Bakıda Avropa film festivalı keçiriləcək

 
Bakıda Avropa film festivalı keçiriləcək

Festivala təşkilatçılıq edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı

Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobiya

bu münasibətlə mətbuat konfransı keçirib.

Səfir R.Kobiya mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyi

və Azərbaycan Respublikasında təmsil olunan Avropa İttifaqına (Aİ)

üzv ölkələrin səfirlikləri ilə birgə Avropa Film Festivalının açılışını elan edib.

O, Bakı şəhərində 10-16 dekabrda keçiriləcək Festivalın Aİ ölkələri

və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına,

kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin

daha yaxşı qavranılmasına yönəldiyini qeyd edib.

Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan

14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcək

(Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan,

Fransa, İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa,

Rumıniya, Böyük Britaniya). Filmlər Avropada müxtəlif ictimai təbəqələri

narahat edən miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi

məsələlərdən başlayaraq, qlobal istiləşməyədək olan ictimai

və qlobal mövzulara toxunur.Festival 10 dekabr saat 20.00-da

nümayiş etdiriləcək Belçikanın “Hop” filmi ilə başlayacaq.

Film departasiyaya məruz qalmış Brüsseldə yaşayan qeyri-qanuni

immiqrantlar Castin və onun atası Didondan bəhs edir.

Öz atası ilə qovuşmaq üçün Castin qaçarkən həyəcanverici

sərgüzəştlərlə üzləşməli olur. Lakin sistemlə mübarizə aparmaq üçün o,

keçmiş anarxistin köməyindən istifadə etməlidir.

Onlar birlikdə “Hop” sirrini tətbiq etməlidirlər.

Belçika və beynəlxalq səviyyədə bir sıra mükafat qalibi olan

Belçika filmi Festivalı açmaq şərəfinə layiq görülüb,

bu həm də ölkənin Avropa İttifaqında sədrlik etməsi ilə bağlıdır.

Avropa Film Festivalında təqdim olunan bütün filmlər ingilis dilində,

bir neçəsi isə Azərbaycan və rus dilində olan subtitrlərlə veriləcək.

Qeyd edək ki, 11-16 dekabr tarixlərində nümayiş olunacaq filmlər

saat 18.00 və 20.00 başlayacaq,

bazar günü 12 dekabrda isə saat 17.00 məktəblilər üçün xüsusi

film nümayişi olunmalıdır. Hər kəs üçün giriş pulsuzdur.

Festival Rotunda otağında, Landmark Biznes Mərkəzi, Nizami küç. 90A keçiriləcək.

Xatırladaq ki, Avropa Film Festivalı Azərbaycanda sonuncu dəfə 2008-ci ildə keçirilib.

Avropa Film Festivalının proqramı

10.12.2010

"Hop" ( Belçika ), saat 20:00

11.12.2010

"Boşluqlar" ( Çex Respublikası ), saat 18:00

"Həyatda qalan" ( Rumıniya ), saat 20:00

12.12.2010

"Eyvan" ( Litva ), saat 17:00

"Mamont" ( Fransa ), saat 18:00

"Xaritonun xoru" ( Yunanıstan ), saat 20:00

13.12.2010

"Bir günlük kral" ( Bolqarıstan ), saat 18:00

"Yeni kinoteatr "Paradiso" ( İtaliya ), saat 20:00

14.12.2010

"Dələduzlar" ( Avstraliya ), saat 18:00

"Körpütikən" ( Macarıstan ), saat 20:00

15.12.2010

"Ölmək zamanı" ( Polşa ), saat 18:00

"Duşka" ( Hollandiya ), saat 20:00

16.12.2010

"Laqeydlik dövrü" ( Böyük Britaniya ), saat 18:00

"Dörd dəqiqə" ( Almaniya ), saat 20:00


Geri dön

Ulya

  • 2 dekabr 2010 20:30
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
lap yaxsi

Just For Legend

  • 2 dekabr 2010 14:07
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli xebere gore sene minnttarligimi bildirirem

--------------------

Sergio Ramos

  • 2 dekabr 2010 13:56
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
ilk şərh məndən

təşəKKür

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}