Mətbəx sirləri: Pasta facoli

 
Mətbəx sirləri: Pasta facoli

Pasta e fagioli-nin minlərlə hazırlanma qaydası var. Ya da belə demək mümkündürsə, nə qədər italyan ailəsi varsa, bir o qədər də pasta facoli resepti var. Hətta bunun şorba, yaxud ana yemək olduğu barədə də fikir ayrılığı mövcuddur. Bu xörəyin iki dəyişməz ərzağı var - pasta (makaron) və fagioli - lobya (təbii ki, müxtəlif reseptlərdə bunların da növü dəyişir).

Tərkibi:

3 x.q. bitki yağı
1 iri baş soğan
1 bolqar bibəri
4 dilim bekon (yaxud toyuq əti və ya yağsız kolbasa)
1 budaq rozmarin
2 budaq təzə kəklikotu
2 x.q. oreqano qurusu
3 diş sarımsaq
duz
istiot
400 q öz suyunda pomidor konservi (1 banka)
230 q ağ lobya konservi (1 banka)
800 q toyuq bulyonu
100 q xırda makaron (istənilən formada)
30 q parmezan pendiri
4 x.q. doğranmış təzə cəfəri

Qalın dibli qazanda yağı qızdırın, xırda doğranmış soğanı və rozmarinlə kəklikotu budaqlarını burada qovurun. Xırda doğranmış sarımsaqla qırmızı bibəri də əlavə edin. 5 dəqiqə qovurun.

Rozmarinlə kəklikotu budaqlarını çıxarın. İstəyə görə bekon, yaxud toyuq ətini əlavə edin (tamamilə ətsiz də bişirə bilərsiniz). Qarışdıraraq 5 dəqiqə qovurun, pomidorları əlavə edin, qaşıqla elə tavadaca xırdalaya bilərsiniz.

Vam odda 10 dəqiqə bişirəndən sonra bulyonu əlavə edin.

Qaynara düşəndən sonra oreqano qurusunu və suyu süzülmüş lobyanı əlavə edin (toyuq ətindən istifadə edəcəksinizsə, şorbanı daha çox qaynadın ki, ət tam bişsin, lobyanı sonra əlavə edin). 5 dəqiqə də bişirin.

Şorbadan bir çömçə (tərəvəzlə lobyanın qarışığını) götürüb blender və ya mikserdə xırdalayın, yenidən qazana tökün. Duz, istiot vurun. Şorba çox qatı alınırsa, azca su və ya bulyon tökün, makaronu əlavə edin.

Hərdən-bir qarışdıraraq 4-6 dəqiqə bişirin. Ocaqdan götürün. Cəfəri və parmezan pendiri əlavə edin. İsti-isti boşqablara çəkin. İstəyə görə boşqablara bir qədər də parmezan və zeytun yağı əlavə edə bilərsiniz.

Nuş olsun!

Milli.Az


Geri dön

GuNaY_83

  • 13 oktyabr 2012 18:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler.........

--------------------

solnuska

  • 13 oktyabr 2012 03:50
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK RECEPTE GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 12 oktyabr 2012 19:29
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
tewekkurelr resepte gore...

--------------------
Помни, что ты - мое все ❤

SmiLe_LiFe

  • 12 oktyabr 2012 16:53
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Resepte gore cox sag olun

CuPbUyUm

  • 12 oktyabr 2012 16:47
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
hmmmmmmmmmmmmm...................

--------------------

TAYNA VOSTOKA

  • 12 oktyabr 2012 16:42
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Resepte gore cox sag ol...

--------------------

Gözlüklü

  • 12 oktyabr 2012 15:56
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Tesekkurler

ღ★Diamond★ღ

  • 12 oktyabr 2012 15:47
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Qalın dibli qazanda yağı qızdırın, xırda doğranmış soğanı və rozmarinlə kəklikotu budaqlarını burada qovurun. Xırda doğranmış sarımsaqla qırmızı bibəri də əlavə edin. 5 dəqiqə qovurun.

Demi Love

  • 12 oktyabr 2012 15:32
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun...

...BARSA FANATI....

  • 12 oktyabr 2012 15:03
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Resepte gore cox sag ol...

DILEKLER

  • 12 oktyabr 2012 14:55
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xebere gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 11
Cəmi: 25

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}