-soyuq) duş almağı və yaxud qan damarlarının möhkəmlənməsi üçün nəm əsgi ilə bədəninizi silməyi unutmayın.

Nəfəs gimnastikası xüsusilə vacibdir.

Tünd spirtli içkilərdən qaçın.

Rasional, düzgün qidalanmaya üstünlük verin. Yəni qeyri-əlverişli günlərdə qidanın kaloriliyini normal rasiondakından 1/4-1/3 dəfə azaldın. Kalorinin azaldılması ət məhsullarının və heyvan yağının menyuda məhdudlaşdırılması ilə olur.

Psixi özünütənzimləmə üçün təmrin, təcrübələr və bioenerji qəbulu zəruridir.
Milli.az


Geri dön

_Susqun_

  • 4 oktyabr 2012 12:55
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
SAG OLUN.................

--------------------

ZaLaToY PaReN

  • 4 oktyabr 2012 00:18
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
TWKK XEBERE GORE

solnuska

  • 3 oktyabr 2012 20:01
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
MELUMATA GORE TWK................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

fatimeyinur

  • 3 oktyabr 2012 18:56
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meslehete gore tsk... smile

Prank girl

  • 3 oktyabr 2012 18:33
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tewekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZeMka

  • 3 oktyabr 2012 17:59
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
meslehet ucun sag ol

--------------------

::Jessica Alba::

  • 3 oktyabr 2012 16:45
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurlerr meslehete gore

SmiLe_LiFe

  • 3 oktyabr 2012 16:13
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
maraqli idi tewekkurler

my angel__

  • 3 oktyabr 2012 16:08
  • Məqalə: 291
  • Şərh: 11178
  • Bal:
{awards}
maraqli meqaledi.. winked ..oxduum tewekkurer

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

nihan aliyeva

  • 3 oktyabr 2012 15:57
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
bir ooo qalmisdi

Nuray2012

  • 3 oktyabr 2012 15:37
  • Məqalə: 651
  • Şərh: 11084
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

GuNaY_83

  • 3 oktyabr 2012 15:33
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol.........

--------------------

...BARSA FANATI....

  • 3 oktyabr 2012 15:31
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
meslehet ucun sag ol...

ღ★Diamond★ღ

  • 3 oktyabr 2012 15:29
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
intihar variantı) o dünyaya vaxtından əvvəl "kəndir" atırlar və yaxud haradansa özlərini atırlar;

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}