Revmatizm

 
Revmatizm

Revmatizm (kəskin oynaq revmatizmi) � streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir.

Hər il ABŞ-da ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər.

Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Bakterioloji və seroloji müayinələr göstərir ki, revmatizm - A qrupundan olan β-hemolitik streptokok infeksiyasına qarşı orqanizmin özünəməxsus allergik reaksiyasıdır.
Streptokok infeksiyası keçirmiş xəstələrin 2,5%-də bir ay ərzində kəskin revmatizm inkişaf edir.
Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Revmatik proseslə zədələnmiş toxumaları mikroskopik müayinə etdikdə bütün bədən boyunca yayılmış xarakter xırda düyünlər � qranulomalar aşkar olunur. Ürək klapanları üzərində yaranan belə qranulomalar Aşoff-Talalayev düyünləri adlanır.

Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Analoji proses perikard və plevra boşluğunda da baş verə bilər. Ürəyin xarici qişasının revmatik iltihabı perikardit, əzələ qişasının ilrihabı miokardit, daxili qişasının oıtihabı isə endokardit adlanır. Bir sıra hallarda bütün qişalar eyni zamanda prosesə qoşulur ki, buna pankardit deyilir. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmamazlığı əlamətləri inkişaf edir.

Formaları:
1. revmokardit (ürək forması)
2. revmatik poliartrit (oynaq forması)
3. revmatik xoreya (müqəddəs Vitt rəqsi)
4. revmatizmin dəri forması
5. revmatik plevrit


Simptomlar:
Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 400C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Əgər xəstədə sürətli və ya aritmik nəbz, döş qəfəsində ağrılar, ürəyin dilatasiyası və perikardın sürtünmə küyü müəyyən olunursa, bu artıq ürəyin zədələnməsini göstərir. Kəskin revmatizmli xəstələrin 95%-də EKQ-də qulaqcıq-mədəcik keçirici sistemində ləngimə (blokada) qeyd olunur.

Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, taxikardiya və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur.

Revmatizmin dəri forması (həlqəvi eritema və revmatik düyünlər), xoreya (hərəki pozuntular) və revmatik plevrit nadir hallarda rast gəlinir.
Ürək zədələnməsinin əlamətləri qeyd olunmadıqda adətən letal nəticələr baş vermir, əks halda xəstələrin ömrü xeyli qısalmış olur.

Müalicə:
Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.

Revmatizm zamanı pəhriz
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə rəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür.

Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır.

Revmatizm zamanı ilin fəslinə uyğyn olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.

Revmatizmdə xalq təbabəti

Yovşan islatması
Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 300 ml qaynar su əlav olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma edilir.

Yonca vannası
50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.

Yasəmən cövhəri
I resept: Yarım litrlik bankaya ağzına qədər yasəmən çiçəkləri doldurulur, üzərinə 40%-li spirt əlavə olunur və 21 gün qaranlıq yerdə saxlanılır. Süzüldükdən sonra gündə 3 dəfə 30 damcıdan yeməkdən əvvəl daxilə qəbul olunur. Müalicə müdəti 3 aydır.

II resept: 2 xörək qaşığı yasəmən çiçəklərinin üzərinə bir stəkan 40%-li spirt əlavə olunur və 7 gün müddətində arabir çalxalamaq şərtilə isti yerdə saxlanır. Alınan cövhər gündə 3 dəfə 50 damcıdan yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur və ya ağrılı oynaqlara çəkilir.

Tozağacı yarpaqları və tumurcuqları
I resept: Bir xörək qaşığı qurudulmuş tozağacı yarpaqları bir stəkan qaynar suda 6saat müddətində dəmlənir və süzülür. Dəmləmə gündə 2-3 dəfə 1/2 stəkandan qəbul olunur.
II resept: 5 qr tozağacı tumurcuğunun üzərinə bir stəkan qaynar su əlavə olunur, 15 dəqiqə müddətində vam odda və bir saat oddan qıraqda dəmlənir. Süzüldükdən sonra gündə 4 dəfə 1/4 stəkandan yeməkdən bir saat sonra qəbul edilir.

Dazıotu dəmləməsi
3 xörək qaşığı dazı otu 4 stəkan qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra gündə 3 dəfə 1/3 stəkandan yeməkdən əvvəl qəbul edilir. Müalicə müddəti 1-2 aydır.

Sarımsaq cövhəri
40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur. Ağzı bağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcıdan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Atpıtrağı ilə andız qarışığı
Hərəsindən 10 qr olmaqla atpıtrağı kökləri və andız kökləri bir stəkan qaynar suda 20 dəqiqə müddərində vam odda qaynadılır, bundan sonra 4 saat müddətində oddan kənarda dəmlənir və süzülür. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

Lobya qınları
20 qr xırdalanmış lobya qınları bir litr qaynar suda 3-4 saat müddətində qaynadılır, soyudulur və süzülür. Gündə bir dəfə 1/2 stəkandan qəbul edilir.

Kərəviz bişirməsi
100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.

Meksika resepti
50 qr spirt kasaya tökülür, üzərinə 50 qr kamfora əlavə olunur və həll olana qədər qarışdırılır. Alınan məhlula 50 qr xardal tozu da tökülərək qarışdırılır. 5-6 yumurtanın ağı kənarda bərk kütlə alınana qədər çalınır. Hər iki tərkib hissəsi qarışdırılır. Nəticədə alınan duru məlhəm hər gecə yatmazdan qabaq xəstə oynaqlara çəkilir. Səhər həmin nahiyələr nəm əski ilə silinir.


Geri dön

In_The_Dark

  • 31 avqust 2011 10:30
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
TWK MARAQLI MELUMATA GORE...

music_angel

  • 25 avqust 2011 18:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
vxebere gore tesekkur edirem

--------------------

NELLY19

  • 27 iyul 2011 21:33
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK MARAQLI MELUMATA GORE...

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 23:12
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Xebere gore twkk

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Yusif

  • 9 fevral 2011 17:30
  • Məqalə: 445
  • Şərh: 3324
  • Bal:
{awards}
Xebere gore twkk

CrazyGirl

  • 15 yanvar 2011 17:02
  • Məqalə: 601
  • Şərh: 2353
  • Bal:
{awards}
aLLAH HEC KIME GOSTERMESIN BELE XESTELIYI recourse

--------------------
Sən varsansa həyat çox gözəl!

Sergio Ramos

  • 2 dekabr 2010 01:13
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
məlumatları bizlə bölüşdüyün üçün təşəkkür...

--------------------

Just For Legend

  • 1 dekabr 2010 23:22
  • Məqalə: 409
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnataram

--------------------

Ulya

  • 1 dekabr 2010 22:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
melumata gore tesekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 20
Qonaqlar: 143
Cəmi: 194

 

Top 10 Müəllif

azer_
Xəbərləri: 48
Cəmi: 547
 
·٠• Sevgi Nağılı •٠·
Xəbərləri: 45
Cəmi: 301
 
YagmuRumuN MeLeYi
Xəbərləri: 40
Cəmi: 950
 
Sαmmyyy_✰
Xəbərləri: 36
Cəmi: 358
 
EsKeR_BaLaM
Xəbərləri: 36
Cəmi: 79
 
Islam_awki
Xəbərləri: 34
Cəmi: 111
 
♣LeGEnd of Kİng♣
Xəbərləri: 28
Cəmi: 231
 
ヅKapriznaya Dəlişkaヅ
Xəbərləri: 27
Cəmi: 226
 
Light_Of_God
Xəbərləri: 25
Cəmi: 80
 
★Glamurka AnGeL★
Xəbərləri: 21
Cəmi: 75