Arıqlama dərmanlarındakı təhlükə: Qurban olmayın

 
Arıqlama dərmanlarındakı təhlükə: Qurban olmayın

Adil Qeybulla: "Arıqlama dərmanları orqanizmin xərçəng xəstəliyinə qarşı müqavimətini qırır".

Aptekləri, gözəllik vasitələrinin satıldığı parfümeriya mağazalarını son illər bir məhsul "bəzəməyə" başlayıb. Bu iştahbağlayan, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Dərman qablaşdırmalarının əksəriyyətinin üzərində Azərbaycan dilində yazı yoxdur, ancaq tibb elmini bilən bir mütəxəssisin anlaya biləcəyi bir neçə maddənin latınca adı verilir.

"Narahatlıq versə, həkimə gedin" xəbərdarlığı

Ümumiyyətlə, əczaxanalarda satılan bu məhsullar "bütünlüklə bitki mənşəli" deyilərək satılır. Bizim insanımız isə tərkibi bitki mənşəli olan hər şeyin sağlamlığa zərərinin olmadığını düşünür. Əgər bir dərmanın üzərində "bitki tərkiblidir" yazılıbsa, həkim məsləhəti olmadan, sadəcə satıcının göstərişi ilə bu dərmanların istifadəsinə başlayan çox adam var.

Təyinatsız, kor-koranə qəbul edilən dərmanlar isə orqanizm üçün ciddi fəsadlar yaradır. Bəzən bu fəsadlar gizlin gedir və onun bizə vurduğu zərəri yalnız iş-işdən keçəndən sonra anlaya bilirik. Arıqlama dərmanlarının göstəriş kağızında isə bir qayda olaraq belə yazılır: "Əks təsiri yoxdur. Lakin hər hansı bir narahatlıq hiss etsəniz, həkimə müraciət edin və ya dərman qəbulunu dayandırın".

Amma yalnız həkimə gedəndən sonra bilirik ki, üzə çıxan əlamətlər aysberqin görünən tərəfidir, çünki o əlamətlərə qədər bədəndə gedən proseslərdən heç özümüzün də xəbərimiz olmur.

Arıqlamaq istəyirdi, həyatı kabusa döndü

Yazını yaxın bir tanışın başına gələnləri eşidəndən sonra yazmaq qərarına gəldim. Azadənin bir müddət əvvəl qollarının dirsəkdən yuxarı hissəsində, qarnında və belində xırda tüklər əmələ gəlməyə başlayıb. Əvvəlcə bunu arıqlaması, dərinin yığılması və bu səbəbdən də tüklərin sıxlaşması ilə əlaqələndirib.

Amma proses getdikcə sürətlənib və vaxt ötdükcə həmin bölgələrdəki tüklər daha da sıxlaşmağa və qalınlaşmağa başlayıb. Özünə də qaranlıq olan səbəbi aydınlaşdırmaq üçün dermatoloqa gedib. Bir neçə həkimin yoxlamasından keçəndən sonra məlum olub ki, 4-5 aydır davamlı içdiyi arıqlama dərmanları bədəninin hormonal balansını pozub və fəsadlar özünü tüklərlə büruzə verib.

Müsahibim deyir ki, indi hər ay epilyasiyadan istifadə etmək məcburiyyətindədir, yoxsa tüklər bütün qarın, qol və bel nayihəsini örtür. Həkimin rəyindən sonra dərmanı aldığı aptekə gedəndə isə görüb ki, "lələ köçüb, yurdu qalıb". Aptek köçürülüb və yerində mağaza işə başlayıb: "Bir ildir, o dərmanın əziyyətini çəkirəm, hər ay nə qədər epilyasiyaya pul verirəm, dərim bərbad hala düşüb, qadınlığımdan utanıram. Özüm öz bədənimə baxanda ağlamaq istəyirəm. Ağılsızlığımın əvəzini belə ödəyirəm".

"Bitki tərkibli" hər şey xeyirli ola bilməz

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, arıqlama vasitələri kimi təqdim edilən dərmanların çoxu müvafiq qurumun qeydiyyatından keçmir: "İnsanlar dietoloqsuz, mütəxəssis rəyi olmadan bu vasitələri özbaşına qəbul edir, sonra problem yaşayırlar, şikayət edirlər. Bu kimi vasitələri ölkəmizə gətirənlər milli psixologiyamızı yaxşı öyrənib, bilirlər ki, üzərinə "bitki tərkibli" yazılan hər şeyi bizə rahat aldıra bilərlər. İnsanımız bilmir ki, elə bitki var ki, onun bir damla şirəsi zəhərdir".

Ekspert deyir ki, o vasitələr orqanizm üçün vacib olan doymamış yağ turşularının bədənə daxil olmasının qarşısını alır: "Arıqlamaq üçün qəbul edilən dərman vasitələri, çaylar çox təhlükəlidir, onlar hətta orqanizmin xərçəng xəstəliyinə müqavimətini qırır, hormonal dəyişikliyə səbəb olur. O vasitələrdən istifadə etməzdən əvvəl öyrənmək lazımdır ki, niyə kökəlirik. Amma bunu öyrənmək, araşdırmaq əvəzinə, o piyləri əritmək barədə maraqlanırıq. Halbuki artıq çəkidən əziyyət çəkən hər kəs əvvəlcə həkimlə, mütəxəssislə piylənmənin səbəbini axtarıb tapmalıdır. Dərmanı atırlar, amma aktiv həyat tərzi keçirmirlər, oturaq iş piylənmənin birinci dostudur. Hər bir insan üçün fərdi arıqlama sistemi olmalı, bu sistemdə mütəxəssisin - həkimin, dietoloqun rəyi, göstərişi olmalıdır".

Arıqlama dərmanları psixi pozğunluqlar yarada bilər

Hazırda İngiltərədə işləyən həkim Kəmalə Məmmədova da bu dərmanların əks-təsiri barədə danışdı. O bildirdi ki, bu dərmanların iştahbağlama və bağırsaqişlədici kimi iki funksiyası var: "Əsas istifadə olunan fenilpropanolamin və kofein tərkibli preparatlardır ki, onlar da insanda pulmonar hipertenziyanı, yəni qan təzyiqini artırır. Kofein və efedrin tərkibli olanlar astma, allergik rinitlərdə istifadə olunur, bunların qəbulu isə asılılıq yaradır".

Həkim bildirir ki, bütün arıqlama əleyhinə dərmanlar psixozlar, asılılıq, baş ağrıları, aritmiya (nəbzin qeyri-müntəzəmliyi), hətta ürək tutmalarına və infarkta da gətirib çıxara bilər. Onun sözlərinə görə, qəbul olunan qidanın həzminə imkan verməyən və bağırsaqişlədici kimi istifadə olunan preparatlar isə bədəndə çox su itkisinə səbəb olur:

"Bu dərmanlar hətta böyrək çatışmazlığı kimi ağır xəstəliklərə səbəb ola bilər. Bədənimizdə suyun itkisi elektrolit pozğunluğa, yəni lazımlı ionların itirilməsinə gətirib çıxarır. Bu dərmanlar insanlarda depressiya da yaradır".

Həkim bildirir ki, indi Avropada hamı belə süni vairantlarla yox, düzgün qidalanma və idman etməklə arıqlayır. O deyir ki, bəzi insanlarda metabolizm pozğunluğundan və ya endokrin vəzilərin problemi ilə yaranan kökəlmələr olur ki, buna qarşı da tamam başqa müalicə tətbiq edilməlidir.

Hansı saxtadır?

Qeyd edək ki, ötən ilin sonunda Azərbaycanda ABŞ istehsalı olan, subitramin tərkibli, arıqlamaq üçün nəzərdə tutulan "Miridia" dərmanlarının dövlət qeydiyyatı ləğv edilib. Həmin dərmanın Azərbaycanda istifadəsi, satışı və idxalı qadağan edildi. Məlumat üçün qeyd edək ki, adıçəkilən dərmanın istifadəsinə Avropa ölkələrində də qadağa qoyulub.

Son vaxtlar qonşu Türkiyədən ölkəmizə ayaq açan "Formula 7" isə arıqlamaq həvəsində olan insanların daha çox müraciət etdiyi dərmanlar siyahısındadır. Bu dərmanların bir deyil, bir neçə əldən Azərbaycana gətirildiyi məlum olub. Çünki apteklərlə yanaşı, fərdi də satılır.

"Formula 7"nin müxtəlif kollektiv iş yerləri arasında pərakəndə satışı ilə məşğul olan satıcıları alıcılara bildirirlər ki, apteklərdə satılan "Formula 7" saxtadır. Maraqlı burasıdır ki, aptekdə də eyni şeyin əksini deyirlər. Apteklərdə 36-37 manata satılan "Formula 7" əldə 45 manata təklif edilir.

Arıqlama dərmanının tərkibində arıqlama maddəsi yoxmuş

Əczaçı Xurşid Sultanova isə daha maraqlı bir fakt dedi. Onun sözlərinə görə, "Formula 7" adlı arıqlama preparatının tərkibi "Coenzyme" və "Elkarnitin" maddələrindən ibarətdir və bu tərkiblər qətiyyən birbaşa arıqlama preparatı deyil:

"Hələ hansısa bir həkimin bu tərkibli dərmanları arıqlama preparatı kimi reseptə yazdığını görməmişəm. Adlarını çəkdiyim preparatlar ayrı-ayrılıqda apteklərdə 13-15 manata satılır. Ayrılıqda satdığımız dərmanların tərkibindəki "Coenzyme" və "Elkarnitin" maddələrinin miqdarı da "Formula 7"dəkindən dəfələrlə çoxdur. "Formula 7"nin tərkibindəki digər otlardan isə sadəcə ona "təbiidir" damğasını yapışdırmaq üçün istifadə edilir".

Qeyd edək ki, Milli Məclis tərəfindən qəbul olunan "Dərman vasitələri haqqında" qanuna görə, ölkə ərazisində dərman vasitələrinin reklamına yol verilmir. Amma məşhur müğənnilərimizdən biri və bu dərmanı hazırlayan türkiyəli həkim birlikdə reklama da çəkiliblər və reklam bizim telekanallarda yayımlanır.

Səhiyyə Nazirliyindən isə bizə bildirdilər ki, ölkəyə gətirilən "Formula 7" və digər arıqlama vasitələrinin qeydiyyatı aparılmır. Nazirlik rəsmisinin sözlərinə görə, "Formula 7" və arıqlamaq üçün qida əlavələri dərman vasitəsi sayılmadığından, belə məhsullara sertifikat vermək nazirliyin nəzdindəki mərkəzin səlahiyyətlərinə aid deyil.

Milli.az


Geri dön

GuNaY_83

  • 13 oktyabr 2012 18:24
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
tewekkurler.........

--------------------

solnuska

  • 13 oktyabr 2012 03:53
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK MELUMATA GORE........

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

my angel__

  • 12 oktyabr 2012 19:26
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Sitat: Karanlıklar Meleyi
Cox idi oxumadim tesekkurler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

SmiLe_LiFe

  • 12 oktyabr 2012 16:57
  • Məqalə: 465
  • Şərh: 3364
  • Bal:
{awards}
Cox idi oxumadim tesekkurler

CuPbUyUm

  • 12 oktyabr 2012 16:52
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Adil Qeybulla: "Arıqlama dərmanları orqanizmin xərçəng xəstəliyinə qarşı müqavimətini qırır".

--------------------

TAYNA VOSTOKA

  • 12 oktyabr 2012 16:48
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Aptekləri, gözəllik vasitələrinin satıldığı parfümeriya mağazalarını son illər bir məhsul "bəzəməyə" başlayıb. Bu iştahbağlayan, başqa adla desək, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. Dərman qablaşdırmalarının əksəriyyətinin üzərində Azərbaycan dilində yazı yoxdur, ancaq tibb elmini bilən bir mütəxəssisin anlaya biləcəyi bir neçə maddənin latınca adı

--------------------

Gözlüklü

  • 12 oktyabr 2012 16:00
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Cox idi oxumadim tesekkurler

Demi Love

  • 12 oktyabr 2012 15:58
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

ღ★Diamond★ღ

  • 12 oktyabr 2012 15:50
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Həkim bildirir ki, indi Avropada hamı belə süni vairantlarla yox, düzgün qidalanma və idman etməklə arıqlayır. O deyir ki, bəzi insanlarda metabolizm pozğunluğundan və ya endokrin vəzilərin problemi ilə yaranan kökəlmələr olur ki, buna qarşı da tamam başqa müalicə tətbiq edilməlidir.

...BARSA FANATI....

  • 12 oktyabr 2012 14:58
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
sag ol meqale ucun....

DILEKLER

  • 12 oktyabr 2012 14:43
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
melumata gore twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 409
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}