Qiymətsiz qalan şagirdlər

 
Qiymətsiz qalan şagirdlər

Yeni dərs ili başlayandan balaca Orxanın üzü heç gülmür. Nə qədər evə verilən tapşırıqları yaxşı öyrənsə də, gündəliyində heç bir “yağlı qiymət” görmür. Müəlliməsi onun gündəliyinə ancaq “çatdırır və ya yerinə yetirir, əla, yaxşı” yazır. Bunun isə nə olduğunu Orxan hələ anlamaqda çətinlik çəkir. Məsələ burasındadır ki, indi aşağı siniflərdən tutmuş 11-cilər də daxil olmaqla, hamıya qiymət yazılır. Amma qiymətləndirmə bizim adət etdiyimiz şəkildə rəqəmlərlə deyil, ancaq gündəlikdə müəllimin qeydləri ilə aparılır. Yaranan bu vəziyyətdən həm müəllimlər, həm də valideynlər çətinlik çəkirlər. Müəllim şagirdə yekun olaraq nə yazacağını, valideyn isə uşağının həqiqətən yerinə yetirib-yetirmədiyini, o “əla”nın nə dərəcədə əla olduğunu bilmir. Halbuki, əvvəlki sistemlə uşaq lap "5" alsa idi, belə bunun tam əla olmadığı anlayırdı.

Məsələ burasındadır ki, indi qiymətləndirmə diaqnostik, formativ, kiçik summativ və böyük summativ formada aparılır. Hər bir fəndə kiçik summativ qiymətləndirmə aparılır. Əvvəlcə diaqnostik qiymətləndirmə aparılır, müəllim şagirdləri bir növ diaqnoz edir, onun imkanlarını, potensialını müəyyənləşdirir. Daha sonra formativ qiymətləndirmə aparılır. Bu daha çox müəllimin müşahidələrinə hesablanır, yəni şagirdin irəliləməsi, geriləməsi və s…


Yəni burada hətta müəllimlərin də anlamaqda çətinlik çəkdiyi bir mürəkkəblik var. Ən çox narazılıq edən isə valideynlərdir. Onların fikrincə, ümumiyyətlə, təhsil sistemində yeni islahatlar, xüsusilə də ibtidai sinif şagirdlərində neqativ hallara gətirib çıxarır. İndi uşaqların həddindən artıq məntiq məsələləri, informasiya ilə yüklənilməsi də valideynləri qane etmir. Onlar düşünür ki, bu islahatlar heç də yaxşı effektini göstərmir və bu, özünü aldatmadır.

Psixologiyada təfəkkürü iki növə - əyani təfəkkürə və mücərrəd təfəkkürə ayıran psixoloqlar da oxşar fikirlər söyləyirlər. Onlar rəqəmlərlə qiymətləndirməni əyani qiymətləndirmə, sözlə qiymətləndirməni isə mücərrəd təfəkkürə yaxın qiymətləndirmə sayırlar. Psixoloq Elmir Əkbər də ANS PRESS-lə söhbətində təhsil sistemində tətbiq edilən yeni qiymətləndirmə sistemini əlverişsiz saydığını bildirib: “Uşaqlarda bu yaşlarda mücərrəd təfəkkür daha az, əyani təfəkkür isə daha yaxşı olur inkişaf edir. Bu yaşda onları əyani təfəkkürlə qiymətləndirmək daha münasibdir. Məsələn, uşağa nə qədər deyilirsə, “ay bala, oxu böyüyəndə filankəs ol”, bu, ona çatmır. Çünki bu, mücərrəd təfəkkürdür. Onun üçün konkret olmalıdır. Bu dəqiqə oxudum, “5” aldım, evdə məni qiymətləndirdilər. Ona görə uşaqların qiymətləndirmə sistemində onların yaş psixologiyasının hər məqamı nəzərə alınmaldır”.

Eskpert təklif edir ki, uşaqlarla qiymətləndirmə zamanı həm qiymət, həm də boyalardan istifadə olunsa, bu, onlara böyük stimul verər və öz effektini göstərər. Qeyd edək ki, sovet dövründə buna yaxın qiymətləndirmə aparılırdı – məsələn, uşaqlara həvəsləndirmək üçün 5-i qırmızı qələmlə, digər qiymətləri isə göy qələmlə yazırdılar.


Təhsil Nazirliyində əksinə bu yeniliyi proqressiv sayırlar. Nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin böyük məsləhətçisi Əhliyət Adıgözəlov ANS PRESS-lə söhbətində bu cür qiymətləndirmənin müəllimlə valideyn arasında ünsiyyət rolunu oynadığını vurğulayıb: “Bu, qiymətləndirmə uşağın gündəlik fəaliyyətini əks etdirir. Şagird yaxşı cavab verirsə, müəllim şagirdə “Afərin!” yazır, onu həvəsləndirir və ya “geriləmə var”, yaxud “aktivdir”, “emosionaldır”, “riyaziyyatda axsayır”, “şifahi oxuda irəliləyib” və s. yazır”.

Nazirlik nümayəndəsi də əvvəlki qiymətləndirmənin şagirdlərdə müəyyən arxayınçılıq yaratdığını söyləyir: “Məsələn, şagird bu gün ədəbiyyatdan 5 alanda, fikirləşir ki, daha müəlllim sabah ondan dərs soruşmayacaq. Onda arxayınlıq yaranır. Amma indi şagird də, valideyn də fikirləşməlidir ki, o, təxminən 5-6 həftədən sonra ümumi qiymət alacaq. Yəni bütün materiala, 6 həftədə keçdiyinə bir ümumi qiymət yazılacaq”. Onun sözlərinə görə, burada da qiymətləndirmə var: “Artıq burada şagirdə qiymət yazılır: 1, 2, 3, 4, 5.... və s. Sonra isə yarımillikdən əvvəlki qiymətləndirmə - böyük summativ qiymətləndirmə gəlir. Onu məktəb rəhbərliyi aparır və yekunda yarım illik qiymət yazılır. Jurnalda ancaq kiçik, böyük summativ qiymətləndirmə və yarımillik qiymətlər qiymət formasında yazılır”.

Təhsil Nazirliyinin təmsilçiləri beynəlxalq təcrübədə tətbiq edilən modellərin bizim təhsilimizdə öz əksini tapmasını vacib sayırlar. Yəni şagirdlərdə arxayınlıq yaranmamalıdır, onlar hər gün öz bazalarına nəisə atmalıdır…. və s…

Lakin bəzi ekspertlərin fikrincə, nazirilik bu cür qarışıq sistemdənsə ən effektiv olan beynəlxalq təcrübəni tətbiq etsəydi, daha yaxşı olardı. Elə Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü ANS PRESS-lə söhbətində bildirib ki, yeni qiymətləndirmə sistemi təkcə uşaqlara deyil, müəllimlərə də çətinlik yaradır: “Hazırda icra edilən model hələ ki, oturuşa bilmir. Rəqəmlərlə qiymətləndirmə çox yüksək nəticələr verirdi və həm şagirdlər, həm də valideynlər tərəfindən bəyənilirdi”.

Ekspertin sözlərinə görə, 100 ballıq sistem tətbiq olunsa, yəni uşaqlara “əla” yerinə “100”, “95”,”85” verilsə, bu, şagirdlərin özündə də stimul yaradar. Bu praktikada da yüksək nəticə verir: “Məsələn, Türkiyə bu modeldən istifadə edir. Bu modelə əsasən, 85-100 arası “5” deməkdir. Şagird “əla” alanda, bilinmir o, “85”, “95”, yoxsa “100” ballıq cavab verib. Amma onun aldığı “85” hələlik “100” ballıq 5 deyil, buna çatmaq üçün hələ 15 bal üçün çalışmalıdır. Bu fərqlər ortaya çıxır. Ona görə də indi qiymətləndirmə ilə şagird də, eləcə də valideyn mücərrəd qiymətlərlə biliyinin səviyyəsini müəyyənləşdirə bilmir”.


Geri dön

come back

  • 7 noyabr 2012 02:51
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler.

GuNaY_83

  • 13 oktyabr 2012 20:44
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

SmiLe_LiFe

  • 11 oktyabr 2012 16:07
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
mence her bir muellim sagirde layiq oldugu qiymeti vermelidi ne eksik ne de artiq

solnuska

  • 10 oktyabr 2012 02:24
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
twk ,,,,,,,,,,,,,,,,,

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 9 oktyabr 2012 22:53
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
twkkkkkkkkkkkk

Nurawka

  • 9 oktyabr 2012 21:40
  • Məqalə: 6
  • Şərh: 606
  • Bal:
{awards}
twk.................

--------------------
Ben sana inansaydim senin icin savawirdim!
Savawsaydim mutlaka kazanirdim...
Artik vazgecdiklerim kadar ozgursun...

fatimeyinur

  • 9 oktyabr 2012 20:34
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
bezi muellimler qiymet kesir. bezileri artiqlamasi ile yazir. amma bu duzgun deyil. nece oxuyursan ele de qiymetini almalisan.

Repery

  • 9 oktyabr 2012 20:26
  • Məqalə: 196
  • Şərh: 1555
  • Bal:
{awards}
Twkrler Meqaleye Gore..

--------------------

R.M Fanatı...

  • 9 oktyabr 2012 20:22
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
melumata gore tewekkurler.....

--------------------

ShoKKi_MoKKi

  • 9 oktyabr 2012 20:10
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
axira kimi oxumadimm..coox uzun idi twkk..

--------------------

✵ Š҈ȺD҉Ἷ҉Q ✵

  • 9 oktyabr 2012 19:47
  • Məqalə: 297
  • Şərh: 8112
  • Bal:
{awards}
Yarisini oxudum.twk

--------------------
-' Və Bir Gün Mən Olmayacam ! recourse sad

TAYNA VOSTOKA

  • 9 oktyabr 2012 19:44
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Ona görə də indi qiymətləndirmə ilə şagird də, eləcə də valideyn mücərrəd qiymətlərlə biliyinin səviyyəsini müəyyənləşdirə bilmir”.

--------------------

guncicek

  • 9 oktyabr 2012 19:40
  • Məqalə: 15
  • Şərh: 1735
  • Bal:
{awards}
bu nedi bunu oxuyana qader ureyim cekildi
tewekkurler

--------------------

Hopeless_Miracle

  • 9 oktyabr 2012 19:30
  • Məqalə: 0
  • Şərh: 551
  • Bal:
{awards}
cox uzun idi e oxumadim.yene de twk

--------------------
ツ Hayata gülümse ♫ ♪♪♪♪ mutlu olmak icin ♫

::Jessica Alba::

  • 9 oktyabr 2012 19:05
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeer metn coox uzun idi tenbellik eledim oxumaga

Avril_lavigne

  • 9 oktyabr 2012 19:04
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
Buyurun.......

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

CuPbUyUm

  • 9 oktyabr 2012 18:41
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
hovselem catmadi oxumaqa

--------------------

my angel__

  • 9 oktyabr 2012 18:38
  • Məqalə: 291
  • Şərh: 11178
  • Bal:
{awards}
maraqli meqaledi..oxudum yarisini

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Prank girl

  • 9 oktyabr 2012 18:29
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
melumata gore sag ol...

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

✰Dгeaм✰

  • 9 oktyabr 2012 18:17
  • Məqalə: 704
  • Şərh: 16042
  • Bal:
{awards}
Ay men bu sekli gormusdum ee.... wink

ZeMka

  • 9 oktyabr 2012 17:46
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
Sitat: Music Star
bəzi Müəllimlər qiymət kəsir.


dogrudu wahidi olmuwam

--------------------

...BARSA FANATI....

  • 9 oktyabr 2012 17:38
  • Məqalə: 605
  • Şərh: 11802
  • Bal:
{awards}
melumata gore sag ol...

hello kitty

  • 9 oktyabr 2012 17:29
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
me yaxsi oxuyuram tesekur edirem mellimlerimede

Music Star

  • 9 oktyabr 2012 17:26
  • Məqalə: 107
  • Şərh: 3186
  • Bal:
{awards}
bəzi Müəllimlər qiymət kəsir.

--------------------

ღ★Diamond★ღ

  • 9 oktyabr 2012 17:25
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Eskpert təklif edir ki, uşaqlarla qiymətləndirmə zamanı həm qiymət, həm də boyalardan istifadə olunsa, bu, onlara böyük stimul verər və öz effektini göstərər. Qeyd edək ki, sovet dövründə buna yaxın qiymətləndirmə aparılırdı – məsələn, uşaqlara həvəsləndirmək üçün 5-i qırmızı qələmlə, digər qiymətləri isə göy qələmlə yazırdılar.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}