Eşq deyil sən günahkarsan

 
Eşq deyil sən günahkarsan

Eşqlə əlaqədar gözlədikləri yerinə gəlməyən insanların ilk etdiyi şey eşqi pisləmək və varlığını rədd etməkdir. Bu yolla əslində yaşadıqları şeyi də inkar etmə yoluna gedərlər. Onlara görə tərk edilmələri, aldadılmaları öz axmaqlıqları üzündən olmuşdur. Bu axmaqlığın üzərini bağlamaq da eşqi yox saymaq, ‘yalan' elan etməklə mümkündür.

Bunu çölə qarşı belə göstərərlərkən, tək qaldıqlarında həqiqətindən heç şübhə etmədikləri eşqin ağrısını ən dərindən yaşayarlar. İnsanların özlərini qoruma impulslarını anlamaq olar amma eşqi inkar yoluna getmələri mənasızdır. Onsuz da biri sizə "Eşq yoxdur. Yalandır. Eşqə inanmıram" deyirsə bilin ki; bir zamanlar eşqin ən böyüyünü yaşamışdır, hətta böyük ehtimalla hələ də aşiqdir.

Hər insanda dəfələrlə aşiq olma potensialı vardır. İnsan ‘ardıcıl aşiqdir. Bir eşq bitər, digəri başlayar. Birinə aşiqkən başqasına aşiq ola bilməzsiniz amma eşqiniz bitdiyi andan etibarən hər an yenidən aşiq ola bilmə ehtimalınız vardır.
Eşqiniz bitdiyi andan etibarən!

Burada ‘əlaqə' ilə ‘eşq xüsusilə ayrılır. Əlaqənizin bitmiş olması, tərk edilməniz ya da aldadılmanız eşqinizin bitdiyi mənasını verməz. Eşq ağrısı da buna görə çəkilər. Yəni əlaqə bitmişdir amma eşqiniz davam etməkdədir. Acı olan da budur onsuz da. Elə isə, eşqi inkar etmək, yox saymaq sizə fayda gətirməz. Əslində belə söyləyənlər də çox yaxşı bilirlər ki; özlərini bu dünyada ən çox xoşbəxt edən şey eşqdir.

Bir də "Kimsəni onun qədər sevə bilmərəm" ya da "Kimsə məni onun qədər sevə bilməz" deyənlər var. Haradan bilirsiniz? Belə söyləyənlər yaşadıqlarını keçmiş eşqləriylə müqayisə edərək mühakiməyə çatır. Halbuki hər eşq özünəməxsusdur, müqayisə edilməzdir!

Üstəlik madam bu müqayisəni edirsiniz, gələcəkdə yaşayacağınız eşqin ən böyüyü olmayacağı nə məlumdur? Ən doğru yol bu cür müqayisə etmələrdən uzaq dayanmaqdır. İnsanların sevmə formaları fərqlidir. Kəslərin sizə olan davranışlarını bir-birləriylə müqayisə etdiyiniz zaman bir tək doğruya çatmanız mümkün deyil.

Xoşbəxt olmağı ya da bədbəxtliyi başqalarının təşəbbüsünə buraxmaq səhvdir. Nə qədər aşiq olsanız olun, siz həyatınızı həmişə sevgilinizin dediklərinə görə şəkilləndirirsinizsə, tamamilə onun istəklərinə indeksli bir həyat yaşayırsınızsa, əlaqəniz bitdiyində mənən çökməyiniz də çox təbiidir. Çünki siz onun söylədiklərini edərək gələcəyə sərmayə qoyduğunuzu zənn etdiniz.

Bu şəkildə davransanız, onun istədiyi kimi biri olsanız sizdən heç imtina etməyəcəyini zənn etdiniz. Bütün bunları planlayarkən də bu günü qaçırdınız, xoşbəxt ola bilmədiniz və təbii ki tərk edildiniz. Bu qədər çox kədərlənməyinizin səbəbi də budur, etdiyiniz fədakarlıqların qiymətini bilmədiyinə heyflənirsiniz. Cezmi Ersöz "Eşqdə sabah yoxdur sevgili..." deyərkən bunu nəzərdə tuturdu.

Hər insan bədbəxtliyini bir az da özü hazırlayar. Eşqdə bədbəxt olduğunuzda eşqi günahlandırmaq yerinə özünüzə dönüb "Mən harada səhv etdim?" deyə soruşsanız, bir sonrakı əlaqənizdə xoşbəxt olma ehtimalınızı artırarsınız.


Geri dön

come back

  • 7 noyabr 2012 03:13
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler cox gozel meqaledir cox beyendim.

GuNaY_83

  • 13 oktyabr 2012 20:36
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

Prank girl

  • 10 oktyabr 2012 23:37
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Hər insan bədbəxtliyini bir az da özü hazırlayar. Eşqdə bədbəxt olduğunuzda eşqi günahlandırmaq yerinə özünüzə dönüb "Mən harada səhv etdim?" deyə soruşsanız, bir sonrakı əlaqənizdə xoşbəxt olma ehtimalınızı artırarsınız.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

angel nice:)

  • 10 oktyabr 2012 18:53
  • Məqalə: 0
  • Şərh: 224
  • Bal:
{awards}
maraqliydi..................twk

qizlar mene dostluq atin da smile

--------------------
sen bir bulud, mense senin goz yawlarinammmmm

just for you

  • 10 oktyabr 2012 12:30
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}

Bir də "Kimsəni onun qədər sevə bilmərəm" ya da "Kimsə məni onun qədər sevə bilməz" deyənlər var.
..hmmmm

Demi Love

  • 10 oktyabr 2012 10:18
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun maraqlıdır...

solnuska

  • 10 oktyabr 2012 01:24
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Bir də "Kimsəni onun qədər sevə bilmərəm" ya da "Kimsə məni onun qədər sevə bilməz" deyənlər var. Haradan bilirsiniz? Belə söyləyənlər yaşadıqlarını keçmiş eşqləriylə müqayisə edərək mühakiməyə çatır. Halbuki hər eşq özünəməxsusdur, müqayisə edilməzdir!

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

DILEKLER

  • 9 oktyabr 2012 22:46
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
twkkkkkkkkkkkkkkkk

TAYNA VOSTOKA

  • 9 oktyabr 2012 22:34
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Eşqlə əlaqədar gözlədikləri yerinə gəlməyən insanların ilk etdiyi şey eşqi pisləmək və varlığını rədd etməkdir. Bu yolla əslində yaşadıqları şeyi də inkar etmə yoluna gedərlər. Onlara görə tərk edilmələri, aldadılmaları öz axmaqlıqları üzündən olmuşdur. Bu axmaqlığın üzərini bağlamaq da eşqi yox saymaq, ‘yalan' elan etməklə mümkündür.

--------------------

quzum menim

  • 9 oktyabr 2012 22:02
  • Məqalə: 26
  • Şərh: 650
  • Bal:
{awards}
"Mən harada səhv etdim?" deyə soruşsanız, bir sonrakı əlaqənizdə xoşbəxt olma ehtimalınızı artırarsınız.

feel

--------------------
İnsanlar pisliyi arzuları güclü olduğu üçün deyil,vicdanları zəif olduğu üçün edərlər...

my angel__

  • 9 oktyabr 2012 21:50
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Sitat: beloved girl
coooox beyendim cooox sag ol

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

ZeMka

  • 9 oktyabr 2012 21:45
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
coooox beyendim cooox sag ol

--------------------

Delya_91

  • 9 oktyabr 2012 21:27
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}

Hər insan bədbəxtliyini bir az da özü hazırlayar. Eşqdə bədbəxt olduğunuzda eşqi günahlandırmaq yerinə özünüzə dönüb "Mən harada səhv etdim?" deyə soruşsanız, bir sonrakı əlaqənizdə xoşbəxt olma ehtimalınızı artırarsınız.
recourse

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

✰Dгeaм✰

  • 9 oktyabr 2012 21:24
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Hər insan bədbəxtliyini bir az da özü hazırlayar. Eşqdə bədbəxt olduğunuzda eşqi günahlandırmaq yerinə özünüzə dönüb "Mən harada səhv etdim?" deyə soruşsanız, bir sonrakı əlaqənizdə xoşbəxt olma ehtimalınızı artırarsınız.

...BARSA FANATI....

  • 9 oktyabr 2012 21:20
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cooox sag ol............

ShoKKi_MoKKi

  • 9 oktyabr 2012 20:55
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
maragli idi twkkkkkk....

--------------------

Music Star

  • 9 oktyabr 2012 20:50
  • Məqalə: 107
  • Şərh: 3187
  • Bal:
{awards}
ilk rəy mədən çox tşk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 480
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 44
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
 
{slinks}