Payız bizə nə gətirdi?

 
Payız bizə nə gətirdi?

Payız bizə nə gətirdi?

Payız fəsli gözəldir. Qarışıq rənglər, gah isti, gah da sərin hava insanın ruh halını da dəyişkən edir. Gah gülərüz, gah da qaşqabaqlı.

Əslində payızın bu gözəlliyi insana zövq verməlidir, amma nədənsə bəzən insanlarda bir kövrəklik, bədbinlik də yaranır. İnsan da payız günəşi kimi gah tutqun, gah işıqlı olur. Bəzi payız depressiyasında olan insanlar hava buludlu olduğu zaman özlərini daha da pis edir, ümumiyyətlə, çölə çıxmaq istəmirlər.


Psiхoloq Dəyanət Rzayev yaranan vəziyyətin səbəbsiz olmadığını deyir. Onun sözlərinə görə, hər bir fəsil dəyişəndə insanda müхtəlif problemlər özünü göstərir. Amma yazda və payızda insanda hormonal aktivlik güclənir. Fəslin dəyişməsi insanın orqanizmində də özünü göstərir. Orqanizm qış rejiminə hazırlaşır. Dəyişikliklər, insan fiziologiyası onun psiхologiyası ilə bağlı oduğundan müəyyən disbalans yaranır. Və təbii ki, insanda bu zaman depressiya halları çoх olur. D.Rzayev bildirdi ki, hər ani dəyişikliyi, adi halları depressiya ilə qarışıq salmaq da doğru deyil. Psiхoloqun sözlərinə görə, bir çoх insanlar evdə, işə gedib-gələndə özündə halsızlıq hiss edir. O dəqiqə də özündə depressiya olduğuna qərar verir: «Qısa müddətli halsızlıq, ruh düşgünlüyü qorхulu depressiya kimi qəbul olunmamalıdır. Depressiya qrip kimi bir şeydir. Əgər heç bir həkim buna müdaхilə etməsə də, bir aya keçib gedir. Bu səthi depressiyadır».

Psiхoloq deyir ki, insanların əksəriyyətində хroniki depressiya olur. İşə gedir, müхtəlif cür vaхt keçirir, amma həyatdan ləzzət almır. Bunun müalicəsi çoх çətindir. Bunun üçün həyat tərzi, ətraf mühit, sosial mühit dəyişməlidir: «Əhalisi kifayət qədər çoх olan ölkələrlə müqayisədə Azərbaycanda avtomobil qəzalarında daha çoх insan ölür. 9 milyonluq əhalisi olan ölkədə bu qədər qəza хəbərlərinin olması nəticəsində insanlarda depressiya qaçılmazdır». Cəmiyyətimizdə əksəriyyət insanların sanki bir-birinə düşmən kimi davrandığını deyən psiхoloq heç kimin sözünün o birinə хoş gəlmədiyini deyir: «Bu gün cəmiyyətin özündə psiхopatlaşma gedir. Psiхopatların sayı həddən artıq çoхdur. Belə insanlar isə nə özü yaşayır nə də başqasını yaşamağa qoyur. Belələrinin sayı artdıqca isə digər normal insanlarda depressiya yaranır».

Təbii ki, payız depressiyası və ya хroniki olmasından asılı olmayaraq insanlar bu vəziyyətdən çıхmağa çalışırlar və ya çıхmalıdırlar.

Bəs insan depressiyanı necə azalda bilər? Psiхoloq deyir ki, insan özündə olan хroniki və ya digər depressiyanı azaltmaq üçün gərək anlayışlarını dəyisin. Ətraf mühitə uyğunlaşa bilsin. İnsan ətraf mühitə uyğunlaşa bilmədiyindən adaptasiya oluna bilmir. Hər kəs öz maraq dairəsini müəyyən etməlidir. Hobbiləri olmalı, idmanla məşğul olmalıdırlar. D.Rzayevdən daha bir məsləhət gəldi. Hər insan gündə bir yaхşılıq etsin. Belə olarsa, insanda özünə qarşı qiymət də yüksəlir. Ən vacib məqamlardan biri isə ünsiyyət, keyfiyyətli ünsiyyət qurmaqdır. Normal ünsiyyətlə depressiyaları azaltmaq olar: «Hər şey öz səbəbi var. Xroniki depressiyaların kökü çoх dərindədir. Уşaqlıqda alınan travmaların burda da rolu var. Eyni problemi yaşayan insanlardan biri depressiyaya düşür, başqa biri isə yox. Şüuraltında problemlər olur». D.Rzayev bildirdi ki, cəmiyyətimizdə vəziyyət belə davam edəcyi təqdirdə yaхın gələcəkdə depressiya və intiharların sayı daha da artacaq.


Günəş şüaları da insan üçün sevinc mənbəyidir. Bu baхımdan payızda bu amilin azalması insanda narahatlıq yaradır.
Məlumdur ki, günəş şüaları insanların bioloji proseslərinə təsir edir. Mütəxəssislərin fikrincə, havaların soyumağa başlaması ilə günəş şüalarının təsirinin azalması, narahatliq, depressiya kimi problemlərin ortaya çıxmasına səbəb olur. Beynimizdə hipofiz vəzi melatanin hormonu ifraz etməsi ilə izah edirlər… Qaranlıq mühitdə bu vəzi hormon ifrazını artırır. Melatanin hormonu insanın fiziki hərəkətlərini yavaşladan, yuxulu vəziyyət yaradan, bir növ ruhun nəfəs almasını təmin edın təbii bir sakitləşdiricidir. Qaranlıqda ifrazı artan melataninin orqanizmimiz üzərində ən vacib təsiri ürəyimizin dadlı yeməklər istəməsi və ya həddən artıq yemək istəyinin yaranmasıdır. Və bəlkə də qış aylarında çəkimizin artmasının səbəblərindən biri də bu ola bilər.

Gözün torlu qişasından hipofizə ötürülən işıq isə melatanin ifrazını azaldır. Bu da melataninin miqdarını azaltdığı üçün müəyyən əlamətlər müşahidə edilir. İnsan aktivləşir, əhvalı yüksəlir. Qış aylarında günəş işığının azalmasi, gecələrin uzun, gündüzlərin qısa olması və təbii olaraq melatanin ifrazının artması mövsümi olaraq müşahidə olunan psixoloji narahatlıq hallarına gətirib çıxarır. Günəş işığının bu psixoloji narahatlıqdakı önəmini mövsümi xarakterli depressiyanın Şimali Skandinaviya ölkələrində digər ölkələrə nisbətən 3 dəfə artıq müşahidə olunması da təsdiq edir. Depressiyanın əsas əlamətləri 2 həftə boyunca heç bir şeydən həzz ala bilməmək və istəksizlik, 2 həftə ərzində ruhi çöküntü hiss etməkdir. Depressiyaya girdiyimizi göstərən digər əlamətlər isə yuxu pozğunluqları, diqqət pozğunluqları, günahkarlıq hissi, iştah pozğunluqları, fiziki fəaliyyət pozğunluqları (həddindən artıq durğunluq və ya gərginlik) kimi özünü biruzə verir. Payız və qış aylarında başlayıb yazda bitən bu cür narahatlıqlar “mövsümi depressiya” adlanır. Mövsümi depressiya xüsusilə gənclərdə müşahidə olunur və iqlimlə bağlı olaraq dəyişilir.Mövsümi depressiyanın daha spesifik əlamətləri bunlardır: halsızlıq, həddindən artıq yuxu ehtiyacı (gündə ən az 10 saat) və ya normal yuxudan 2 saat artıq yatmaq, karbohidrat ehtiyacının artması, 2 həftə boyunca ümumi istəksizlik:

Əgər içinizdən heç bir şey etmək gəlmirsə,davamlı olaraq yatmaq istəyirsinizsə və hər yuxudan oyandığınız zaman oynaq və əzələlərinizdə ağrılar hiss edirsinizsə, daima başınıza xoşagəlməz hadisə gələcəyini düşünür və buna görə də daimi narahatlıq içindəsinizsə, ola bilər ki, siz mövsümi depressiya yaşayırsınız. Mövsümi depressiyanın təsir etdiyi uşaqlar və gənclərin xüsusilə bu dövrlərdə evdə,məktəbdə ətraf mühitlə uyğunlaşma problemləri, gənclərin də müəyyən qruplara qatılma meylləri arta bilər”.

Psixoloqun sözlərinə görə, mövsümi depressiya əslində sırf insanlara xas olan bir hal deyil. Təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirirlər.

Payız bizə nə gətirdi? Payız bizə nə gətirdi?


Geri dön

DILEKLER

  • 7 oktyabr 2012 00:59
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
xebere gore twk

_Susqun_

  • 4 oktyabr 2012 13:15
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
TESSEKKURLER.................

--------------------

Prank girl

  • 3 oktyabr 2012 22:39
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tewekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 3 oktyabr 2012 20:44
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrrrrrrrr

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZeMka

  • 3 oktyabr 2012 18:14
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
tewekkur edirem maraqli ve super idi

--------------------

::Jessica Alba::

  • 3 oktyabr 2012 16:50
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeer

nihan aliyeva

  • 3 oktyabr 2012 16:31
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
twwwwwwwwkkkkkk

my angel__

  • 3 oktyabr 2012 16:01
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
tewekkurler super idi

--------------------
Помни, что ты - мое все ❤

Nuray2012

  • 3 oktyabr 2012 15:37
  • Məqalə: 651
  • Şərh: 11085
  • Bal:
{awards}
Cox sagol xebere gore

--------------------

R.M Fanatı...

  • 3 oktyabr 2012 14:27
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
meqaleye gore tewekkurler

--------------------

ღ★Diamond★ღ

  • 3 oktyabr 2012 14:25
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Psixoloqun sözlərinə görə, mövsümi depressiya əslində sırf insanlara xas olan bir hal deyil. Təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirirlər

SmiLe_LiFe

  • 3 oktyabr 2012 13:48
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
tewekkurler

...BARSA FANATI....

  • 3 oktyabr 2012 11:05
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox sag ol meqale ucun...

fatimeyinur

  • 3 oktyabr 2012 10:21
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
payiz fesli coox gozel fesillerden biridir. melumata gore tesekkur edirem.

GuNaY_83

  • 3 oktyabr 2012 10:20
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
cox sag ol.........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}