Sən mənim qarşıma çıxdığın zaman

 
Sən mənim qarşıma çıxdığın zaman

Sən mənim qarşıma çıxdığın zaman,
Dünya gözlərimdə dönür cənnətə...
Artır ürəyimin döyüntüləri,
Mən heyran qalıram bu məhəbbətə!

Bir anlıq günəş də gülür üzümə,
Yolların kənarı al-əlvan geyir...
Qopur baxışından xəfif təbəssüm,
Çırpınan qəlbimə nagahan dəyir!


Ayağım altına baxsam da,heyhat,
Nə yolu görürəm,nə də ki,izi...
Taleyin işinə mat qalmışam lap,
Niyə birləşdirmir əllərimizi!...

Bu qədər əzabın arasındayam,
Yanır ürəyimin başında nəsə...
Nə qədər şirindir bu yanmaq mənə,
Dönərəm atəşə,əgər”Dön”-desən!


Bu qara oğlanın boyuna baxma,
Yarsın sinəsini,ürəyinə bax...
Parçala,yarala,lap çarmıxa çək,
Sən onu rədd etmə,rədd etmə ancaq!

Acılı-şirinli həyatımızın,
Vüsal dəqiqəsi harasındadır!...
Qoymayaq səadət uçub yox olsun,
Ölüm qaşla gözün arasındadır!


Çıx mənim qarşıma məhəbbətinlə,
Gülsün səadətlə nəzərlərimiz.
Həsrətin şaxtası-buzu ərisin,
Ömür yollarını qoşa gedək biz!

Sən mənim qarşıma çıxdığın zaman


Geri dön

GuNaY_83

  • 12 noyabr 2012 16:49
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
Acılı-şirinli həyatımızın,
Vüsal dəqiqəsi harasındadır!...
Qoymayaq səadət uçub yox olsun,
Ölüm qaşla gözün arasındadır!

--------------------

classic_guiter_girl

  • 22 oktyabr 2012 21:42
  • Məqalə: 37
  • Şərh: 5646
  • Bal:
{awards}
Çıx mənim qarşıma məhəbbətinlə,
Gülsün səadətlə nəzərlərimiz.
Həsrətin şaxtası-buzu ərisin,
Ömür yollarını qoşa gedək biz!

my angel__

  • 16 oktyabr 2012 17:59
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Bir anlıq günəş də gülür üzümə,
Yolların kənarı al-əlvan geyir...
Qopur baxışından xəfif təbəssüm,
Çırpınan qəlbimə nagahan dəyir!

Ayağım altına baxsam da,heyhat,
Nə yolu görürəm,nə də ki,izi...
Taleyin işinə mat qalmışam lap,
Niyə birləşdirmir əllərimizi!...
.........superdir ,.,cox beyendim feel

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

ASENAT

  • 16 oktyabr 2012 13:40
  • Məqalə: 0
  • Şərh: 137
  • Bal:
{awards}
tesekurler. gozel serdi

--------------------
Imam Huseyn asiqi..........!

NeZNaKoMKa.

  • 16 oktyabr 2012 12:18
  • Məqalə: 385
  • Şərh: 2135
  • Bal:
{awards}
tewekkurler

--------------------

TAYNA VOSTOKA

  • 16 oktyabr 2012 12:09
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
Ayağım altına baxsam da,heyhat,
Nə yolu görürəm,nə də ki,izi...
Taleyin işinə mat qalmışam lap,
Niyə birləşdirmir əllərimizi!..
.

--------------------

...BARSA FANATI....

  • 16 oktyabr 2012 12:07
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Maraqli weirdir...sag ol...

GuNaY_83

  • 16 oktyabr 2012 11:09
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
Çıx mənim qarşıma məhəbbətinlə,
Gülsün səadətlə nəzərlərimiz.
Həsrətin şaxtası-buzu ərisin,
Ömür yollarını qoşa gedək biz!

--------------------

Demi Love

  • 16 oktyabr 2012 09:31
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}

Bu qədər əzabın arasındayam,
Yanır ürəyimin başında nəsə...
Nə qədər şirindir bu yanmaq mənə,
Dönərəm atəşə,əgər”Dön”-desən!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}