Smartfonlarda istifadə edilən pulsuz mesaj göndərmə proqramları mobil operatorlara baha başa gəlib. Məlumata görə bu ilin sonuna qədər dünya üzrə mobil operatorların SMS-dən gələn gəlirlərinin 23 milyard dollara qədər azalacağı gözlənilir.
Texnoloji inkişafı araşdıran “Ovum” şirkəti hesabatında göstərir ki, smartfonlarda işlədilən WhatsApp kimi proqramların populyarlığı getdikcə artır. 2016-cı ilin sonuna qədər yuxarıda göstərilən rəqəmin 54 milyard dollara çatacağı proqnozlaşdırılır.
WhatsApp proqramı internet vasitəsilə işləyir və bu proqramı işlədən şəxslər bir-birləri ilə yazışa, şəkil, səs yazısı, video yazıları göndərə bilirlər. SMS-lə müqayisə etdikdə demək olar ki, bu proqramla yazışmaq pulsuz başa gəlir.
“Ovum” belə hesab edir ki, mobil şirkətlər vəziyyətdən çıxmaq üçün yeni metodlardan istifadə etməlidir.