Argentinada 40 il əvvəl qəzaya uğramış təyyarənin sərnişinləri arasında olan və dostlarını yeyərək sağ qalan uruqvaylı həkim Kandessa başına gələnlərdən danışıb.
AA-ya istinadən bildirir ki, Uruqvaydan Çiliyə uçan sərnişin təyyarəsi And dağlarının Argentinadakı hissəsində qayalıqlara çarpılmışdı.
Həmin qəzadan sonra sağ qalmış kardioloq Kandessanın indi 59 yaşı var.
O, F-277 təyyarəsinin 45 sərnişinindən biri idi.
Qəzadan sonra sağ qalmış 16 nəfər yardım gələnə qədər 732 gün gözlədilər və bu zaman acından ölməmək üçün adam əti yedilər.
Qəza zamanı 19 yaşlı tələbə olan Kandessanın dediyinə görə, ölmüş dostlarının cəsədlərindən tikələr qoparıb yeməsəydi, o da acından öləcəkdi.
"Ət protein və yağ "anbarı"dır. Əvvəlcə dostlarımın meyitlərindən iyrənirdim. Lakin sonra insan əti yeyə bildim. Mən ölsəydim, dostlarımın bədənimi parçalayıb yemələrini pis iş saymazdım", - Kandessa deyib.
Kandessanın dediyinə görə, sağ qalmaq ümidini tam itirmək ərəfəsində olanda anasını düşünüb. Məhz bu səbəbdən o, sağ qalmaq istəyib və adam əti yeyib.

Milli.Az