Nə bilim

 
Nə bilim

Qaçmaq istəyirəm…sadəcə qaçmaq. Elə uzaqlara ki, orda özümü belə tapmayım. O uzaqlara elə qaçım ki, təngimiş körpə qəlbi tək çırpınsın ürəyim. Bu döyüntüdən tutulsun qulaqlarım. Heç nə duymayım, heç nə eşitməyim.

Hamıdan qaçmaq istəyirəm, tək səndən başqa. Amma məhz səndən qaçıram. Tək səndən qaçmağa gücüm çatır. Başqalarına və ya özümə vicdan borcumu ödəmək üçün qaçıram, amma ən böyük vicdansızlığı edərək… Mən bu dünya kimi, dünyadakılar kimi vicdansız deyildim axı. Elə məni də bu incitmədimi, qırmadımı həmişə? Axı indi nə oldu mənə?

-Məni dəmi özünə oxşatdın, dünya?!
-Çox deyirdin mən bu dünyanın adamı deyiləm, mən bu aləmdə yaşaya bilmirəm. Artıq sən də bu dünyanın adamı oldun. Di yaşa!
- …
…Axı mən bunu istəməmişdim. Mən yenə də bu dünyada yaşamaq istəmirəm, yaşaya bilmirəm. Mən bir ana bətninə sığınmaq istəyirəm. Yenidən doğulmaq istəyirəm, bəlkə də, heç doğulmamaq… Amma sən də doğulma. Heç doğulmadan yaşayaq, duyaq, sevək bir-birimizi. Lap dərdimizdən ölsək belə, gəlməyək bu dünyaya, nə olar gəlməyək! Göz açası, yaşanası deyil bu dünya, deyil… Kirlənibdi, paslanıbdı bu dünya. Sevgilər də təmizləyə bilmir bu dünyanı artıq. Sevgilər özü təmizdirmi ki? Amma onda…

Onda sevgilər də tər-təmiz idi,
Körpə bir uşağın duası qədər. (Kaş ki, elə sən də onda gələydin…)


…Bir körpə ürəyində azıb qalmaq istəyirəm. Və bir daha yolumu, izimi, ünvanımı heç tapmamaq… Niyə tapım ki, niyə qayıdım ki? Qayıtsam səni tapacammı ki? Tapsam, üzünə baxa biləcəmmi ki? Yox, yox, yox… Onda sən gəl, gəl o körpə ürəkdə tap məni. Tap ki, çataq muradımıza… Onsuz da bu dünyada nə qədər yaşasaq da, tapa bilməyəcəyik bir-birimizi. Boşuna çabalama, yorma özünü. Üzmə özünü… Arzu tutub getmə dilək ağaclarının üstünə. Getsən belə, arzun dilinin ucunda qalacaq, daş olub asılacaq, çıxmayacaq ağzından, çıxa bilməyəcək. Məni niyyətləyib pul atma hər nəzir qutusuna. Amma hər qarşına çıxan dilənçinin yanında dayan, çünki onlarda məni görəcəksən. Bir dilənçinin əli olub açılmaq istəyirəm çünki. Ancaq bütün dünyaya açılmaq… dünyanın harasına getsən belə, o əllərdə mənim üzümü görəcəksən. Dünyanın hər yerində var onlar. Amma onlar ki, məndən xoşbəxtdirlər, şanslıdırlar. Onların dilədikləri pul deyilmidir? Mənimsə dilədiyim… nə bilim. Yəqin indən belə onları harda görsən ancaq dəmir pullar atacaqsan o əllərə. Məni daha çox ağrıdasan deyə. Bəlkə, onda mənim də vicdan acım azalar bir az. Bəlkə də, susar bağırtısı…

…Hə sussun. Susmaq istəyirəm… sadəcə susmaq. O qədər susum ki, unudum bütün sözləri, kəlmələri. Ağzımı açanda utansın dilim. Susum, amma ancaq sən dinlə sükutumu, sən anla məni. Sən də dinmə. Sükutumuz birgə ağlasın, ağlasın, ağlasın… Heç silməyək də göz yaşlarını… Bəlkə, bir gün sevincdən də axdı…

…Hə sevinmək istəyirəm ən sonunda. Gülmək istəyirəm… bircə dəfə ürəkdən gülmək. Bu gülüşlə unudum bütün hıçqırıqları, hönkürmələri, göz yaşlarını… hər şeyi unudum, hər şeyi. Unudum qaçdığımı belə, qaçmaq istədiklərimi belə… Yaddaşım korşalanda dayanım, durum. Amma hələ xatırlayıram və hələ qaçıram…

Bu nədir axı, nədir? Tək səndən qaçmaq istəmirəm, amma tək səndən qaçıram…(…mən dünyaya gələndən bu dünyadan qaçmaq istəmişəm. Amma bu qaçış başqa qaçışdır. Bəlkə də, bu qaçışım sənə gəlişimdir elə… Amma bilmirəm onda sənə lazım olacam, ya yox, çünki mən də bu dünyanın adamı oldum artıq. Bir anlığa, bir saatlığa, bir günlüyə olsa belə oldum. Ya da oldum sandım. O qədər qarmaqarışığam ki… Nə bilim… Amma bir şey deyim, qaçıb heç nə eşitməyim dedim bayaq, yalan dedim, o körpə uşağın duasını eşitmək istəyirdim. Görəsən, o dua qurtara bilərmi bizi?! Nə bilim…)


Geri dön

GuNaY_83

  • 15 oktyabr 2012 15:51
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler..........

--------------------

ZeMka

  • 9 oktyabr 2012 18:49
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
xebere gore sag olun beyendim

--------------------

Demi Love

  • 9 oktyabr 2012 15:48
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
Təçəkkürlər Xəbərə Görə...

solnuska

  • 9 oktyabr 2012 04:29
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Çox deyirdin mən bu dünyanın adamı deyiləm, mən bu aləmdə yaşaya bilmirəm. Artıq sən də bu dünyanın adamı oldun. Di yaşa!
- …

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

CuPbUyUm

  • 8 oktyabr 2012 22:30
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Qaçmaq istəyirəm…sadəcə qaçmaq. Elə uzaqlara ki, orda özümü belə tapmayım. O uzaqlara elə qaçım ki, təngimiş körpə qəlbi tək çırpınsın ürəyim. Bu döyüntüdən tutulsun qulaqlarım. Heç nə duymayım, heç nə eşitməyim.

--------------------

KARENNOY YERAZ

  • 8 oktyabr 2012 17:57
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
gozel idi tsk

my angel__

  • 7 oktyabr 2012 23:01
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
no comment
______________________________________________________

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Avril_lavigne

  • 7 oktyabr 2012 20:23
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Onda sevgilər də tər-təmiz idi,
Körpə bir uşağın duası qədər. (Kaş ki, elə sən də onda gələydin…)

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

I am Happy

  • 7 oktyabr 2012 20:16
  • Məqalə: 111
  • Şərh: 3153
  • Bal:
{awards}
Qaçmaq istəyirəm…sadəcə qaçmaq. Elə uzaqlara ki, orda özümü belə tapmayım. O uzaqlara elə qaçım ki, təngimiş körpə qəlbi tək çırpınsın ürəyim. Bu döyüntüdən tutulsun qulaqlarım. Heç nə duymayım, heç nə eşitməyim.

Gozel meqaledi.Teshekkurler.

--------------------

solnuska

  • 7 oktyabr 2012 19:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK MEQALEYE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

TAYNA VOSTOKA

  • 7 oktyabr 2012 19:22
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Qaçmaq istəyirəm…sadəcə qaçmaq. Elə uzaqlara ki, orda özümü belə tapmayım. O uzaqlara elə qaçım ki, təngimiş körpə qəlbi tək çırpınsın ürəyim. Bu döyüntüdən tutulsun qulaqlarım. Heç nə duymayım, heç nə eşitməyim.

--------------------

Nurawka

  • 7 oktyabr 2012 19:20
  • Məqalə: 6
  • Şərh: 606
  • Bal:
{awards}
twk...............

--------------------
Ben sana inansaydim senin icin savawirdim!
Savawsaydim mutlaka kazanirdim...
Artik vazgecdiklerim kadar ozgursun...

Deliyem iliwme:))

  • 7 oktyabr 2012 19:13
  • Məqalə: 0
  • Şərh: 455
  • Bal:
{awards}
twk..............

--------------------

ZaLaToY PaReN

  • 7 oktyabr 2012 19:06
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
TWK XEBERE GORE...

ღ★Diamond★ღ

  • 7 oktyabr 2012 18:52
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Məni dəmi özünə oxşatdın, dünya?!
-Çox deyirdin mən bu dünyanın adamı deyiləm, mən bu aləmdə yaşaya bilmirəm. Artıq sən də bu dünyanın adamı oldun. Di yaşa!
- …

Prank girl

  • 7 oktyabr 2012 18:18
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
…Hə sevinmək istəyirəm ən sonunda. Gülmək istəyirəm… bircə dəfə ürəkdən gülmək.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰GoLd GirL✰

  • 7 oktyabr 2012 18:15
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
cox sag ol.........

ShoKKi_MoKKi

  • 7 oktyabr 2012 18:12
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
twkkkkkk...

--------------------

fatimeyinur

  • 7 oktyabr 2012 18:10
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesekkkkkkkkkur

DILEKLER

  • 7 oktyabr 2012 18:04
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
twkkkkkkkkk

...BARSA FANATI....

  • 7 oktyabr 2012 18:01
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
maraqlidir...sag ol..

Tatli_kiz

  • 7 oktyabr 2012 17:57
  • Məqalə: 0
  • Şərh: 321
  • Bal:
{awards}
Xebere gore twk...

--------------------
hmmmmmmmmmmmm

hello kitty

  • 7 oktyabr 2012 17:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
sagol meqale ucun....

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 20
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}