Ana olmaq missiyası

 
Ana olmaq missiyası

Son illərin bəzi araşdırmaları göstərir ki, savadlı xanımlar gec ana olmaq istəyir, bəziləri isə ümumiyyətlə ana olmağı arzulamır.

Belələri hesab edir ki, onların uşaqları böyütmək üçün kifayət qədər səbirləri yoxdur. Uşağın çirkli paltarını yumaq, vaxtında yedizdirmək və onun səs-küyünə qulaq asmaq bu cür düşünən qadınların həyat prinsiplərinə daxil deyilmiş. Bu fikirlər “child free” (uşaqdan azad olmaq) terminində əks olunur.

Burada savadlı sözü “karyerist” və ya “həyati baxışları yetkinləşməmiş” sözü ilə əvəz olunsaydı, daha düzgün olardı. Çünki, məhz savadlı qadınlar ana olmanın gətirdiyi psixoloji, hormonal və fitri rahatlığın müsbət çalarlarından bixəbər deyillər və əgər savadları əsas missiyalarına qulluq edirsə, şüurlu surətdə ana olmağa can atırlar.

Problemə kompleks şəkildə baxsaq, görərik ki, bəzi müasir qadınlar nəinki ana olmaq, heç ailə qurmaq belə istəmirlər. Əlbəttə ki, həyat şəraitinin maddi çaları buna böyük təsir edir: qadın ana olmaq, uşaq tərbiyə etmək, böyütmək, oxutmaq kimi öhdəliklərin qarşısında özünü gücsüz sayır və bu yükü daşımaqdan ya açıq-aşkar, ya da təhtəlşüurda imtina edir.

Bəli, müasir qadınlar öz birbaşa funksiyalarını ən son plana salıblar. “Hələ bir karyera qurum, digər işlərimi qaydasına salım, sonra baxarıq” və ən faciəvi olanı isə budur ki, sonda demək olar ki, bütün qadınlar başa düşürlər ki, illərlə ardınca olduqları karyera analıq sevincini əvəz etməyib.

İlk növbədə qeyd etmək lazımdır ki, ana olmaq - qadının təyinatıdır. Bu, çox işlənmiş fikir olsa da, qadın Allah tərəfindən belə yaradılmışdır. Qadına uşaq dünyaya gətirmək üçün bütün fiziki, psixoloji və mənəvi potensiallar verilmişdir. Bir çox hallarda məhz övlad dünyaya gətirəndən sonra qadınlar professional sahədə öz yerlərini tuturlar, çünki qadın təbiətinin realizəsi prosesi artıq baş vermiş olur. Ana olduqdan sonra əşyalara, hadisələrə baxış dəyişir və bir çox gizli qalmış istedadlar üzə çıxır.

Bir şeyi hiss etmədən inkar etmək düzgün deyil. Bir çox analar var ki, övlad sahibi olmaq istəməyiblər, lakin uşaq dünyaya gələn kimi fikirlərini dəyişiblər.

Uşaq doğulması – qadının daim öz eqosu ilə işləməsi deməkdir. Qadın bütün vaxtını, hisslərini, varlığını aciz və ehtiyaclı körpəyə həsr etməli olur. Qadın uzun müddətə evdən ayrıla bilmir, çünki uşağı yedirtmək, yatızdırmaq və s. lazımdır.

Övladın doğulması qadın üçün eqodan azad olmağın ən rahat yoludur. Qadının bütün günlük rejimi uşağın rejiminə və ehtiyaclarına uyğunlaşır və ən əsası da budur ki, bu proses təbii olaraq baş verir.

Qadının sağlam olması və ana ola bilməsi üçün onun hormonal funksiyalarının yerində olması gərəkdir. Bunun üçün də gələcək ana qayğıkeşlik, həssaslıq, istilik, səbir, fədakarlıq kimi xüsusiyyətlərə malik olması gərəkdir.

Qadın hormonları cavanlıq və gözəlliyi təmin edir. Ona görə də bəzi hallarda orqanizmin təzələnməsi və canlanması üçün qadınlara ana olmaq tövsiyə edilir. Ana olmaq istəməyən qadınlarda hormonal funksiyalar aşağı düşür və orqanizmin vaxtından əvvəl solğunlaşması baş verir.

İnsan həyatının mənası – öz yaradılış məqsədini anlamaqdadır. Qadın həyatının mənası da bunun kimi. Qadın hər şeydən öncə bətnində nəsil yetişdirmək və dünyaya gətirmək istedadına malik olan bir varlıqdır. Onun savadlı olması bu missiyasını boynundan atmağa heç də əsas vermir, əksinə, savad düzdün ideologiyaya qulluq edən müdrik qadınlara məhz ana olmağa rəvac verir.

Əgər ağıl və ya savadın yaradılışın mənası ilə rabitəsi yoxdursa, bu nemətlərin sonu yalnız itki və məyusluqdur.

Bütün qadınlara “child free” deyil, “have a child” diləyi ilə.


Geri dön

come back

  • 7 noyabr 2012 02:37
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
her kesin bacara bilmediyi mussiya tewekkurler maraqli eqale idi.

GuNaY_83

  • 13 oktyabr 2012 21:05
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

DILEKLER

  • 9 oktyabr 2012 23:16
  • Məqalə: 128
  • Şərh: 5164
  • Bal:
{awards}
twkkkkkkkkk

TAYNA VOSTOKA

  • 9 oktyabr 2012 20:14
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Qadının sağlam olması və ana ola bilməsi üçün onun hormonal funksiyalarının yerində olması gərəkdir. Bunun üçün də gələcək ana qayğıkeşlik, həssaslıq, istilik, səbir, fədakarlıq kimi xüsusiyyətlərə malik olması gərəkdir.

--------------------

Prank girl

  • 9 oktyabr 2012 18:40
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
Bütün qadınlara “child free” deyil, “have a child” diləyi ilə.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

ZeMka

  • 9 oktyabr 2012 18:14
  • Məqalə: 282
  • Şərh: 4371
  • Bal:
{awards}
Reylerinize gore haminiza minnetdaram beyendiyinize sevindim

--------------------

ღ★Diamond★ღ

  • 9 oktyabr 2012 17:40
  • Məqalə: 340
  • Şərh: 8986
  • Bal:
{awards}
Bir şeyi hiss etmədən inkar etmək düzgün deyil. Bir çox analar var ki, övlad sahibi olmaq istəməyiblər, lakin uşaq dünyaya gələn kimi fikirlərini dəyişiblər

solnuska

  • 9 oktyabr 2012 16:49
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
TWK SUPER MEQALEDI

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

hello kitty

  • 9 oktyabr 2012 16:45
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
THANK YOU VERY MACH

my angel__

  • 9 oktyabr 2012 16:19
  • Məqalə: 291
  • Şərh: 10807
  • Bal:
{awards}
COX SAGOL MEQALEYE GORE feel

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

CuPbUyUm

  • 9 oktyabr 2012 15:50
  • Məqalə: 0
  • Şərh: 2267
  • Bal:
{awards}
thenkssssssssssssssssssss

--------------------

...BARSA FANATI....

  • 9 oktyabr 2012 15:35
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
cox maraqli meqaledir...cox sag ol canim...

Music Star

  • 9 oktyabr 2012 15:33
  • Məqalə: 107
  • Şərh: 3136
  • Bal:
{awards}
yəqinki çətin missiyadı analarımız üçün

--------------------

Demi Love

  • 9 oktyabr 2012 15:32
  • Məqalə: 16
  • Şərh: 1854
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

nurlana77

  • 9 oktyabr 2012 15:01
  • Məqalə: 13
  • Şərh: 1756
  • Bal:
{awards}
hmm oxudum thanksss

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 59

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 227
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}