Unudaram demişdim

 
Unudaram demişdim


Unudaram demişdim sənə sözümü tuta bilmədim sevgilim.

Hər zaman deyirəm yeni bir səhifə açacam özümə içində sən olmayan.

Amma olmur çox sınadım, tam bacardım deyərkən yenə keçmişim və sən

gəlirsən ağlıma, bax o an ürəyim ağrıyır, üzümə bir təbəssüm gəlir.

Bu belə nə qədər gedəcək bilmirəm. Zamanın gücü yaraları bağlamağa yarayır,

amma unutmağa əsla gücü çatmır. Yalnız zaman dərmanın olur müəyyən bir müddət.

Son zamanlar ağlıma çox düşürsən, o köhnə günlərimizi yada salıram,

çox darıxıram. Niyə bu qədər düşürsən yadıma? Axır vaxtlar sənin haqqında

ilk dəfə illər sonra çox yaxın bir dostuma danışdım.

Köhnə dəftərləri açdım yəni. Dediyi tək cümlə çox gözəl bir sevgi

yaşamısınız deməsi oldu... Kaşki elə də qalsaydı.

Amma anladım və öyrəndim ki, sevgi bəzən bəs deyil.

Bu gün tam ayrılalı 2 il oldu... 2 il məndən və səndən nələri alıb apardı kim bilir...

Amma məndən çox şeyi aldı. Mən alışdım belə yaşamağa səni içimdə yaşamağa

bəzən ağlıma çox düşürsən həm də çox. Bəlkə də sənsizlikmiş səni mənə sevdirən...

Bunca illik ömürümü səndə qalan bu könlümü üzümdəki təbəssümlə təqdim

edirəm sənə bir gün bəlkə görmək istəyərsən. Amma bunu unutma ki,

bəlkə bir gün mənim qədər sevərsən birini amma sənin qədər sevilməzsən...


Bəs siz unuda bilirsinizmi?


Geri dön

Irane

  • 7 yanvar 2011 00:19
  • Məqalə: 8
  • Şərh: 651
  • Bal:
teussuf ki unuda bilmirem

--------------------

фея

  • 3 dekabr 2010 22:43
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
Bəs siz unuda bilirsinizmi?
unudulasi adami ne varki unutmaqa.cox sagol

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!

Ulya

  • 2 dekabr 2010 20:32
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox xosuma geldi

romantikim

  • 2 dekabr 2010 16:23
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Yox unuda bilmirəm

Made_In_Bakinka

  • 2 dekabr 2010 15:07
  • Məqalə: 86
  • Şərh: 2350
  • Bal:
{awards}
TWKLER... Maraqli yazidi...

Just For Legend

  • 2 dekabr 2010 14:26
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore sene minnttarligimi bildirirem

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}