Qiymətsiz yazılar

 
Qiymətsiz yazılar

Səhər erkən oyandım. Gözlərimi açanda hələ qaranlıq idi, yalnız aradan bir müddət keçdikdən sonra aşağıdaki saatın beşi vurduğunu eşitdim. Yenidən yuxuya getmək istədim, ancaq yuxum gəlmədi,hətta mürgüləyə də bilmədim,ağlıma min cür fikir gəldi.
Birdən ağlıma yazı üçün bir müçə yaxşı fikir gəldi, gözəl ədəbi tapıntıydı,indiyədək bu cür fikirləri heç vaxt qələmə almamışdım.Uzandığım yerdə bu fikirləri öz-özümə təkrarladım, hiss etdim ki, çox gözəl fikirlərdir.Ardınca başqa fikirlər də gələcəkdi.Tamamilə oyandım, ayağa qalxıb, çarpayının ayaq tərəfindəki masanın üstündən kağız qələmi götürdüm.Sanki, içimdə bulaq qaynamağa başlamışdı, söz-sözə, cümlə-cümləyə calanaraq kağıza tökülür, süjet yaranırdı, epizodlar dəyişir, beynimdən replikalar və hadisələr gəlib-keçirdi,özümü olduqca xoşbəxt hiss edirdim.Qələmi kağızdan ayırmadan qalibcəsinə səhifəni səhifə ardınca yazıb doldurdum.Fikirlər elə sürətlə gəlir, elə səxavətlə üstümə tökülürdü ki,var gücümlə çalışsam da, bir çox təfərrüatları yazıb çatdıra bilmirdim.Mövzunu tamamilə cilovlamışdım, yazdığım hər bir söz, sanki, öz-özünə axıb gəlirdi.

Qiymətsiz yazılar
Bu qeyri-adi dərəcə də fövqəladə hal sonsuzluğadək uzanır,uzanırdı; nəhayət, dayanıb qələmi kənara qoydum, dizlərimin üstündə on beş, cəmisi isə 20 yazılı vərəq vardı. Əgər bu səhifələr,doğrudan da, nəyəsə dəyərdilərsə, mən zəngin olacaqdım! Yataqdan sıçrayıb bir anda geyindim. Getdikcə hava daha da işıqlaşır,pəncərədən küçələrə düzülə elanlar aydınca seçilir.Pəncərənin yanl o qədər işıqlıdır ki, yazmaq, sadəcə ləzzət verir.Dərhal kağızları ağlamaya köçürməyə başlayıram. Fantaziyalarım işıqdan və rəngdən hörülmüş qeyri-adi dərəcədə qalın,fəqət zərif dumana bürünüb; mən öz uğuruma güclə inanıram,öz-özümə indiyəədək bundan yaxşı heç bir şey oxumadığımı söyləyirəm.Xoşbəxtlikdən başım dumanlanır, qəlbim fərəhlə dolur, kağız dəstəsinin ağırlığını əlimlə yoxlayaraq qələbəmi qeyd edirəm. Təxmini hesablamama görə, onlara beş manat qiymət qoyuram.Çünki beş manarata görə heç kəs bazarlıq etmək fikrinə düşməz, əksinə, cəsarətlə demək olar ki,əlyazmanın məzmununu nəzərə alsaq, hətta on manat da çox cüzi məbləğdir. Mən bu dərəcədə müstəsna bir işi havayı yerə yazmaram ; bilirəm ki, belə əsərlər küçəyə tökülməyib.Qərara gəldim ki, on manat istəyim.


Geri dön

Yusif

  • 9 fevral 2011 17:34
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
cox sagol ela alinib

omur

  • 4 dekabr 2010 18:06
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
maraqli idiiii

--------------------
wirinler

CandyGirl

  • 3 dekabr 2010 15:09
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
ela alinib wink

--------------------

фея

  • 1 dekabr 2010 22:41
  • Məqalə: 594
  • Şərh: 2972
  • Bal:
{awards}
cox sagol ela alinib

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 1 dekabr 2010 21:29
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
cox sagol xebere gore

Sergio Ramos

  • 1 dekabr 2010 21:25
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
minnətdaram

--------------------

Just For Legend

  • 1 dekabr 2010 21:23
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 37
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 40
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}