Qıza görə başlıq pulu adətdir, yoxsa?

 
Qıza görə başlıq pulu adətdir, yoxsa?


Elçiliyə gedərkən cibiniz dolu olsun!

XXI əsr, inkişafın yüksək bir səviyyədə olduğu vaxtda Azərbaycanın bəzi kəndlərində hələ də keçmiş adət-ənənə ilə yaşayanlar var. Əlbəttə ki, dədə-baba adət-ənənələrinə sadiq qalmaq çox yaxşı haldır, lakin baxır harada. Məsələn, böyük-kiçik yeri bilmək, yaşlılara hörmət və s. adətlər sözsüz ki, yaxşıdır. Lakin bəzi köhnə adətlər də var ki, artıq onların həyatımızdan çıxarılmasının vaxtıdır. Belə adətlərdən biri də qıza elçi gələn zaman ailənin oğlandan başlıq pulu alması kimi ənənədir. Çünki bu zaman iki sevən gəncin gələcək həyatları sual altına düşür və onların xoşbəxtliyi sərhədlənir.

Belə problem yaşayanlardan biri Qarabağlı Azər Məmmədovdur. Azər Məmmədov Xaçmaz rayonunun Çarxı kənd sakini Gülnar Seyidova adlı bir xanıma aşiq olub. Lakin qızın valideynləri ondan 2000 manat başlıq tələb edib. “Qızın elçiliyinə gedəndə? valideynlərimin heç ağlına belə gəlməzdi ki, qız üçün bizdən “haqq” tələb edəcəklər. İnkişaf etdiyimiz müasir bir zamanda oğlandan başlıq pulu istəmək görəsən nə qədər düzgün bir işdir? Axı qız ilə bir-birimizi sevirik” söyləyən Azər əvvəlcə eşitdiyinin zarafat olduğunu düşünüb. Lakin sonradan anasının onunla zarafat etmədiyini anlayıb.


İmkanı olmadığı üçün Azər gündüzlər işləməklə yanaşı gecələr də çalışmağa başlayır. Bir müddət sonra güc-bəla ilə topladığı 500 manatı götürür, yollanır qızın atası evinə. “Üç aya yaxın dincəlmədən çalışdım və yığdığım 500 manat pulla yenə elçiliyə getdim. Uzun danışıqlardan sonra qızın valideynləri birtəhər razılaşdılar. Kiçik məclis düzəldib, ailə qurdum. Qıza görə pul ödədim, amma gəlinin gətirdiyi cehiz məni qane etmədi. Qıza görə pul ala bilirlər, amma övladlarına cehiz verə bilmirlər?”, - deyə qəhrəmanımız giley-güzar etməyi də unutmayıb.

Əslində Azər qızla sevdiyi üçün evlənib. Bu üzdən də, əziyyət çəkib və peşiman da deyil. Lakin Azər nə qaynatasının, nə də qaynanasının üzünü görmək istəyir. Bəs görəsən cəmiyyətimiz bu barədə nə düşünür? Elə bu sualla müxtəlif təbəqələrdən olan insanlara müraciət etdik.

Masallının Xıllı kəndindən olan 70 yaşlı Çimnaz Nuriyeva əzəl başdan kəndlərində qıza görə oğlan evindən bəxşiş almaq adətinin olduğunu bildirdi. “Kimi qıza görə pul, kimi taxıl, kimi isə heyvan istəyir. Əlbəttə ki, qızını heç nə istəmədən verənlər də var. Əslində bu adət bizdə qədimdən qalıb. Lakin son illər bu hallar azalıb”, - deyə Çimnaz Nuriyeva qeyd edib.


Müəllimə işləyən 50 yaşlı Bakı şəhərindən musiqi müəlliməsi Qənirə Məmmədova indiki dövrdə bu məsələnin doğru olmadığını düşünür. “Düzdür, qabaqlar qıza görə oğlandan pul istəyirdilər. Amma indi belə adətə son qoymaq vaxtıdır. Əsas odur ki, iki gəncin qurduğu ailə möhkəm və sevgi üstündə bərqərar olsun. Buna görə də valideynlər iki sevən gəncə mane olmamalıdır. İndiki dövrdə qıza görə başlıq pulu almaq düz deyil”.

Azərbaycan Texniki Universitetinin I kurs tələbəsi Sübhan Bağırov inkişaf dövründə olan ölkəmizdə köhnə fikirlərin olmasını gülünc sayır. “Qıza görə pul almaq həm səhv, həm də gülünc adətdir. Valideynlərə niyə görə pul verilməlidir ki? Mən onların qızı ilə evlənirəm, daha pul ilə heyvan almıram. Kim bu adəti davam etdirmək istəyirsə, onlar cəmiyyətimizin düşmənidir”, - deyə gənc tələbə bildirib.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi, 21 yaşlı İsa Hüseynzadə də bu adətin doğru hal olmadığını düşünür. “Qız əşya deyil ki, pulla satılsın. Məncə, bu adəti davam etdirənlər övladlarını insan saymırlar”, - deyə İsa Hüseynzadə vurğulayıb.


Məsələ ilə əlaqədar 56 yaşlı zərgər Bayram Nuriyev zarafatyana fikrini belə bildirib: “Əgər keçmişdə olduğu kimi indi də qızı pulla satsaydılar, mənim çoxlu arvadım olardı. Düşünürəm ki, bu qədim olsa da, düzgün adət deyil”.

Məsələ ilə əlaqədar psixoloq Dəyanət Rzayev də açıqlamasında bu adət haqqında müsbət fikir söyləməyib. “Əslində ailə qurmaq üçün iki tərəf üçün nigah müqaviləsi nəzərdə tutulub. Burada ailə üzvlərinin hüquqları göstərilir. Bir tərəfdən də, əgər oğlan tərəfi bu münasibəti öz üzərinə götürüb, qızı alırsa, o zaman həyatını keçmişlə qurmamalıdır. Düşünməməlidir ki, mən müəyyən məbləğdə pul verdim qızın ailəsinə, əvəzində qızın cehizi olmadı və s. Bu düşüncələr problemi həll etmir. Əksinə qurulan ailənin bünövrəsini zəiflədir” söyləyən psixoloq bu fikir altında qurulan ailələrin çox vaxt ideal olmadığını bildirib.

Dəyanət Rzayev qıza görə başlıq pulu istənilməsini əski dövrün fikri adlandırıb. Lakin müasir dövrdə də bu adətin birbaşa olmasa da, dolayısı yolla hökm sürdüyünü qeyd edib. Onun fikrincə, bu adət müsəlman ölkələrində daha çox təsadüf etsə də, bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur.

“Əslində qıza görə alınan başlıq pulu əski dövrün fikri olsa da, müasir dövrümüzdə özünü başqa formalarda təzahür edir. Məsələn, oğlan qızı istəyir, ona vermirlər. Deyirlər ki, oğlan kasıbdır, bizim ailəyə uyğun deyil və s. Çox əfsuslar olsun ki, bizim dövrdə hələ də belə mənfi hallar yaşanır. Əslində dünyanın hər yerində belə bir problem yaşanır. Türkiyədə, Hindistanda, Şərq ölkələrində və s. Lakin Avropa ölkələrində bu məsələyə başqa formada yanaşırlar. Əgər qızla oğlan bir-birini bəyənirsə, o zaman maddi durum burada rol oynamır. Əsas odur ki, tərəflər bir-birini istəsin, həm seksual baxımından, həm mənəvi tərəfdən, həm dostluq baxımından uyğun olsun. İslam nöqteyi-nəzərdən qadınla evlənməzdən əvvəl kişi qadına müəyyən miqdarda pul verir ki, əgər qadını boşasa, qadın dolana bilsin. Amma pul qadına çatmırsa, İslam bunu düzgün saymır. Qadın əşya deyil ki, satılsın. Qədim adət-ənənələrimizdən elə hallar var ki, onları müasir dövrümüzdə tətbiq etmək olmaz. Bu milli mentalitet deyil, lazımsız, primitiv düşüncədir. Bunu kökündən ləğv etmək lazımdır. Bu adət-ənənənin sonuna çıxmaq lazımdır. Ucqar kənddə yaşayan insanlar da gərək maariflənsinlər, dünyaya açıq gözlə baxsınlar”, - deyə Dəyanət Rzayev bildirib.


İslami nöqteyi-nəzərdən qıza görə başlıq pulu almaq haramdırmı? Elə bu sualla da Hacı Şahin Həsənliyə müraciət etdik. Hacı Şahin açıqlamasında bu adətin İslamla heç bir əlaqəsinin olmadığını, əksinə qıza görə pul istənilməsinin haram olduğunu bildirib. “Əslində İslam dinində Mehriyyə adlanan bir anlayış var. Bu evliliyin etibarlı olması üçün verilir. Bu mehriyyənin əslində qızın ailəsinə heç bir aidiyyatı yoxdur. Bu yalnız ailə quracaq xanım tərəfindən təyin olunmalıdır. Bu, qadının haqqıdır. Ailə dağılan zaman qadın başsız qalmasın deyə, müəyyən vaxta qədər özünü dolandırsın deyə verilən puldur. Bu cəhətdən mehriyyə müəyyən edilir. Lakin qızın ailəsi tərəfindən oğlandan başlıq pulu tələb edilirsə, bu, İslam dini tərəfindən qəbul edilmir. Bunu da qeyd etmək istərdim ki, qadın mehriyyəni tələb etməyə də bilər. Ümumiyyətlə, başlıq pulu qadının şənini alçaldan bir məsələdir. Bu belə çıxır ki, qız pulla qarşı tərəfə satılır. Din bunu qəbul etmir. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də, ələxüsus da müsəlman ölkələrində bu adət var. Lakin bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini bunu məqbul saymır”, - deyə Hacı Şahin Həsənli vurğulayıb.

Bu adətin qədimliyindən danışan tarix elmləri namizədi Solmaz İmanova açıqlamasında indiki dövrdə bunun əhəmiyyətini itirdiyini bildirib. İndiki dövrdə isə bunun o qədər də əsas olmadığını düşünən Solmaz İmanova müasir dövrdə gənclərin fikrinin əsas olduğunu qeyd edib.

Məsələ ilə əlaqədar hüquqşunas Çingiz Qənizadə açıqlamasında qıza görə başlıq pulunun alınması adətini keçmişin qalığı adlandırıb. “Bunun hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Müasir Azərbaycanda, demokratik dəyərlərlə yaşayan ölkəmizdə ailə quran gəncdən başlıq pulunun istənilməsi düzgün deyil. Bura insan hüququ da nəzərə alınmalıdır. Düzdür, biz milli adət-ənənələrimizə hörmət etməliyik. Lakin burada millilikdən söhbət gedə bilməz. Burada qohumlar arasında narazılıq yarandığına görə, bu aradan götürülməlidir. İndi ailə quran gənclərin gələcəkdə yaşamaları ilə bağlı məsələlər ortaya çıxır. Hüquqşünas olaraq, mən qəbul etmirəm ki, tərəflərin bu tələbatı və müəyyən razılaşma aparılması düzgün deyil. Bu ailənin dağılmasına gətirib çıxara bilər”, - deyə hüquqşünas bildirib.


Əlbəttə ki, iki sevən qəlbə nə başlıq pulu, nə də digər amillər mane ola bilməz. Ailə qurarkən nə hüquqşünasa, nə adət-ənənələrə, nə də başqa faktorlara fikir vermədən, bir-birinə uyğun olan gənclər ömürlərinin sonuna qədər xoşbəxt olur. Sözsüz ki, səhv etməsələr...


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:17
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

Just For Legend

  • 3 dekabr 2010 15:28
  • Məqalə: 407
  • Şərh: 3195
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Ulya

  • 2 dekabr 2010 20:49
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
maraqli yazidi wink

Sergio Ramos

  • 2 dekabr 2010 17:45
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
sAğoL

--------------------

CandyGirl

  • 2 dekabr 2010 16:27
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tesekkurler

--------------------

romantikim

  • 2 dekabr 2010 15:54
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Çox sağol canim əllərinə sağlıq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 41
Cəmi: 64

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}