Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

 
Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə. dişlərə düzgün quluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.

Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Təcrübəli stomatoloq, əməkdar həkim Cəfərağa Səmədov həm də süni qida məhsullarının dişlərin əsas düşməni olduğunu deyir.

Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişi zədələməyə başlayır: �Süd turşusu sərt toxumanı yavaş-yavaş zəiflətməyə başlayır. Nəticədə diş çürüməyə başlayır�.

Dişlərin sağlamlığında əsas rol oynayan mikroelement flüordur ki, içməli suda onun miqdarının normadan aşağı olması diş çürümələrini sürətləndirir. Həkimin sözlərinə görə, flüor az olan yerlərdə kariyes çox olur. Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, eləcə də harada qoz ağacları çoxdursa, orada yaşayan insanların dişlərində kariyes çox olur. Çünki qoz ağaçı torpaqdakı flüoru özünə çəkir.

Hamiləlik, yanlış dərmanlardan istifadə, orqanizmin müdafiə qüvvəsinin zəifləməsi də dişlərin tez çürüməsinə səbəb olur. Mütəxəssislər vaxtından əvvəl diş problemləri ilə qarşılaşmamaq üçün onları gündə iki dəfə fırçalamağı, dişarası səthləri təmizləmək üçün xüsusi diş iplərindən istifadəni məsləhət görürlər. Bir fırçanı uzun müddət işlətmək olamaz. Sərt tükcüklü fırçalar da dişlərin aşınmasına səbəb olur.

Dişlərin sağlam olması üçün həmçinin süd və süd məhsulları, meyvə-tərəvəzlə balanslı şəkildə qidalanmalı, orqanizm fosfor, minerallar, A, D, C vitaminləri ilə təmin olunmalıdır. Şəkərli qidalardan, ümumiyyətlə yeməkdən sonra ağzınızı su ilə yaxalayın. Stomatoloq C. Səmədov ümumiyyətlə dişləri çox işlətməyi, kök, alma kimi bərk meyvə-tərəvəzlə qidalanmağı tövsiyə edir. Şəkər əvəzinə isə baldan istifadəni məsləhət görür.


Geri dön

Yusif

  • 9 fevral 2011 17:23
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
Xebere gore twkk

eleviyya

  • 10 dekabr 2010 13:56
  • Məqalə: 5
  • Şərh: 58
  • Bal:
{awards}
maraqli xeberdi))))dislerimi gunde 2 defe yuyurdun gerek bunan sonra her saatdan bir yuyum))))

CandyGirl

  • 3 dekabr 2010 15:08
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
men yuyuuram

--------------------

фея

  • 1 dekabr 2010 21:41
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
bes ne ucun mene helede xeyr etmir wink ?tw melumat ucun

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

MuslimGirl

  • 1 dekabr 2010 19:20
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dişləri yumaq yaddaş zəifliyini aradan qaldırır

Neinki yaddas zeifliyini qaldirir. Hemcinin bir cox musbet cehetler de yaradir. Tesekkurler maraqli xebere gore

Ulya

  • 1 dekabr 2010 18:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli melumata gore

Just For Legend

  • 1 dekabr 2010 17:15
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
Maraqli xeber hazirladigin ucun minnettaram

--------------------

Grace_Angel

  • 1 dekabr 2010 17:11
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler maraqli melumat ucun...

--------------------

boginya

  • 1 dekabr 2010 16:35
  • Məqalə: 18
  • Şərh: 161
  • Bal:
{awards}
Sağlam dişlər beyaz tebessüm wink Təşəkkürlər maraqlı idi.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}