Hər şeydə bir xeyir vardır

 
Hər şeydə bir xeyir vardır

Hər şeydə bir xeyir vardır

Güclü bir imana sahib, Allahın gücünü gərəyi kimi təqdir edə bilən və Ona yaxın olan möminlər, Allahın özləri üçün yaratdığı hər hadisədə təvəkküllü davranar və hər şeydə mütləq xeyir olduğuna inanarlar.

Tam olaraq iman edə bilməyən, Allaha gərəyi kimi təslim ola bilməyən insanların yaşadıqları dağıtma, kədər və çarəsizlik kimi duyğular, möminlərdə görmək olmaz. Möminlər Allahın özləri üçün yaratdığı qədərdən razıdırlar. Və Quranda bildirilən:

"... Bəlkə, bir şey xoşunuza gəlməz, amma Allah onda çox xeyir edər." (Nisa Surəsi, 19)

"... Olar ki xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz." (Bəqərə Surəsi, 216) ayələrinin şüurunda olaraq hər zaman Allaha sığınırlar.

Allaha tam təslim olan möminlər bu çox əhəmiyyətli sirri bildikləri üçün, qarşılaşdıqları hadisələrdə xeyir və gözəllik axtararlar. Çətinlik və ya çatışmazlıq kimi görünən heç bir hadisəyə kədərlənməzlər. Məsələn illər boyunca çətinliklə çalışıb sahib olduqları bütün mallarını itirsələr belə, bunda bir xeyr olduğunu düşünər və Allaha sığınırlar. Allahın özlərini bir pislikdən və ya harama girməkdən qorumuş ola biləcəyinə inanır və şükr edərlər.

Eyni şəkildə çox çalışdığı halda istədiyi məktəbi qazana bilməyən bir insan, Allaha tam bir təslimiyyətlə sığınar və bunda mütləq bir xeyr olduğuna inanar. Allahın özünü o məktəbdəki bəzi təhlükələrdən, insanlardan və ya ətraflardan qoruduğunu düşünür. Heç bir şey olmasa belə Allahın təqdir etdiyi nəticənin özü üçün ən xeyirli nəticə olduğuna inanır və bunun üçün Allaha şükr edər.

Mənfi kimi görünən hadisələrin hamısında əslində böyük xeyirlər vardır. Buna görə hər hadisənin xeyirlə meydana gəldiyinə inanan insanlar 'kaş ki' kimi ifadələr istifadə etməzlər. Allah, hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox əhəmiyyətli xatırlatmalar edər, bunları ağıl və hikmət gözüylə dəyərləndirən insanlar üçün ortada çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah qatından bir dərs, xəbərdarlıq vardır. Bu xəbərdarlıqları fərq etmək və səhv etməkdən çəkinmək insanı sonsuz qurtuluşa aparar.

Ayrıca yaşanan bu mənfi hadisələr, insana acizliyini və möhtaclığını xatırladan, Allaha olan yaxınlığını artıran səbəblərdir. Hər zaman yolunda gedən bir həyata sahib olan insan, bir müddət sonra Allahı unudar və qəflət içində yaşar. Buna görə bu mənfiliklərə, insana Allahı xatırladan xeyirlər olaraq baxmaq lazımdır. Bu əslində insan üçün çox böyük bir nemət və şükür vəsiləsi; axirəti üçün də çox əhəmiyyətli bir xeyir və gözəllik deməkdir.

İnsan hər zaman hər hadisənin ardındakı xeyr və hikməti görə bilmir, ancaq, görə bilməsə belə mütləq bir xeyir olduğunu bilər və Allahın özünə hadisələrin ardında gizlənən xeyr və hikmətləri göstərməsi üçün dua edər.

Həyata bu dünyagörüşüylə baxan bir insan, Allahın izni ilə həm bu dünyada, həm axirətdə dinc bir həyata qovuşar.

Hər şeydə bir xeyir vardır


Geri dön

GuNaY_83

  • 17 oktyabr 2012 13:08
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
"... Bəlkə, bir şey xoşunuza gəlməz, amma Allah onda çox xeyir edər." (Nisa Surəsi, 19)

--------------------

ShoKKi_MoKKi

  • 16 oktyabr 2012 21:43
  • Məqalə: 801
  • Şərh: 11344
  • Bal:
{awards}
"... Bəlkə, bir şey xoşunuza gəlməz, amma Allah onda çox xeyir edər." (Nisa Surəsi, 19)

--------------------

ASMIYA

  • 16 oktyabr 2012 21:10
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
HƏR BİRİ ÇOX DOĞRU. SAĞ OLUN.

ANLAYIB ƏMƏL EDƏNLƏR İSƏ ÇOXXXX AZDIR.

--------------------


i love islam

  • 16 oktyabr 2012 21:00
  • Məqalə: 63
  • Şərh: 550
  • Bal:
{awards}
Dogurdanda her seyde bir xeyir var ALLAH RAZI OOLSUN

--------------------



sevmek iki dunya arasinda qalib,duwunmekdir......

sirinim

  • 16 oktyabr 2012 17:50
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ELBETDEKI HER BIR ISDE XEYIR VAR

hello kitty

  • 16 oktyabr 2012 16:40
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
her seyde bir xeyir vardir tesekurler ALLAH razi olsun

TAYNA VOSTOKA

  • 16 oktyabr 2012 15:10
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
"... Bəlkə, bir şey xoşunuza gəlməz, amma Allah onda çox xeyir edər."

--------------------

SmiLe_LiFe

  • 16 oktyabr 2012 15:02
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 47
Cəmi: 67

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}