Cizgi filmləri. Xeyirli, yoxsa zərərli?

 
Cizgi filmləri. Xeyirli, yoxsa zərərli?

Cizgi filmləri. Çox zaman insanların gözləri qarşısına qayğısız uşaqlıq illəri, yerinə yetməyən sehrli arzular, xatirələr gəlir. Bəzilərimiz hətta yaşa dolmağımıza baxmayaraq yenə də o uşaqlıq cizgi filmlərinə baxmaqdan doymarıq, sanki onlar bizi yenidən uşaqlığımıza qaytarırlar. Bəs uşaqlar...
Valideynlərə, pedaqoqlara, psixoloqlara suallar verilir — cizgi filmlərin uşaqlara nə kimi təsiri var? Hansı cizgi filmlərinə baxmaq daha yaxşıdır — yerli, yoxsa xarici? Ümumiyyətlə uşaqlar bu animasiya filmlərinə baxmalıdırlarmı?
Əvvəlcə bu animasiya filmlərinin bir tərəfinə, yəni müsbət tərəfinə nəzər yetirək. Cizgi filmləri rəngli, obrazlı, sadədirlər. Özünün tərbiyəvi istiqamətinə görə oyunlara, nağıllara yaxındır. Bəzi cizgi filmləri uşaqlara tərbiyələndirici təsir göstərir, onlara bu və ya digər vəziyyətdə necə davranmağı öyrədir, dəcəllik edən, daim mübahisə edən, yoldaşları ilə yola getməyən uşaqların sonunun necə olmasını onlara izah edir. Sanki bununla uşaqları bir çox çətin vəziyyətlərdən qoruyur. ( mehriban olacaqsan səninlə dostluq edəcəklər, ya da əksinə...). Doğrudan da animasiya filmlərinə bu istiqamətdən baxanda onların necə də öyrədici, tərbiyələndirci xüsusiyyətə malik olduğunu görürük, bununla onlar sanki valideynlərə öz övladlarını yetişdirməkdə kömək edirlər. Sehrli qəhrəmanlar onlar üçün sanki nümunə olur.
Lakin bir çoxlarımıza da məlumdur ki, bəzi cizgi filmləri uşaqlarda aqressiya yaradır, fikirlərini tamam başqa istiqamətə dəyişir. Məsələn, bir çoxlarımızın sevərək izlədiyimiz Tom və Jerry cizgi filmi. Daim qaça-qaç, biri digərini ya balta ilə vurur, ya suda boğmağa çalışır. Bəzi cizgi filmlərinin isə sujet xətti tamamilə anlaşılmazdır. Bir çox müasir cizgi filmləri pedaqoji, psixoloji və etik cəhətdən savadsız çəkilir. Onları özlərində heç bir məna kəsb etmirlər, yalnız qəddarlıq, aqressiya, qanunsuzluq.
Bəs bu vəziyyətin çıxış yolu necə olmalıdır? Uşaqlara cizgi filmlərinə baxmağı qadağan etmək? Bu zaman onun dünyagörüşü daha zəif olacaq. Daim uşağın izlədiyi cizgi filmlərinə nəzarət etmək? Demək olar ki, bütün cizgi filmlərində qəddarlıq və ya xeyirxahlıq nümunəsi var.
Bunun üçün də valideynlər cizgi filminin üslubundan asılı olmayaraq çalışmalıdırlar ki, onu övladı ilə birgə izləsinlər. Suallara cavab verməyə çalışmaq lazımdır. Cizgi filmi bitdikdən sonra onu mütləq müzakirə etmək lazımdır. Uşaq bu filmdən nəyi anladı? Nə üçün baş qəhrəman məhz o cür hərəkət etdi? Mənfi qəhrəman düzgün hərəkət etmişdimi? O davranışları həyatda təkrar etsək necə olar? vəs. Bəlkə də bu üsulla uşaqlara daha çox şey öyrədə bilərik..


Geri dön

CandyGirl

  • 3 dekabr 2010 16:35
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
bezileri zererlidi

--------------------

Just For Legend

  • 3 dekabr 2010 15:35
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Milawka

  • 3 dekabr 2010 13:35
  • Məqalə: 75
  • Şərh: 580
  • Bal:
{awards}
O BAXIR CIZGI FILMINE DE AMMA KI MEN INANMIRAM KI CIZGI FILMI ZIYANLI OLSUN BAXIR UWAQ ORDA GORDUYUNU HEYATDA TETBIQ EDIRSE.. ONDA BELKE DE ZIYANLI CUNKI ELE CIZGI FILMLERI VAR KI ORDA DOYMEK VURMAQ VE S. SEHNELER VAR

XEBERE GORE TWK

Sergio Ramos

  • 2 dekabr 2010 21:37
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
mənim ən çox xoşladığım multik Tom and Jerry_di

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 52
Cəmi: 70

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 57
Cəmi: 232
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 873
 
Limon qoxusu
Xəbərləri: 51
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 21
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 279
 
Lmzade
Xəbərləri: 19
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}