Azərbaycanda ilk dəfə

 
Azərbaycanda ilk dəfə

Gələn ilin ortalarında Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.

Onun sözlərinə görə, artıq ürək-damar sistemi xəstəliklərinin yaranmasının gizli dövrünün monitorinqi texnologiyası hazırlanıb.

Əliyev bildirib ki, hazırda mobil telefonun şəkil, video çəkmək, SMS göndərmək, televizora baxmaq və s. kimi bir çox funksiyaları var. Telefonun funksiyalarından biri də ürək-damar xəstəliklərinin gizli dövrünün, yaxud da onun dinamikasının monitorinqini həyata keçirmək olacaq. Bunun üçün telefona xüsusi proqram yazılacaq.

"Bu proqram artıq institutda hazırdır. Bu proqramın siqnalı gələn kimi o, işləməyə başlayacaq. Görünəcək ki, sənin ürək-damar sistemin normadadır, ya yox, yaxud ürək-damar sistemi xəstəliklərində dinamika var, ya yox. Telefon deyəcək ki, artıq sənin vəziyyətin dəyişdi, sən həkimə müraciət etməlisən", - Əliyev deyib.

Onun sözlərinə görə, bu monitorinqlərin radiokanal vasitəsilə həyata keçirilməsini istəyirlər. Çünki bu halda xəstə qolundakı vericidən mobil telefonuna informasiya verilməsini hiss etməyəcək.

Əliyev deyib ki, ürək-damar xəstəliklərinin yaranmasının gizli dövründə küylər yaranır. Həmin küyləri analiz etdikdə xəstəliyin başlanmasının gizli dövrünü aşkarlamaq mümkün olur.

Bu xəstəliklərin monitorinqinin aparılmasını çox vacib sayan institut direktorunun sözlərinə görə, həkimlər müxtəlif üsullardan istifadə etməklə çox asanlıqla ürək-damar xəstəliklərinin diaqnozunu qoyurlar. Lakin ürək-damar sistemi xəstəlikləri 2-3 il əvvəldən yaranır.

"Həkimlər isə 2-3 ildən sonra diaqnoz qoyurlar ki, bu insanda ürək-damar xəstəliyi var. Buna görə də bu xəstəliklərin gizli dövrünün aşkarlanması problemdir. Diaqnoz qoymaq həkimlərin işidir. Biz monitorinq edəcəyik. Cihaz da göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur", - Əliyev deyib.

Qeyd edək ki, ürək-damar, onkoloji, diabet və qeyri-infeksion respirator xəstəliklərin daxil olduğu qeyri-infeksion xəstəliklər dünyada, eləcə də Azərbaycanda insan ölümünün səbəbləri arasında ilk yeri tutur. Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yerdə isə onkoloji xəstəliklər tutur


Geri dön

come back

  • 16 noyabr 2012 01:11
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
tewekkurler maraqlidir.

solnuska

  • 17 oktyabr 2012 18:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Gələn ilin ortalarında Azərbaycanda ilk dəfə olaraq, mobil telefon vasitəsilə insanın ürək-damar sistemi xəstəliklərinin gizli dövrünün və onun dinamikasının monitorinqini aparmaq mümkün ola bilər. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

GULCIN_ROSE

  • 17 oktyabr 2012 16:57
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
HE MARAQLIDIR.

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

my angel__

  • 17 oktyabr 2012 15:24
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
Xebre gore tewwekkurler

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Gözlüklü

  • 17 oktyabr 2012 15:03
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Tesekkurler

ღ★Diamond★ღ

  • 17 oktyabr 2012 14:35
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Həkimlər isə 2-3 ildən sonra diaqnoz qoyurlar ki, bu insanda ürək-damar xəstəliyi var. Buna görə də bu xəstəliklərin gizli dövrünün aşkarlanması problemdir. Diaqnoz qoymaq həkimlərin işidir. Biz monitorinq edəcəyik. Cihaz da göstərəcək ki, bu xəstəliyin yaranma ehtimalı var, ya yoxdur", - Əliyev deyib.

mylifeis_story

  • 17 oktyabr 2012 14:34
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

GuNaY_83

  • 17 oktyabr 2012 12:22
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
tewekkurler xebere gore....

--------------------

...BARSA FANATI....

  • 17 oktyabr 2012 10:36
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Melumat ucun sag ol...

Demi Love

  • 17 oktyabr 2012 09:24
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
çox sağolun xəbərə görə...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 29
Cəmi: 440
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}