1 dekabr Ümumdünya AİDS günüdür

 
1 dekabr Ümumdünya AİDS günüdür

Hər il dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir.
HİV- infeksiyası pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemidir. BMT-nin HİV/AİDS üzrə Birləşmiş proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil etmişdir ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, Azərbaycan vətəndaşları arasında təkcə 2009-cu ilin 11 ayı ərzində aşkar olunan HİV-ə yoluxma hallarının 63,3%-ı, ümumilikdə isə 1992-01.12.2009-cu il tarixinə olan dövrdə yoluxma hallarının 64,4%-ı inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir.
Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%) isə əcnəbidir, HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur.
Azərbaycan vətəndaşında ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək 2138 HİV-ə yoluxmuş insandan 634-ü (29,7%) Bakı şəhəri və Abşeron rayonunda, 1465-i (68,5%) Respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 39 nəfərin (1,8%) yaşayış yeri naməlumdur.
2138 nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 495-də (23,2%) heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində, 20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma yolu naməlumdur.
1992-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 18 ailədə ata-ana-uşaq, 1 ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunmuşdur.
Əvvəlki illərdə olduğu kimi, Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilmiş, Respublikada HİV- infeksiyası/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir


Geri dön

only-girl

  • 10 aprel 2011 22:28
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Maraqli xeberdi twk

Maraqli xeberdi twk

--------------------

Yusif

  • 9 fevral 2011 17:24
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
Xebere gore twkk wink

Just For Legend

  • 1 dekabr 2010 17:18
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
Maraqli xeber hazirladigin ucun minnettaram

--------------------

Grace_Angel

  • 1 dekabr 2010 16:16
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler melumat ucun...

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}