Milyonçunun yay “təəssüratı”

 
Milyonçunun yay “təəssüratı”

Yay tətilimiz də başa çatdı.Bəzilərimiz bu tətili evdə, öz şəhərimizdə keçirdik, bir qismimizsə şəhərdən kənarda.Bölgələrimizin birində və ya ölkədən kənarda.Hara getməsindən asılı olmayaraq hər kəs öz istirahətindən, əyləncəsindən ağız dolusu danışır.Xüsusən də ilboyu zəhmət çəkib enerji itirənlərin bu istirahətə hamıdan çox ehtiyacı var idi.Bir çoxumuzun yay macəraları, o macəraların unudulmaz təəssüratları gələn ilin yay tətilinədək bizi tərk etməyəcək. İl boyu xəyal etdiyimiz arzularımızı bu yay həyata keçirə bilənlər də oldu, bu arzunu ondan asılı olmayan səbəblərdən gələn ilə saxlayanlar da..Maraqlı, əyləncəli, isti yay günləri artıq geridə qaldı..

İstər ən böyük şəhərlərdə dincələnlər olsun, istər şəhərdə öz evində tətili başa vuranlar,-hər kəs bu yayı bir cür xatırlayacaq..Hər kəsin yaddaşında bir cür qalacaq.Heç yerə gedə bilməyənlər “Filankəsdən nəyim əskikdir ki, bu il gərək pul yığım, mən də xarici ölkələrdin birində istirahət edəm.Ən bahalı oteldə, ən yüksək keyfiyyətli xidmətlərlə”..deyənlər də var aramızda.”Eh, 3-4 gün yaşayırıq, gün görək də..”Bu arzunu illərlə qəlbində arzu olaraq yaşadanlar da var. Avstriyali Karl Rabeder kimi..

O da bu arzularla yasadi, arzusunu reallığa çevirdi və..bir gün içində milyonçudan adi insana cevrildi.Həm də öz istəyilə..Məhz yay “təəssüratlarının” nəticəsi olaraq..O da uzun illər əvvəl, gəncliyində belə düşünürdü..”Kaş ki, çoxlu pulum olardı.Mən də dünyanı gəzib dolaşaydım.Atam kimi, babam kimi kasıb həyatı yaşamaqdan sıxıldım.Varlı həyatı yaşamaq mənim də haqqımdır.Həyatım boyunca da buna çalışacam” dedi və uzun illər zəhmətə qatlaşıb arzularına qovuşdu. Pul qazanmaq, varlı olmaq arzusuyla yaşadı və istəyinə də çatdı.. Fərqlənmək, üstün olmaq, zəngin həyatı yaşamanın xoşbəxtlik gətirəcəyini düşünürdü.Güclü istəyi və zəhməti hesabına arzusuna da çatdı. Avropanın tanınmış milyonçularından biri oldu.Amma çox keçmədən anlayır ki, var-dövlətin insana xoşbəxtlik gətirdiyini düşünərkən yanılırmış.Varlı həyatı zahirən parıltılı görünürmüş.Özlərindən başqa hər kəs onları dərdsiz-qəmsiz, dünyanın xoşbəxti sanarlar.Bəzən özləri də buna bir anlıq inanmaq istərlər.Karl Rabeder də varlı həyatının ilk illərində bu xoşbəxtliyin dadını çıxarır.Var-dövləti ildən-ilə artır.Artdıqca da qəlbi sıxılır.Bu artım onun daxili rahatlığını azaldır anbaan.Axı o əvvəldən belə həyat yaşamamışdı.Zəhmətə alışıq insanlar olublar ailəcə.Sadə həyat sürüb həmişə.Xalqın içindən çıxmışdı.Daha çox pul qazandıqca dincliyini itirmiş və bir gün öz-özünə:”Artıq buna bir dayan deməlisən, Karl.Lüks həyata son verməlisən, gerçək həyata başlamalısan”deyir.Və bu qərara məhz yay istirahəti günlərində gəlir.Havay adalarında üç həftəlik “beş ulduzlu bir həyat” yaşadıqdan sonra saysız pul xərclədikdən və ətrafında bir tək gerçək insan görmədikdən , pulun şişirtdiyi saxta dostlarla, rola girən insanlarla birlikdə olduğunun fərqinə vardıqdan sonra...

Anlayır ki, əslində varlı olanadək azad idi o.Varlandıqca rahatlığı kimi, azadlığını da itirir.İndi istədiyi kimi davrana, istədiyi zaman istədiyi yerə tək gedə bilmir. O əvvəl sadə, tanınmamış Karl olduğu zaman arzularına daha yaxın idi.Kaş ki, bunu anlayıb var-dövlət dalınca qaçmasaydı..İndi milyonçu Karl arzularının dalınca qaçmır.Nə istəyirsə həmin an qarşısında hazırdır.Bu cür həyat ona maraqsız görünür.Həyəcanlı, sərbəst həyatı qaldı keçmişində.Özü kimi sadə, səmimi dostları da qaldı keçmişdə.İndi ətrafında olan insanlarla SƏMİMİYYƏT anlamı bir-birinə yaddır.Həmin yay istirahəti günlərində bu fərqi daha çox hiss edir və cəsarətlə ruhunun və qəlbinin səsinə qulaq asır. Köləlikdən qurtulub azadlığa qovuşur.Əvvəllər sərvətin arxasınca qaçaraq xoşbəxtlik tapacağına inanan milyonçu bunun əksini görüncə qəti qərarını verir.Onu bədbəxt edən, daxili sakitliyini əlindən alan, kədərləndirən sərvətindən qurtulmaq üçün özünə bir qəpik belə saxlamayaraq üç milyon yevroluq var-dövlətini Latın Amerikasında yaratdığı bir yardım dərnəyinə bağışlayır.

Çox istərdim ki, bu dəfə də bizlərdən birinin həyatından nümunə gətirim.Amma çox fikirləşsəm də var-dövlətindən asanlıqla vaz keçəcək birini tapa bilmədim.Ona görə elə Karldan yazmaq qərarına gəldim..

P.S.Milyonçular bir yana elə özümüzü götürək.Yay istirahəti zamanı “var-dövlətinə” nifrət edən Karldan fərqli olaraq çoxumuz məhz elə yay tətili günlərində varlanmağı daha çox arzulayırıq. Karlın var-dövlətə nifrətinə olan səbəblər bizi varlanmağa daha da həvəsləndirir nədənsə...

Müəllif :Gülşən


Geri dön

GuNaY_83

  • 17 oktyabr 2012 15:56
  • Məqalə: 282
  • Şərh: 22356
  • Bal:
maraqliydi.cox sag ol..

--------------------

DILEKLER

  • 11 oktyabr 2012 22:32
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
tewekkurler

DILEKLER

  • 6 oktyabr 2012 21:57
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
maraqlidi twk

fatimeyinur

  • 6 oktyabr 2012 15:05
  • Məqalə: 24
  • Şərh: 5644
  • Bal:
{awards}
tesekkurler..........

Prank girl

  • 6 oktyabr 2012 10:25
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
oxumadim yenede tsk edirem

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

solnuska

  • 6 oktyabr 2012 03:45
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
OXUMADIM AMMA YENEDE ZEHMETE GORE TWK

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Susqun_

  • 6 oktyabr 2012 00:43
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
SEBRIM CATMADI OXUMAGA TESSEKKURLER............

--------------------

quzum menim

  • 5 oktyabr 2012 23:13
  • Məqalə: 27
  • Şərh: 650
  • Bal:
{awards}
oxudumeee.... wink ama ordan-burdan oxudum.camaat gedib isrtirahete kef kecib bizde tesuratlarini oxuyuruq wink

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...

ZeMka

  • 5 oktyabr 2012 19:29
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
maraqli hekayedi tewekkur edirem beyendim

--------------------

my angel__

  • 5 oktyabr 2012 19:25
  • Məqalə: 285
  • Şərh: 10726
  • Bal:
{awards}
oyy coox uzundu))ureyim partdadi kiii)) wink tewekkurelr

--------------------

::Jessica Alba::

  • 5 oktyabr 2012 19:22
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeeeeeer

★Mermaid★

  • 5 oktyabr 2012 19:05
  • Məqalə: 65
  • Şərh: 1098
  • Bal:
{awards}
Milyonçular bir yana elə özümüzü götürək.Yay istirahəti zamanı “var-dövlətinə” nifrət edən Karldan fərqli olaraq çoxumuz məhz elə yay tətili günlərində varlanmağı daha çox arzulayırıq. Karlın var-dövlətə nifrətinə olan səbəblər bizi varlanmağa daha da həvəsləndirir nədənsə...

--------------------

...BARSA FANATI....

  • 5 oktyabr 2012 18:36
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
maraqlidir...tesekkur edirem...

NeRVoZ

  • 5 oktyabr 2012 18:33
  • Məqalə: 3
  • Şərh: 221
  • Bal:
{awards}
cox uzun yazilib ee sebrim catmadi oxuyum:(

ღ★Diamond★ღ

  • 5 oktyabr 2012 18:09
  • Məqalə: 340
  • Şərh: 9465
  • Bal:
{awards}
Çox istərdim ki, bu dəfə də bizlərdən birinin həyatından nümunə gətirim.Amma çox fikirləşsəm də var-dövlətindən asanlıqla vaz keçəcək birini tapa bilmədim.Ona görə elə Karldan yazmaq qərarına gəldim..

--------------------


ZaLaToY PaReN

  • 5 oktyabr 2012 18:06
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
twk xebere gore...

SmiLe_LiFe

  • 5 oktyabr 2012 17:49
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
twk maraqli idi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 65
Cəmi: 98

 

Top 10 Müəllif

SiYiNeMe
Xəbərləri: 34
Cəmi: 909
 
azer_
Xəbərləri: 34
Cəmi: 534
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 33
Cəmi: 292
 
Sαmmyyy_✰
Xəbərləri: 28
Cəmi: 350
 
Islam_awki
Xəbərləri: 27
Cəmi: 105
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 26
Cəmi: 227
 
EsKeR_BaLaM
Xəbərləri: 26
Cəmi: 67
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 22
Cəmi: 220
 
Light_Of_God
Xəbərləri: 21
Cəmi: 76
 
★Glamurka AnGeL★
Xəbərləri: 20
Cəmi: 72