Bir uşaq baxır yolun o tayından

 
Bir uşaq baxır yolun o tayından

Onun sevimli məşğuliyyəti idi yol kənarında dayanmaq, gələnə-gedənə baxmaq..
Sevirdi anasının əlindən tutub gülümsünə-gülümsünə gedən qız uşaqlarına baxmağı..
Sevirdi atasının aldığı oyuncağını sürüyə-sürüyə arxasınca çəkən oğlan uşaqlarını seyr etməyi..
Sevindi.. İçində uşaq olan bütün səhnələri sevirdi...
Uşaq.. O kim idi bəs?
Uşaqmı?
Deyildi, uşaq deyildi.. O çoxdan böyümüşdü, lap çoxdan.
Aradan keçən illəri özü belə unutmuşdu, amma bilirdi ki, daha uşaq deyil.
Böyümüşdü, məcburən, zoraki böyümüşdü.
Bu şəhər xırda insanları məcbur böyüdür, zorla böyüdür.
Bu şəhər uşaqları sevmir...
Uşaqlara qarşı daha nəvazişli deyil, əvvəlki tək...
Yolun o tayındakı uşaq da bunu bilirdi, ona görə tez böyüdü...
İndi oyuncaq görməyən əllərinin birində vedrə, o birində çırıq əski...
Gəlib-gedən maşınlara doğru qaçır yay şəpitləri olan çılpaq ayaqları ilə..
İndi də yolun o tayından bu tayına doğru qaçdı.
Qara rəngli bir maşına yaxınlaşdı, pəncərəsinə boylandı: “Yuyummu əmi?!” dedi...
Qara eynəkli əmi pəncərəni bir qarış endirib onun üzünə baxdı..
Həyat üzünə gülsə bu gün tox yatacaq
Qalıbsa əgər azacıq bu şəhərin insafı...
Bu gün hər axşam kartonlara bürünüb yatdığı arxa küçələrdəki, dar dalandakı sığınacağına bir çörək apara biləcək bəlkə
Bəlkə ayağına bir çəkmə də aldı, kim bilir?!
Yükü çoxdu, lap çox, bircə bu əmi izin versəydi maşınını yumağa...
Gülümsünürdü uşaq, “hə” gözləyirdi, “yox” duymaq istəmirdi..
Eynəyini endirdi qara maşının sahibi, gözlərini qıyıb baxdı uşağa, yalın ayaqlarına, əlindəki su dolu verdəyə baxdı. Eynəyini qaldırdı gözünə, şüşəni də yerinə qaldırdı, maşını işə saldı, çirkli suyu uşağın üzərinə sıçratdı və getdi....
Mənim 8 yaşlı qəhrəmanım baxdı o maşının arxasınca, içindən dəli kimi ağlamaq keçdi, amma özünü saxladı, “böyüklər ağlamaz” dedi pıçıltı ilə.. O böyümüşdü, yaşadığı hər il ona 8 yaş gətirmişdi, 8 yaşlı qəhrəmanımın sən hesabla indi neçə yaşı var..
O yenə gülümsünür, bu şəhərə gülür...
Yolun o tayından baxan o məsum “uşaq” bu şəhərin amansızlığına gülür...
Bu həyata veriləcək ən gözəl dərs verdiyi acılara gülümsəməkdir çünki...

Lalə Mehralı


Geri dön

come back

  • 7 noyabr 2012 02:14
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
gozel hekayedir tewekkur edirem beyendim.

GuNaY_83

  • 15 oktyabr 2012 14:57
  • Məqalə: 283
  • Şərh: 22336
  • Bal:
{awards}
tewekkurler........

--------------------

Arzu_zadeh

  • 11 oktyabr 2012 22:20
  • Məqalə: 232
  • Şərh: 5984
  • Bal:
{awards}
tewekkurler

--------------------

SmiLe_LiFe

  • 11 oktyabr 2012 17:59
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
tewekkurleeeeeeeeer beyendim

Music Star

  • 10 oktyabr 2012 13:57
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
təşəkkürlər

--------------------

sweet2121

  • 9 oktyabr 2012 14:09
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
Twkler ellerinize sagliq chox kovreldim :"( ALLAH butun ushaqlari qorusun Amin!

Demi Love

  • 9 oktyabr 2012 13:11
  • Məqalə: 16
  • Şərh: 1854
  • Bal:
{awards}
çox sağolun maraqlı xəbərə görə...

ZeMka

  • 9 oktyabr 2012 01:36
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
tewekkurler maraqli xeberdi

--------------------

CuPbUyUm

  • 8 oktyabr 2012 21:48
  • Məqalə: 0
  • Şərh: 2267
  • Bal:
{awards}
maraqlidir...............................

--------------------

i love islam

  • 8 oktyabr 2012 21:03
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
{awards}
Uşaqmı?
Deyildi, uşaq deyildi.. O çoxdan böyümüşdü, lap çoxdan.
cox sagolun bu deyerli meqaleye gore vallah cox tesir etdi ilk defe idiki bir meqaleni oxuyanda bu qeder agladim sad

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

Gözlüklü

  • 8 oktyabr 2012 20:08
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Cox maraqli idi tesekkurler

solnuska

  • 8 oktyabr 2012 19:45
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
PIS OLDUME TWK AMMA YENEDE sad

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ShoKKi_MoKKi

  • 8 oktyabr 2012 19:43
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
tesekkur....

--------------------

ღ★Diamond★ღ

  • 8 oktyabr 2012 19:33
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Yolun o tayından baxan o məsum “uşaq”bu şəhərin amansızlığına gülür...
Bu həyata veriləcək ən gözəl dərs verdiyi acılara gülümsəməkdir çünki...

fatimeyinur

  • 8 oktyabr 2012 19:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
hekayeye gore cox sag ol!!!

dj deniz

  • 8 oktyabr 2012 19:04
  • Məqalə: 0
  • Şərh: 140
  • Bal:
{awards}
TESEKURLER............

--------------------
AnLa MəNi............

Prank girl

  • 8 oktyabr 2012 18:50
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
twk xebere gore...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

my angel__

  • 8 oktyabr 2012 18:44
  • Məqalə: 291
  • Şərh: 10843
  • Bal:
{awards}
tewekkruelr meqlaye gore

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

ZaLaToY PaReN

  • 8 oktyabr 2012 18:11
  • Məqalə: 12
  • Şərh: 1320
  • Bal:
{awards}
twk xebere gore...

::Jessica Alba::

  • 8 oktyabr 2012 18:09
  • Məqalə: 13
  • Şərh: 1671
  • Bal:
{awards}
tewekkurleeeeeeeeer beyendim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}