Bu il Xəzərdə 1019 monitorinq keçirilib

 
Bu il Xəzərdə 1019 monitorinq keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci ilin 9 ayı ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1019 ekoloji monitorinq keçirmişdir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Trend-ə verdiyi məlumata görə, monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplamaq, onların minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.

Monitorinqlər zamanı 2793 su, 3 qazma məhlulu, 6 şlam nümunəsi götürülmüş, onlar üzərində 11719 analitik, 11832 bioloji və ekotoksikoloji, 7780 mikrobioloji olmaqla, ümumilikdə 31331 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.

Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınmış və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmışdır.

2012-ci ilin 9 ayı ərzində idarənin iş planına uyğun aparılan tədqiqatlar zamanı bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, buxta ərazisində atılmış köhnə neft quyularının birdəfəlik ləğv edilməsi işləri görülmüşdür. Həmçinin, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, Neft daşları və Çilov adasında yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi və s. işlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçirilmiş və qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılmışdır.

2012-ci ilin 9 ayı ərzində Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə Respublikanın rayonlarında quraşdırılmış sutəmizləyici qurğulardan su nümunələri götürülərək, onlar üzərində analitik və mikrobioloji təhlillər aparılmışdır.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən 2012-ci ilin 9 ayı ərzində Xəzər dənizinin sahil zolağı, eləcə də dəniz akvatoriyasında qeydə alınmış bütün ekoloji problemlərlə bağlı mütəmadi olaraq bülletenlər hazırlanaraq müvafiq icra strukturlarına göndərilmişdir.

Mövsümlə əlaqədar Abşeron yarımadasının sahil zolağı boyu çimərlik ərazilərində razılaşdırılmış cədvəl əsasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə monitorinqlər keçirilmiş, müxtəlif çimərlik ərazilərindən su nümunələri götürülərək, onların üzərində laborator müayinələr aparılmışdır. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılmış ərazilərdə mikrobioloji baxımdan dənizdə bağırsaq çöpü bakteriyalarının miqdarının norma daxilində olduğu müəyyən edilmişdir. Çimərlik ərazilərində keçirilmiş birgə monitorinqlərin nəticələrinə görə Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil və Sumqayıt çimərlikləri istisna olmaqla digər çimərlik ərazilər istifadəyə yararlı olmuşdur.


Geri dön

DILEKLER

  • 13 oktyabr 2012 21:39
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Trend-ə verdiyi məlumata görə, monitorinqlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplamaq, onların minimuma endirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə nail olmaqdır.

GuNaY_83

  • 13 oktyabr 2012 17:56
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler.........

--------------------

CuPbUyUm

  • 13 oktyabr 2012 14:50
  • Məqalə: 0
  • Şərh: 2372
  • Bal:
{awards}
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) 2012-ci ilin 9 ayı ərzində Xəzər dənizinin Azərbaycan sektorunun sahil zolağında (şimaldan-cənubadək), çimərlik ərazilərində, eləcə də, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə 1019 ekoloji monitorinq keçirmişdir.

--------------------

Demi Love

  • 13 oktyabr 2012 09:39
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

solnuska

  • 13 oktyabr 2012 02:13
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
TWK MELUMATA GORE

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

...BARSA FANATI....

  • 12 oktyabr 2012 22:48
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
xebere gore sag ol....

ღ★Diamond★ღ

  • 12 oktyabr 2012 22:39
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
meqale ucun sagol

ZeMka

  • 12 oktyabr 2012 22:28
  • Məqalə: 282
  • Şərh: 4518
  • Bal:
{awards}
melumat ucu sag ol

--------------------

my angel__

  • 12 oktyabr 2012 21:08
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
tewekkurelr xebre gore

--------------------
Помни, что ты - мое все ❤
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 49
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}