Ətir seçərkən nələrə diqqət yetirməli?

 
Ətir seçərkən nələrə diqqət yetirməli?

Ətirlərin tarixi lap qədim zamanlara gedib çıxır. Belə ki, ətirlər haqqında qədim Misir papiruslarında məlumat verilib. İlk ətirlər tüstü formasında olub. Daha sonra ətirlər ağ maye ilə əvəz olunub. Ətirlərin yaranma məqsədi pis qoxuları aradan götürməkdən ibarət olub. İlk ətirlər qızılgül ləçəklərindən hazırlanırdı. XIV əsrdən etibarən isə ətirlərə spirt vurulmağa başlanılıb.

Bəzən ətirlərin müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb olduğu deyilir. Fizoterapevt Adil İsrafilovun sözlərinə görə, ətirlər körpə uşaqlara zərər verə bilər. Belə ki, onların ağciyərləri hələ tam inkişaf etmədiyindən, ətirlərin tərkibində olan kimyəvi maddələr ciyərlərə ziyan vura bilər:

"Bundan əlavə ətirdən istifadə göz xəstəlikləri (gözə düşərsə), dəri xəstəliklərinə (həssas insanlarda) də səbəb ola bilər. İngiltərə alimlərinin araşdırması zamanı məlum olub ki, ətirlərin tərkibinə vurulan maddələr burnun tutulması, göz yaşarması, bəbəklərin quruması, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ikili görmə, asqırma və öskürək, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq və. s. bu kimi xəstəliklərə səbəb olur".

Bəs insanların arasında seçilmək üçün hansı qoxulara üstünlük vermək lazımdır? Kimya elmləri namizədi, kosmetoloq Nigar Almazova bildirir ki, insanlara ən çox ədviyyat qoxusunu əks etdiən qoxular təsir edir. Belə ətirlər afrodizyak ətirlər adlanır: "Kişilərin diqqət mərkəzində olmaq üçün afrodizyak qoxulara üstünlük vermək lazımdır. Bu qoxuların içində darçın qoxusu cəzbedicidir. Ətir seçən zaman darçın qoxulu ətirlərə üstünlük verməniz, sizi diqqət mərkəzində edəcək".

Ekspert bildirir ki, vanil qoxusu da insanlara təsir edir. Belə ki, yaxın keçmişdə vanil cinsi problemlərin həll edən ədviyyatlardan sayılırdı.

Günümüzdə vanil qoxulu bir çox ətirlər satılır ki, bu qoxu da kişilərin sevdiyi qadın ətirlərindəndir.

Lavanda çiçəyinin qoxusu isə olduqca fərqli təsirə malikdir. Bu qoxu insanı gün ərzində yorğunluqdan qorumaqla yanaşı cinsi hissləri də gücləndirir.

Həmsöhbətimizin dediyinə görə, qadınlar ətir seçərkən mövsümi ətirlərə üstünlük versələr, bu, onlarda özünə inamı daha da gücləndirər. Belə ki, yaz mövsümünə uyğun yüngül, çiçək qoxularından istifadə edilməlidir. Bu zaman insan özünü daha təravətli və xoşbəxt hesab edir: "Yaz qoxuları insanda yaşama həvəsini artırır. Romantik olduğunuzu hiss etdirmək istəyirsinizsə, çiçək qoxularına üstünlük vermək lazımdır".

Qalıcı və ovsunlayıcı ədviyyatlı qoxuları isə xüsusilə qış və payız mövsümündə istifadə etmək uyğundur. Bu qoxular insana güc və cazibədarlıq hissi verir: "Şirin qoxular hər mövsüm üçün uyğun olsa da, bu qoxular fərdilik daşıyır. Özünüzü gənc və gümrah hiss etmək istəyirsinizsə, şirin qoxulardan istifadə etməyiniz məsləhət görülür. Çünki şirin qoxular indivudal olsa da, ehtiras yaradır".

Çiçək qoxuları əsasən, çiçəklərin yarpaqları, yağ və toxumlarından alınır. Meyvə qoxuları isə təzə və yüngül qoxulardır. Meyvə qoxuları əsasən bergamot, limon, portağal, naringi və portağal çiçəklərindən çəkilir.

N.Almazova bildirir ki, ətirlər də geyim kimi yaşa və tərzə uyğun seçilməlidir. Məsələn, gənclər meyvə və sabun kimi yüngül qoxulara üstünlük verməlidirlər, yaş artdıqca, ədviyyat və çiçək qoxuları seçə bilərlər. Ətir seçərkən dəri tipi də nəzərə alınmalıdır. Çünki əsmər xanımlara yaraşan qoxular sarışınlara uyğun olmaya bilər.

Almazovanın sözlərinə görə, ətirlərin qalıcılığı dəridən də çox asılıdır. Belə ki, yağlı dərilərdə ətirlərin qoxusu daha qalıcı olur. Bu səbəbdən də quru dərili xanımlarda ətirlər daha tez bitir: "Yağlı dərisi olanlar ədviyyat qoxularına, quru dərililər isə çiçək qoxularına daha çox üstünlük verməlidirlər".

Müsahibimin dediyinə görə, ətirlərin qabları da ətirlər haqqında məlumat verir. Məsələn, ağ qabda klassik, bahalı, zadəgan və saf ətirlər qablaşdırılır.

Psixoloqların fikrincə, qoxuların da öz dili var. Bəzən insanların deyib ifadə edə bilmədiyini qoxular vasitəsilə anlamaq mümkün olur. Bəs insanlara ən çox hansı qoxular təsir edir? Psixoloq Ülviyyə Hüseynovanın fikrincə, ətir hədiyyə alan zaman ətrin qabına baxıb, o insan haqqında müəyyən məlumatlar əldə edə bilərsiniz: "Sarı qablı ətir gətirən insan qaynar, şən, əyləncəli, həyat sevinci ilə dolu portağal rəngli ətir hədiyyə verən insan təsiredici, canlandırıcı, dinamik ruhlu insan olur. Ümumiyyətlə, ətirləri seçərkən qablarına diqqət yetirmək lazımdır".

Onun sözlərinə görə, ətirlərin həvəsləndirmə qabiliyyəti olduğu kimi, depressiya yaratmaq, stresə salmaq qabiliyyəti də var. Belə ki, ilk seçimdə bəyəndiyiniz qoxu sonradan sizi bezdirə, yora və hətta ruhdan sala bilər. Buna görə ətir seçəndə az miqdarda olan ətirlərə üstünlük vermək lazımdır.

Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.


Geri dön

come back

  • 7 noyabr 2012 01:21
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler maraqlidir.

CuPbUyUm

  • 2 noyabr 2012 15:01
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
"Bundan əlavə ətirdən istifadə göz xəstəlikləri (gözə düşərsə), dəri xəstəliklərinə (həssas insanlarda) də səbəb ola bilər. İngiltərə alimlərinin araşdırması zamanı məlum olub ki, ətirlərin tərkibinə vurulan maddələr burnun tutulması, göz yaşarması, bəbəklərin quruması, astma tutması, kəskin baş ağrıları, qısa müddətli yaddaş itkisi, diqqətsizlik, ikili görmə, asqırma və öskürək, qulaqlarda küy, cingilti və ağrı, baş dönməsi, nəfəs darlığı, udqunmada problem, ürək bulanmaları, həyəcanlanma, tez-tez əsəbiləşmə, oynaq, damar və əzələ ağrıları, yüksək təyziq və. s. bu kimi xəstəliklərə səbəb olur".

--------------------

GuNaY_83

  • 13 oktyabr 2012 19:52
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}

--------------------

DILEKLER

  • 11 oktyabr 2012 11:37
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
sagolunnnnnnnnnnn

Demi Love

  • 11 oktyabr 2012 10:59
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun maraqlıdır...

solnuska

  • 11 oktyabr 2012 03:27
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Günümüzdə vanil qoxulu bir çox ətirlər satılır ki, bu qoxu da kişilərin sevdiyi qadın ətirlərindəndir.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 11 oktyabr 2012 01:57
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
cox sagol..oxudum yarisini lol

--------------------
Помни, что ты - мое все ❤

M_NUR

  • 11 oktyabr 2012 00:27
  • Məqalə: 7
  • Şərh: 28
  • Bal:
{awards}
Cox sag olun :)

--------------------
"Doğru söz təsirli ola bilər,amma heç bir söz, zamanında saxlanılan susqunluq qədər təsirli deyil."
Illərin ötməsi yaş ola bilməz..
Yaş gözlərindən axandır..
Axdıqca hesabla....

ZeMka

  • 11 oktyabr 2012 00:09
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
meslehet ucun sag ol

--------------------

R.M Fanatı...

  • 10 oktyabr 2012 23:43
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
meslehete gore twkler...

--------------------

Prank girl

  • 10 oktyabr 2012 22:41
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Nurawka

  • 10 oktyabr 2012 22:33
  • Məqalə: 6
  • Şərh: 606
  • Bal:
{awards}
twk..............

--------------------
Ben sana inansaydim senin icin savawirdim!
Savawsaydim mutlaka kazanirdim...
Artik vazgecdiklerim kadar ozgursun...

nihan aliyeva

  • 10 oktyabr 2012 22:28
  • Məqalə: 4
  • Şərh: 420
  • Bal:
{awards}
twkk twkk twkkkkkkkkkkk

twwkk twkkkkkkkk bully

::Jessica Alba::

  • 10 oktyabr 2012 21:38
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeer

TAYNA VOSTOKA

  • 10 oktyabr 2012 21:31
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.

--------------------

ღ★Diamond★ღ

  • 10 oktyabr 2012 21:30
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Ekspert bildirir ki, vanil qoxusu da insanlara təsir edir. Belə ki, yaxın keçmişdə vanil cinsi problemlərin həll edən ədviyyatlardan sayılırdı.

★Mermaid★

  • 10 oktyabr 2012 21:08
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Çiçək qoxuları əsasən, çiçəklərin yarpaqları, yağ və toxumlarından alınır. Meyvə qoxuları isə təzə və yüngül qoxulardır. Meyvə qoxuları əsasən bergamot, limon, portağal, naringi və portağal çiçəklərindən çəkilir.

--------------------

...BARSA FANATI....

  • 10 oktyabr 2012 21:08
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir....

cox sag ol...

CuPbUyUm

  • 10 oktyabr 2012 21:00
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Onun sözlərinə görə, ətirlərin həvəsləndirmə qabiliyyəti olduğu kimi, depressiya yaratmaq, stresə salmaq qabiliyyəti də var. Belə ki, ilk seçimdə bəyəndiyiniz qoxu sonradan sizi bezdirə, yora və hətta ruhdan sala bilər. Buna görə ətir seçəndə az miqdarda olan ətirlərə üstünlük vermək lazımdır.

Ətirlər insan haqqında məlumat daşıyıcılarıdır. Belə ki, sərt ətirlər, insanın ağırtəbiətli, ciddi, şirin ətirlər özünə qapalı, çiçək ətirləri romantik, ədviyyat qoxulu ətirlər ehtiraslı olduğunu bildirir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}