Qədrini bilmədim, bagışla

 
Qədrini bilmədim, bagışla

Qədrini bilmədim, bagışla

İncitmiş olduğum bir var heyatda. Bir oktyabr günortası çıxdı qarşıma. Bir zamanlar yaxın idi mənə. Qəlbinin təmizliyi, sevgisinin istisinə aşiqiydim onun. Onu sevdiyimi zenn edirdi, ancaq sevgisinin utancından etiraf ede bilmirdim ona sevmədiyimi. Bağlıydım ona, ehtiyacım onun sevgisinə idi, o da əsirgəmirdi məndən sevgisini. Ən pis anımda çıxmışdı qarşıma, buraxmamışdı məni. Hüzur tapdığın tək insan idi "O". Qəhər boğur o düşəndə yadıma. Qırıq-qırıq cümlələrlə izah edirəm onu. Bağışlaya bilmirəm özümü. Çünki o məni sevirdi, mən başqasını.

Aldatdım ikimizi də. Bir gün sevərəm deyə özümü onu sevirmişəm kimi göstərərkən onu. Bağışla deməyə cəsarətim belə olmadan səssizcə ayrıldım ondan. Çıxıb getdim sakitcə həyatından. Başqasının mənə etdiyini mən ona etdim.


Vicdansızam, hə??? Bilirəm onsuzda. Bu gunah bəsdi mənə hər iki cahanda. Sevgi üçbucağında utanacam axirət günü. Çünki halallıq belə almadan öləcəm. Əslində o qədər saf qəlblidir ki, o qədər sevdi ki, bu qədər vaxtdan sonra, danışsam hər şeyi bağışlayar, istəsəm verər halallıq. Ancaq üzüm kəsmir, utanıram ona bu qədər istirab verəndən sonra.

Etiraf edirəm. Zamanında düşünürdüm ki, həyat iki yol arasında qoysa məni - ilk eşqim və o - mən onu seçərdim. Çünki O insan kimi insan idi. Tək onun yanında güvəndə ola bilirdim. O başqa idi. Ən pis anlarımda üzümü tək o güldürürdü. Tək amacı məni xoşbəxt etmək idi. Ara-sıra yalanları olsa da keçirdim. Düşünürdüm ki, onun bu yalanı mənim yalanımın qarşısında "0" qalır.


Qədrini bilmədim, bagışla

Görmədən sevdi məni, səsimlə, qarşılıqsız. Heçnə gözləmədən. "Bir mənim ol başqa istəyim yoxdur, məni buraxma, həmişə bir olaq" deyirdi mənə. Nifrət edirəm özümə. Vəfalı birinə vəfasızlıq etdim. Bir günahsıza. Ailəmi seçdim vermədilər deyə. Heç xoşbəxt olarammı mən??? Xoşbəxtliyi özüm - özümə haram bilirəm mən bu günahımın qarşısında.

Çox darıxıram onun üçün. Heç kimsə məni başa düşməyən zamanlarda, tək hiss edən anlarımda, çətin günlərimdə o olsa məni qurtarsa deyə deyirəm Rəbbimə. O olsa da güldürsə yenə üzümü. Onun qədər kim düşünürdü ki məni? Öz doğmalarım belə onun qədər düşünmədi məni. Bax, doldu yenə gözlərim. Acizəm. Onun bu sevgisinin qarşısında acizəm. Öldürücüdür onu düşündüyüm anlar. Vicdan əzabı rahat buraxmır. Damarlarımda qanım donur sanki. Dönmək istiyirəm ona hər şeyi atıb, her şeyə, hər kəsə üz çevirib. Qaçmaq istəyirəm ömrümün payızına doğru. Yuxari baxsam bığ, aşağı baxsam saqqal məsəlidir məndəki.

Bağışla məni sənə etdiyim bu pisliklərə görə. Vəfasızlığa görə. Bir gün biri tərəfindən öldürülərək öləcəksən desələr o SƏN ol istərəm. ALLAH belə bağışlamaz sən bağışlamasan. Çünki haqqına girdim. Səni heç vaxt unutmayacam. Yerin başqadır məndə. Mən sənin ilk məhəbbətin oldum deyə unutmayacam Səni, mənə görə vaz keçdiklərinə görə, Sevginin paklığına görə. Sən gəlmiş-getmişlərin ən fərqlisisən. Sən sevməyi bacaran yeganə insansan. Kimsə sevmədi Sənin qədər. Kimsə utandırmadı məni sənin qədər. Hər şey üçün bağışla məni. Bir cəsarətim olsaydı sənə bu sözləri qarşına keçərək deməyə. Bu yazdıqlarımı sətir-sətir deyib elə ordaca ölsəydim. Son gördüyüm insan Sən olsaydın. Səndən gələ biləcək halallığı belə çox görürəm özümə. Buna belə layiq görmürəm özümü. Bəlkə də buna görə keçib MƏNİ BAĞIŞLA deyə bilmirəm, cəsarətsizliyimdən yox.

Son olaraq bunu yazmaq istiyirem haqqında: "SƏN gəlmiş getmişlərin bütün "Sevirəm" deyənlərin ən yaxşısısan. Kimsə sənin kimi deyil. Sən hamıdan fərqlisən. Sən ürəkdən sevməyi bacaran yeganə insansan. Sən yanında güvəndə hiss etdiyim yeganə insansan. Sənə və sevginə heç vaxt layiq olmadim. Bu üzdən getdim mən həyatından. Düşünməki düşünmürəm səni mən. Sən düşünərkən əzab çəkdiklərimin ən ağırısan. Bu əzab mənə yetər, hələ bu da azdır mənə. Sənin xoşbəxt olmağın qədər arzu etmirəm artıq heçnəyi. Təki sən xoşbəxt ol. Çünki buna layiqsən. ARİF adamsan sən. Daha yaxşısına layiqsən sən. Qəlbinin gözəlliyi hər şeyə dəyər. Gözü yaşlı buraxdığım Qədrini bilmədim. ALLAHA əmanət ol gözəl insan."

Qədrini bilmədim, bagışla

Oxudum çox bəyəndim və sizinlə paylaşmaq istədim


Geri dön

GULCIN_ROSE

  • 22 oktyabr 2012 20:37
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
Etiraf edirəm. Zamanında düşünürdüm ki, həyat iki yol arasında qoysa məni - ilk eşqim və o - mən onu seçərdim. Çünki O insan kimi insan idi. Tək onun yanında güvəndə ola bilirdim. O başqa idi. Ən pis anlarımda üzümü tək o güldürürdü. Tək amacı məni xoşbəxt etmək idi. Ara-sıra yalanları olsa da keçirdim. Düşünürdüm ki, onun bu yalanı mənim yalanımın qarşısında "0" qalır.

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

Kamran.E

  • 21 oktyabr 2012 19:49
  • Məqalə: 5
  • Şərh: 1040
  • Bal:
{awards}
Geriyə dönərsən ümid bagladım
Bir rəsmin qalmışdı məndə saxladım
Sənin yoxluğunçün hər gün ağladım
Gəlib göz yaşımı silmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

--------------------
-İki Üzlü Olub Bir Dünyan üçün Yox , Bir üzlü Olub iki Dünyan üçün Yaşa!

solnuska

  • 21 oktyabr 2012 03:15
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
Kamran Tenha,
Mən sənə həyatım canım deyərdim
Mən səni ürəkdə əzizləyərdim
Mən sənə ürəyimi canımı verərdim
Sən mənim qədrimi bilmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Susqun_

  • 18 oktyabr 2012 20:22
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
twk...................

--------------------

mylifeis_story

  • 17 oktyabr 2012 21:43
  • Məqalə: 0
  • Şərh: 110
  • Bal:
{awards}
cox suer idiiiiiiiiiiiiiiiii

Prank girl

  • 17 oktyabr 2012 20:30
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
tesekkurler

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

AGLAYAN MELEK

  • 17 oktyabr 2012 20:03
  • Məqalə: 0
  • Şərh: 252
  • Bal:
{awards}
cooooox super idi tskler

Lemka19

  • 17 oktyabr 2012 18:08
  • Məqalə: 3
  • Şərh: 319
  • Bal:
{awards}
cox maraqli meqaledi tesekkurler

--------------------
Depresyon dedikləri bumu? Sanki yavaş yavaş her şeydən və hər kəsdən vaz geçirəm :'(

_ayan_

  • 17 oktyabr 2012 18:03
  • Məqalə: 1
  • Şərh: 100
  • Bal:
{awards}
heqiqeten superdiiii.bunun cumlebecumlesini mende yawamiwam axra qeder oxuyunca mende agladim ((((((.. mende o sehfi etmiwem ve ele pewmanamki elimde olsa onu geri qaytara bilsem yeniden bir ola bilsek...

TAYNA VOSTOKA

  • 17 oktyabr 2012 17:48
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
İncitmiş olduğum bir var heyatda.

--------------------

Orik

  • 17 oktyabr 2012 17:47
  • Məqalə: 7
  • Şərh: 34
  • Bal:
{awards}
Heleki Hershey Yaxshi Gedir!!!ellerin derd gormesin

--------------------

.♣.Chrysalis.♣.

  • 17 oktyabr 2012 17:35
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Sitat: Kamran Tenha
Geriyə dönərsən ümid bagladımBir rəsmin qalmışdı məndə saxladımSənin yoxluğunçün hər gün ağladımGəlib göz yaşımı silmədin ey yar...Sən məni nə üçün sevmədin ey yar...


ela seirdi dostum no

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Kamran Tenha

  • 17 oktyabr 2012 17:30
  • Məqalə: 78
  • Şərh: 115
  • Bal:
{awards}
Mən səni sevirdim sevərdim yenə
Sevgimi səninlə böləydim yenə
Mən sənin uğrunda öləydim yenə
Sən məni nə üçün sevmədin ey yar...

Sevgidə tək idim səni səslədim
Mən sənin sevginə nəğmə bəslədim
Sevgimi səninlə bölmək istədim
Sevgini mənimlə bölmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Düşürsən yadıma sən yenə hərdən
Həsrətin saçıma salıbdı ağ dən
Mənə yox deyəndə soruşdum nədən
Sən susdun danışıb dinmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Mən sənə həyatım canım deyərdim
Mən səni ürəkdə əzizləyərdim
Mən sənə ürəyimi canımı verərdim
Sən mənim qədrimi bilmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Söylə atdın məni sən niyə ay qiz
Qalmıışam mən indi Tənha və yalqiz
Cavab ver! nə üçün çıxdın vəfasız
Sən getdin geriyə dönmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Geriyə dönərsən ümid bagladım
Bir rəsmin qalmışdı məndə saxladım
Sənin yoxluğunçün hər gün ağladım
Gəlib göz yaşımı silmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Mən səni görəndə sevgili canan
Ucadan söylədim ay Allah aman
Dərdindən divanə olmuşdu Kamran
Çox heyif qedrimi bilmədin ey yar...
Sən məni nə üçün sevmədin ey yar...

Belkede o insan ona aldanmıyib, sadəcə ona inanmağı seçib....

--------------------
Esil aşiq odu ğz yarı üçün can versin,
Canını istənilən an ona qurban versin..

K.T

come back

  • 17 oktyabr 2012 17:16
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
{awards}
qedrini hec bile bilmedim bagiwla

sevgi14

  • 17 oktyabr 2012 16:46
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
sonradan bilirler bax qedrimizi

--------------------
nenaviju lyubov,
serdsa ne spit,
volcitsa,
zima,
krov,
_____ya lyublyu MaSiAnA_________

solnuska

  • 17 oktyabr 2012 16:37
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
coox saq olun xebere gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

J ♥ S

  • 17 oktyabr 2012 16:01
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
qedrini bildime qedrimi bilmedi yende bagiwladim.... tewekkur edirem cox gozeldi)))

--------------------
J & S ∞♥....

my angel__

  • 17 oktyabr 2012 15:55
  • Məqalə: 291
  • Şərh: 11176
  • Bal:
{awards}
Ay ayyyyy ne gewmeg meqaledi bi!

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Demi Love

  • 17 oktyabr 2012 15:46
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
maraqlıdır təşəkkürlər...

nurlana77

  • 17 oktyabr 2012 15:38
  • Məqalə: 13
  • Şərh: 1792
  • Bal:
{awards}
Son olaraq bunu yazmaq istiyirem haqqında: "SƏN gəlmiş getmişlərin bütün "Sevirəm" deyənlərin ən yaxşısısan. Kimsə sənin kimi deyil. Sən hamıdan fərqlisən. Sən ürəkdən sevməyi bacaran yeganə insansan. Sən yanında güvəndə hiss etdiyim yeganə insansan. Sənə və sevginə heç vaxt layiq olmadim. Bu üzdən getdim mən həyatından. Düşünməki düşünmürəm səni mən. Sən düşünərkən əzab çəkdiklərimin ən ağırısan. Bu əzab mənə yetər, hələ bu da azdır mənə. Sənin xoşbəxt olmağın qədər arzu etmirəm artıq heçnəyi. Təki sən xoşbəxt ol. Çünki buna layiqsən. ARİF adamsan sən. Daha yaxşısına layiqsən sən. Qəlbinin gözəlliyi hər şeyə dəyər. Gözü yaşlı buraxdığım Qədrini bilmədim. ALLAHA əmanət ol gözəl insan."

--------------------
PleAsE DoNT Open My FloWeR MouSE :)))

...BARSA FANATI....

  • 17 oktyabr 2012 15:24
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
cox beyendim....atdim secilmislere...

angel nice:)

  • 17 oktyabr 2012 15:17
  • Məqalə: 0
  • Şərh: 224
  • Bal:
{awards}
hmmmmmmmmm..................nbilim eeeeee temam deyil e bele aglamaq, ayriliq.................neyse

--------------------
sen bir bulud, mense senin goz yawlarinammmmm

Мой Мир

  • 17 oktyabr 2012 15:04
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
Ama bu sozu vaxt gelecek men yox, o mene deyecek

--------------------
∞♥

NeRVoZ

  • 17 oktyabr 2012 14:52
  • Məqalə: 3
  • Şərh: 221
  • Bal:
{awards}
ela cox beyendim

✰Dгeaм✰

  • 17 oktyabr 2012 14:50
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
ღ★Chrysalis★ღ,

Askim aferin sana guzel makale....

.♣.Chrysalis.♣.

  • 17 oktyabr 2012 14:48
  • Məqalə: 784
  • Şərh: 6329
  • Bal:
{awards}
Sitat: ۩۞๑EDIQ๑۞۩
oyyy oyyy neler varmish

hele bu harasidi wink

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

..::MisS DioR::..

  • 17 oktyabr 2012 14:48
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
xebere gore tesekkurler.....

--------------------

Gözlüklü

  • 17 oktyabr 2012 14:45
  • Məqalə: 216
  • Şərh: 9553
  • Bal:
{awards}
Cox maraqli idi cooox beyendim tesekkurler

Gunel

  • 17 oktyabr 2012 14:45
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
{awards}
oyyy oyyy neler varmish

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

ShoKKi_MoKKi

  • 17 oktyabr 2012 14:44
  • Məqalə: 801
  • Şərh: 11794
  • Bal:
{awards}
coox super idi..duygulandim ee recourse twkkk... :((

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 411
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}