Çexiyanın paytaxtı Praqada yaşayan sabiq yanğınsöndürən Yakub Halik dünyanın misilsiz insanı sayıla bilər.
37 yaşlı Halik artıq yarım ildir ki, nəbzi vurmadan yaşayır.
Aprel ayında ürəyindəki bədxassəli şişə görə xəstəxanaya yatırılan Yakubun ürəyi çıxarılıb, onun yerinə iki mexaniki qanvuran nasos yerləşdirilib.
Halik artıq 6 aydır ki, nəbzi döyünmədən yaşayır.
Həkimlərin dediklərinə görə, Yakubun durumu pis deyil. Sadəcə, hər 5-10 ildən bir o, kardioəməliyyat olunmalı, ürəyini əvəz edən nasoslar dəyişdirilməlidir.
Dünyada nəbzi olmadan yaşayan ilk insan ABŞ-ın Texas ştatının sakini Kreyq Lüis idi.
2011-ci ildə o, ürəyi çıxarılaraq nasosla əvəzlənəndən sonra cəmi bir neçə həftə yaşamışdı.

Milli.Az