Mətbəx sirləri: Stromboli - pizza ruleti

 
Mətbəx sirləri: Stromboli - pizza ruleti

Tərkibi:

250 q pizza xəmiri
1 fincan tomat sousu
1,5 fincan sürtgəcdən keçirilmiş motsarella pendiri
9 fal salyami
7 fal nazik doğranmış vetçina (başqa kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 yumurta (üstünə)
cəfəri qurusu

pizza xəmiri (500 q):

1 fincan isti su
2 1/4 ç.q. quru maya
1 x.q. bal və ya şəkər tozu
2 ç.q. duz
2 x.q. bitki yağı
3 fincan un (üstəgəl 0,5 fincan)

Pizza xəmiri: Ləyəndə isti suda bal və ya şəkər tozunu maya ilə qarışdırın. 10-15 dəqiqə, üzərində qabarcıqlar əmələ gələnədək saxlayın. Duz, bitki yağı, unun yarısını əlavə edib qarışdırın. Sonra hissə-hissə unun qalanını əlavə edib, əlinizə yapışmayanadək xəmir yoğurun.

Elastik olanadək ətləyin. (Əgər mətbəx kombaynınız varsa, xəmiri içinə qoyub 6 dəqiqə yoğura bilərsiniz).

Ləyəni və xəmiri azca bitki yağı ilə yağlayın, üzərinə qida plyonkası çəkib, isti yerdə 1-2 saat saxlayın.

Sobanı 240 dərəcə qızdırın. Sinini bitki yağı ilə yağlayın. Perqament də döşəyə bilərsiniz.

Xəmiri 25x40 sm ölçüdə yayın. Siniyə qoyun.

Sininin 2/3-nə tomat sousu çəkin (kənarlardan 6-7 sm saxlamaq şərtilə).

Sousun üstünə pendirin yarısını səpin. Üstünə kolbasa və vetçinanı düzün, üstündən pendirin qalan yarısını səpin.

Yumurtanı kasada çalın və xəmirin açıq kənarlarına çəkin.

Rulet kimi bükün. Üstünə yumurta çəkin, sürtgəcdən keçirilmiş motsarella, yaxud parmezan pendiri, sonra isə quru cəfəri səpin.

Ruletin üzərini 4-5 sm-dən bir iti bıçaqla çərtin.

Sobada 10-12 dəqiqə bişirin. Hazır olandan sonra 5 dəqiqə soyudun, sonra isə doğrayın.

Süfrəyə tomat sousu ilə verə bilərsiniz.

Nuş olsun!

Mətbəx sirləri: Stromboli - pizza ruleti

Mətbəx sirləri: Stromboli - pizza ruleti

Mətbəx sirləri: Stromboli - pizza ruleti

Mətbəx sirləri: Stromboli - pizza ruleti


Geri dön

DILEKLER

  • 7 oktyabr 2012 18:13
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
twkkkkkkkkkkkkkkk

my angel__

  • 7 oktyabr 2012 14:42
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
resepte gore tewekkurler

--------------------
Помни, что ты - мое все ❤

fatimeyinur

  • 6 oktyabr 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sag olun...

Prank girl

  • 6 oktyabr 2012 10:15
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Sitat: ...BARSA FANATI....
sag ol.....

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

quzum menim

  • 6 oktyabr 2012 09:16
  • Məqalə: 26
  • Şərh: 650
  • Bal:
{awards}
xosumm gelmedi,men bele yemekler yeye bilmirem fellow

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...

solnuska

  • 6 oktyabr 2012 03:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK...........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

aksana1993

  • 6 oktyabr 2012 02:29
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
EMEYE GORE TWK EDIREM smile

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

_Susqun_

  • 6 oktyabr 2012 00:32
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
BEH-BEH TESSEKUR..............

--------------------

ღ★Diamond★ღ

  • 5 oktyabr 2012 23:33
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Rulet kimi bükün. Üstünə yumurta çəkin, sürtgəcdən keçirilmiş motsarella, yaxud parmezan pendiri, sonra isə quru cəfəri səpin.

::Jessica Alba::

  • 5 oktyabr 2012 22:32
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeeeeeer resepte gore

Shawn michaels

  • 5 oktyabr 2012 21:51
  • Məqalə: 47
  • Şərh: 1558
  • Bal:
{awards}
beh beh ne yeyerdim olsaydi...

--------------------

...BARSA FANATI....

  • 5 oktyabr 2012 21:36
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
sag ol.....

Dj aka

  • 5 oktyabr 2012 21:03
  • Məqalə: 37
  • Şərh: 1063
  • Bal:
{awards}
cox dadli olardi etsiz olsaydi. Men vegetarianam twkler

--------------------
Qeyretsiz insan ipsiz iyneye benzer. Ne qeder cehd etsede tikis alinmaz!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}