Moda aləminin filosofu - Koko Şanel

 
Moda aləminin filosofu - Koko Şanel


"Əgər sizdə olmayan nəyisə əldə etmək istəyirsinizsə,

demək ki, siz heç vaxt etmədiyinizi etməlisiniz".


Bunu, işləməkdən heç vaxt yorulmayan, zəhmətkeş, valehedici qadın - Koko Şanel

Onun məqsədlərinə gedən yol güclü istəklərindən keçirdi.

O hər zaman nə istəyirdisə, onu da edirdi.

Qabriel Şanel dünyaya şanslı bir ulduz altında gələnlərdən deyildi.

1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi.

18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu.

Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı.

Nəhayət, 1910-cu ildə özünün geyim dükanını açır.

Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün


«Moda evi» ni açır.

Amma I Dünya müharibəsi onun bu işini yarıda qoyur.

1919-cu ildə «Şanel Moda evi» fəaliyyətini bərpa edir.

Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə “Chanel №5” ətirləri meydana çıxdı.

Yəqin ki, bu məşhur ətirləri tanımayan yoxdur.

Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi.

Dünyanın bir çox məşhurları, Jaklin Kennedi,

Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi.

Əlbəttə ki, bu Koko Şanel üçün çox böyük uğur idi.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı.

Şaneli hamı izləyir, onunla maraqlanırdılar.

Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı.

Necə deyərlər, hər bir gözəl nağılın gözlənilməz sonu var.

1939-cu ildə II Dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı.

Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər.

1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün

daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər

yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı,

rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı.

Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi.

Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır.

Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar.

O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır.

Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir.

Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq,

öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi.

Koko Şanel 88 il ömür yaşadı.

Onu hələ sağlığında “moda aləminin filosofu” adlandırırdılar.

XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci il yanvarın 10-da dünyasını dəyişdi.


Geri dön

CandyGirl

  • 3 dekabr 2010 16:22
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tesekkurler koko sanelllllllllllllll

--------------------

Just For Legend

  • 3 dekabr 2010 15:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnet winked taram

--------------------

Milawka

  • 3 dekabr 2010 13:42
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
COC SHANELE SOZ OLA BILMEZ DE XEBERE GORE TWK OZU DE SONSUZ DERECEDE

Ulya

  • 2 dekabr 2010 21:13
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 59
Cəmi: 80

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}