Layiqli töhfə

 
Layiqli töhfə

Adətən, dilçiliklə məşğul olan Mübariz Yusifov bu dəfə Nizami sənətinin çox dəyərli bir sahəsindən söz açır. Bu, təsadüfi deyil. Müəllif yazır ki, Nizaminin əsərlərində azərbaycançılıq aparıcı ideyadır. Dahi sənətkar müqəddəs ideyanı zahiri görünüşdə yox, batini nizamda canlandırır. Əbədiyaşar şair əsərlərinin ruhuna azərbaycanlı təfəkkürünün təcəssümünü qətrə-qətrə, damla-damla hopdurur, təsvir etdiyi hadisələrdə, bədii lövhələrdə bütün diqqətini milli obrazın yaradılmasına yönəldir.

M.Yusifov haqlı olaraq yazır ki, sovet dövründə sosializm prinsipini meyar tutan tədqiqatçılar oxucuların diqqətini Nizaminin azərbaycançılıq ideyalarından yayındıraraq onun məqsədinin sadəcə ədalətli hökmdar obrazı yaratmaqdan ibarət olduğunu sübut eləməyə çalışırdılar. Əslində, hökmdarların xalqla ədalətli rəftarı onun ideal arzusu deyildi. Bəzi tədqiqatçılar yanlış düşünərək Nizaminin "Xəyali xoşbəxtlər cəmiyyəti" yaratmasını onun son arzu və istəyi kimi qələmə verirlər. Lakin Nizaminin əsas məqsədi nə ədalətli hökmdar obrazı yaratmaq, nə də "utopik" bir cəmiyyəti təsvir etmək idi. Onun məqsədi azərbaycançılığı cəmiyyətin ruhuna hopdurmaq və bu ruhu ideologiyaya çevirmək olmuşdur.

Kitab üç bölmədən ibarətdir. Dövlətçilik ideyaları; vətənpərvərlik ideyaları və bir də millilik ideyaları. Bu bölmələrin hər biri dahi Nizaminin əsərlərinin məğzi, mahiyyəti ilə şərh olunur.

Azərbaycançılıq məfkurəsinin inamlı, etibarlı təməlini qoyan Nizami ölməz əsərləri ilə insanlara:

Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

* * *

Səadət kamalla yetişər başa,
Xalqa hörmət elə ədəblə yaşa -
kimi fikirləri təlqin edirdi.


Müəllif yazır ki, azərbaycançılıq milli Azərbaycan şüuru deməkdir. Milli şüur isə milli dövlətçilikdə formalaşıb onun ideoloji bazasını təşkil edir. Nizami dövründə milli dövlət yox idi. Deməli, milli şüurun formalaşmasından da söhbət gedə bilməzdi. Buna görə də dahi şair beynində, şüurunda, təsəvvüründə, təxəyyülündə milli dövlətçiliyin təcəssümünə çevirdiyi "ideal xoşbəxtlər cəmiyyəti" yaradır. Azərbaycançılıq ideyalarını bəşərilik libasına (humanizmə, ədalətə, cəmiyyət və şəxsiyyət azadlığına) bürüyüb yaratdığı "ideal xoşbəxtlər cəmiyyəti"ni həmin ideyaların təbliğinin, yayılmasının və gələcək nəsillərə çatdırılmasının təməlinə çevirmişdir. Beləliklə, Nizami ideal cəmiyyəti milli ideyalarının bərqərar olunduğu bir məkan kimi görmək istəyirdi. Bu, Nizaminin arzusu və idealı idi. Nizamidən 400 il sonra Füzuli demişrdir:

Ey Füzuli, nə gözəldir sözü azadəliyin
Hanı bir sərv bu aləmdə ki, vardır səməri.

Yəni, azadlıq əvəzsiz bir nemətdir. Azadlıq arzusu o zaman bəhrə verər ki, onu vətənpərvər bir lider həyata keçirə bilsin, yoxsa sadəcə xəyali cəmiyyət arzusu ilə azadlığı, bəşəriliyi bərqərar etmək mümkün deyil.

Füzulidən 400 il sonra ulu öndər Heydər Əliyev əsrlərdən üzü bəri gələn bu müqəddəs arzunu reallaşdırdı. Azadlıq xəyaldan reallığa çevrildi. Azərbaycançılıq isə bu cəmiyyətdə ideologiyanın ana xətti səviyyəsinə ucaldı. Bu da müdrik Nizami arzusunun bariz təntənəsidir.

Ulu şairin bəşəri yaradıcılığının bir sıra mətləblərdən xəbər verən "Nizamidə Azərbaycançılıq" kitabı dahi şairin 870 illik yubileyinə dəyərli töhfə, gənc nəslə layiqli hədiyyədir.


Geri dön

DILEKLER

  • 13 oktyabr 2012 21:45
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

* * *

Səadət kamalla yetişər başa,
Xalqa hörmət elə ədəblə yaşa -
kimi fikirləri təlqin edirdi.

GuNaY_83

  • 13 oktyabr 2012 18:05
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

CuPbUyUm

  • 13 oktyabr 2012 14:58
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

* * *

Səadət kamalla yetişər başa,
Xalqa hörmət elə ədəblə yaşa -
kimi fikirləri təlqin edirdi

--------------------

✰GoLd GirL✰

  • 13 oktyabr 2012 13:22
  • Məqalə: 534
  • Şərh: 10577
  • Bal:
{awards}
Deyerli meqaledir sag ol........

Demi Love

  • 13 oktyabr 2012 09:53
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

solnuska

  • 13 oktyabr 2012 03:24
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
cox saq olun xeber gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

ZeMka

  • 12 oktyabr 2012 23:50
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
xebere gore coox sag ol

--------------------

ღ★Diamond★ღ

  • 12 oktyabr 2012 22:55
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zərxara.

...BARSA FANATI....

  • 12 oktyabr 2012 22:28
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol...

Elvin007

  • 12 oktyabr 2012 21:48
  • Məqalə: 217
  • Şərh: 3307
  • Bal:
{awards}
Werhlere Gore Thank You!

[center]

--------------------
▼►►Proqramming◄◄▼

R.M Fanatı...

  • 12 oktyabr 2012 21:45
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
maraqli meqaleye gore tewekkurler....

--------------------

my angel__

  • 12 oktyabr 2012 20:53
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Maraqlidir.tewekkurler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}