Britaniyalı sehrbaz İlham Əliyevi «əyləndirməyə» gəlir

 
  • 7.10.2012, 13:48
  • Bölmə: Video
  • Müəllif: Larek
Britaniyalı sehrbaz İlham Əliyevi «əyləndirməyə» gəlir

Britaniyanın populyar sehrbazı və aparıcısı Nigel Mead öz səhifəsində yazıb ki, Azərbaycana ölkə prezidentini əyləndirmək üçün gedir.

«... Bu ay mən Azərbaycana dəvətlə uçacağam, Prezident İlham Əliyevi əyləndirmək üçün» – onun adından oktyabrın 1-də səhifəsində «Azərbaycan çağırır» başlığı ilə yazılmış xəbərdə deyilir.

Cənab Mead saytında bu barədə gələn ay məlumat verəcəyini deyib.

BBC sehrbazla əlaqə saxlayıb və cənab Mead Azərbaycana Prezident üçün xüsusi tədbirə gedəcəyini təsdiqləyib. Onun ictimaiyyətə açıq olub-olmadığından xəbərsiz olduğunu deyib.

O, öncə müsahibə verməyə razılaşıb və təşkilatçıdan təfərrüatları öyrəndikdən sonra danışa biləcəyini deyib.

Ancaq agenti ilə danışdıqdan sonra fikrindən daşınıb, deyib ki, «bu çıxışla bağlı» mediaya müsahibə verə bilməz.

«Bu, özəl müştəridir və agentimin təlimatına görə, təfərrüatlar və tədbir müzakirə olunmur» – o, deyib.

Sehrbaz deyib ki, dünya boyunca ictimai tədbirlərdə çıxış edir və həmin tədbirlər haqda məmnuniyyətlə müsahibə verər.



Geri dön

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}