Çox ağıllı olmaq üçün çalışmayın

 
Çox ağıllı olmaq üçün çalışmayın

Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər.

İngiltərənin Uorik Universitetində çalışan psixoloq Tomas Hills xatırladıb ki, təkamüldə hər şey bir-birilə qarşılıqlı əlaqədədir. Orqanizmin hətta hansısa xırda xüsusiyyətinin dəyişməsi dərhal bütün sistemin dəyişməsinə gətirib çıxaran zəncir yarada bilər. Əlbəttə, yaxşı olardı ki, insanın boyu 2,5 metr olsun. Onda bu zaman ürək qanı belə yüksəyə qovmaq üçün gücləndirilmiş rejimdə işləməli olardı. Ona görə də insanın orta boyu 180 santimetrdən çox olmur.

Eynilə beyində də belədir. Onun böyük olması üçün insanın başının ölçüsü dəyişməlidir. Buna görə də doğuş zamanı problemin yaranmaması, daha doğrusu yekəbaş uşağın ilişib qalmaması üçün qadının çanaq sümüyü müvafiq olaraq xeyli genişlənməlidir. Lakin bu halda da bütün skeletin quruluşu dəyişməlidir. Bu isə insanın hərəkət mexanikasına təsir edərdi. Yəni yeriş və korpusun quruluşu tamamilə başqa cür olardı. Belə parametrlərin əsası tədrici inkişafın gedişində qoyulub və onlara hər hansı təsir etmək cəhdləri mütləq əlavə təsirlərə gətirib çıxaracaq.

Hətta əgər orqanizmdə hansısa anomal dəyişiklik təbii olaraq baş verərsə, onlar əlavə təsirlərlə müşayiət olunurlar. Belə ki, orta intellekt əmsalı (İQ) avropalılardakından xeyli yuxarı olan yəhudi aşkenazlar əsəb sisteminin irsi xəstəliklərindən, misal üçün Teya-Saksa xəstəliyindən əziyyət çəkirlər. Onların heyranedici əqli qabiliyyətləri 2 min il ərzində tədrici inkişaf seleksiyası sayəsində inkişaf edib. Lakin ağılın yaxşılaşması ciddi xəstəliklərə gətirib çıxarıb.

Alimlərin fikrincə, tərkibində metilfenidat və ya amfetamin olan preparatlar mərkəzi sinir sistemini stimullaşdırır və şübhəsiz ki, əsəb pozğunluqlarının aradan qaldırılmasında insanlara kömək edir. Lakin əgər sağlam adam onlardan istifadə etsə, bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Eksperimentlər göstərir ki, belə preparatlardan istifadə edən adamlar test və tapşırıqları çox pis yerinə yetirirlər.

«Böyük sayda adamlar beynin işinin yaxşılaşdırılması üçün dərmanlar qəbul edirlər. Belə bir məntiqi sual yaranır ki, nəyə görə biz ağıllı olmamışıq», — psixoloq Tomas Hills maraqlanıb. Və alim özünün qoyduğu «Nə üçün insan təbiətin verdiyindən daha çox inkişaf edə bilməz?» sualına özü cavab verir: çünki insanda superbeynin yaranması mümkün deyil. Həm də bəzən pis yaddaş və zəif diqqət bizi xilas edir. «Təsəvvür edin ki, əgər biz hər şeyi xatırlasaydıq, həyatımız nə qədər çətin olardı. Deməli, keçmişdə baş vermiş xoşagəlməz hadisələr daim gözlərimiz önündə canlanar və onlar bizim sakit yaşamağımıza imkan verməzdi», — Hills qeyd edir.


Geri dön

come back

  • 7 noyabr 2012 01:15
  • Məqalə: 588
  • Şərh: 11716
  • Bal:
tewekkurler maraqli meqaledir.

my angel__

  • 18 oktyabr 2012 17:25
  • Məqalə: 291
  • Şərh: 10821
  • Bal:
{awards}
Sitat: pro100 nigar
Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər.

--------------------
Səndən sonra içimdə yoxdur qorxu. Çünki səni itirmək idi ən pis qorxulu duyğu.. #17

solnuska

  • 18 oktyabr 2012 17:24
  • Məqalə: 0
  • Şərh: 16070
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

_Susqun_

  • 18 oktyabr 2012 17:08
  • Məqalə: 34
  • Şərh: 2346
  • Bal:
{awards}
TESSEKKURLER MESLEHET UCUN..........

--------------------

Gözlüklü

  • 18 oktyabr 2012 14:24
  • Məqalə: 216
  • Şərh: 9220
  • Bal:
{awards}
Tesekkurler

Demi Love

  • 18 oktyabr 2012 14:22
  • Məqalə: 16
  • Şərh: 1854
  • Bal:
{awards}
təşəkkürlər xəbərə görə...

TAYNA VOSTOKA

  • 18 oktyabr 2012 13:36
  • Məqalə: 653
  • Şərh: 4001
  • Bal:
{awards}
Adamlar tez-tez beyinlərini daha yaxşı işləməyə məcbur etmək, diqqəti və yaddaşı yaxşılaşdırmaq üçün hər cür preparatlardan istifadəyə can atırlar. Lakin alimlər xəbərdarlıq edirlər ki, insan artıq öz inkişafının son həddinə çatıb və o, daha ağıllı ola bilməz, həblər isə düşüncə prosesini yalnız korlaya bilər.

--------------------

SmiLe_LiFe

  • 18 oktyabr 2012 13:14
  • Məqalə: 465
  • Şərh: 3186
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

fatimeyinur

  • 18 oktyabr 2012 12:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
meslehete gore thanks!!!

J ♥ S

  • 18 oktyabr 2012 12:43
  • Məqalə: 445
  • Şərh: 3395
  • Bal:
{awards}
Ehh. yaddawim yoxdu aglim yoxdu problemde yoxdu:D belede olmek yaxwidi. tewekkur...))))

--------------------
J & S ∞♥....

...BARSA FANATI....

  • 18 oktyabr 2012 12:16
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Maraqli meslehet ucun sag ol...

GuNaY_83

  • 18 oktyabr 2012 11:07
  • Məqalə: 282
  • Şərh: 21751
  • Bal:
{awards}
cox sag ol.....

--------------------

..::MisS DioR::..

  • 18 oktyabr 2012 08:56
  • Məqalə: 147
  • Şərh: 3792
  • Bal:
{awards}
xebere gore tesekkurler.......

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}