Qədəri inkar edənlərə rəddiyyə

 
Qədəri inkar edənlərə rəddiyyə

Şübhələrə cavab:

1- Qədəri inkar edənlər öz batil etiqadlarını isbat etmək üçün bu ayələri dəlil olaraq gətirirlər. Uca Allah buyurur:

- “İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi.
(Ali İmran, 152)

- “Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar.
(Fussilət, 49)

Və iddia edirlər ki, bu ayələrdə Allahın (subhənəhu və təalə) istəyi qeyd olunmadığından, demək bəndə əməli öz istəyi ilə edir və Uca Allahın bu istəkdə bir payı yoxdur.

Bu şübhəyə cavab olaraq deyirik ki, Qurani-Kərimdə insanın iradəsi olan dəlil kifayət qədərdir və bu ayələr də öz-özlüyündə iki qismə bölünür:

I - Həm Allahın, həm də bəndənin istəyi qeyd olunan ayələr. Məs:

-Bu, aləmlərə yalnız bir nəsihətdir –sizlərdən doğru yolda olmaq istəyənlər üçün.Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
(Təkvir, 27-29)

- Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz!
(İnsan, 29-30)

- Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir.
(Bəqərə, 253)

Bu ayələrdə həm Uca Allahın, həm də bəndənin istəyi qeyd edilmişdir, bu ona dəlalət edir ki, bir əməlin həyata keçməsində həm Allahın, həm də insanın istəyi olmalıdır.

II – Yalnız bəndənin istəyi qeyd edilən ayələr. Məs:

- Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın.
(Bəqərə, 223)

- Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın.
(Kəhf, 29)

Bu ayələrdə yalnız insanın istəyi qeyd olunsa da, öncəki ayələr dəlildir ki, burada həm də Allahın istəyi qəsd edilir.

2- Uca Allahın bu ayəsini dəlil olaraq gətirirlər:

- Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!
(Muminin, 14)

Və onlar iddia edirlər ki, bu ayədə bir neçə Xaliqdən bəhs edilir, fəqət onların ən gözəli Uca Allahdır. Bu da dəlildir ki, insan öz əməlini özü xəlq edir.

Bu iddiaya cavab olaraq deyirik ki, bu ayədə Xaliq sözü — ən gözəl surət verən mənasındadır. Ümumən ərəb dilşünaslarının (Əbubəkr əl-Ənbəri və s.) qeyd etdiyi kimi, Xəlq sözü iki mənada işlənir. Əsli olmayan, yəni öncələr bənzəri olmayan bir şeyin yaradılması və bir şeyi digər bir hala salmaq, ona başqa bir surət vermək.

Həmçinin Uca Allah buyurur:
- Hər şeyi O xəlq etmişdir.
(Ənam, 101)

Burada “hər şey” dedikdə, insanın əməlləri də buraya daxildir.

3- Onlar bu ayəni dəlil olaraq gətirirlər:

- Onlara belə xitab ediləcəkdir: «Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!»
(Əraf, 43)

Və iddia edirlər ki, burada Allah mükafatı insanın öz əməlləri müqabilində verir və bu da dəlildir ki, insan öz əməlini xəlq etməyə qadirdir.

Bu iddiaya cavab olaraq deyirik ki, ayədəki “bimə” sözündə olan “bi” hərfi əməlin səbəbini ifadə etməkdədir. Yəni, o əməlinizin səbəbi müqabilində mənasını verir. Çünki Uca Allah həm səbəbləri, həm də səbəblərdən əmələ gələnləri xəlq etmişdir.

İbn Uyeynə buyurur:
- Əhli-Sünnə alimləri ittifaq etmişdir ki, Cəhənnəmdən qurtuluş Allahın əfvi ilə, Cənnətə giriş isə Allahın rəhmi ilədir. Fəqət, orada dərəcələrə bölüm isə, insanın öz əməlləri müqabilində olacaqdır. Bu Əhli Sünnənin etiqadıdır.

Həmçinin onlara cavab olaraq Qulun əməllərinin Uca Allahın yaratdığını isbat edən ayələri misal göstərmək olar:

- Sizi də, sizin əməllərinizi də Allah yaratmışdır.
(Saffət, 96)

- Hər şeyi O xəlq etmişdir.
(Ənam, 101)

Həmçinin Huzeyfə (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

- Həqiqətən, əməl edəni də, onun etdiyi əməli də Allah yaratmışdır.

İmam Buxari bu hədis haqqında deyir:
- Bu hədis dəlildir ki, bəndənin əməllərini Allah (subhənəhu və təalə) yaratmışdır və onlar məxluqdurlar.

Qədəri inkar edənlərin şübhələrini puç edən əqli dəlillər:

1- Bu batil əqidə sahiblərinin ən böyük xətası odur ki, onlar Allahın sifəti olan- “Allahın kəlamını”- Hər şeyi O xəlq etmişdir. (Ənam, 101) ayəsinə daxil edirlər, lakin məxluq olan- “qulun əməlini” bu ayədən çıxarırlar. Məhz bu səbəbdən onlar Allahın kitabına məxluq demişdirlər. Yəni, Allahın kəlamını məxluqdan sayırlar, lakin məxluqun özünü məxluqdan saymırlar. Bu həqiqətən də, ağılsızlıqdır.

2- Məgər mümkündürmü ki, Allah insanı yaratsın, lakin onun nə edəcəyindən xəbəri olmasın?! Yəni, bu cür iddia, o anlama gəlir ki, Uca Allah yalnız xəlq etməyi bacarır, bundan sonrasını isə bacarmır. Bu cür iddia isə küfrdür.

3- Bəndə Allahın mülkü olduğu halda, Ondan xəbərsiz nə isə etməsi mümkünsüzdür. Həmçinin, Onun istəmədiyi bir şeyi də edə bilməz, burada mütləq Allahın istəyi olmalıdır.

4- Onlara “Allah qullarının nə edəcəyini öncədən bilirdimi?” sualını verdikdə, həddi aşanlar deyirlər:
- Xeyr! Allah bilmirdi.

Bu söz küfr olduğundan, əksər qədəriyyəçilər belə cavab verir:
- Bəli! Allah öncədən bilirdi.

Və əgər Uca Allah bəndənin nə edəcəyini öncədən bilirdisə, o zaman insan etdiyi bu əməldə Allahın bildiyinə müvafiq oldumu, yoxsa müxalif oldu?

Əgər onlar “Müvafiq oldu!”- desələr, bu o deməkdir ki, bu Allahın istəyi ilə olub.

Əgər “Müxalif oldu!” – desələr, o zaman onların sözündə ziddiyyət yaranır. Yəni, siz Allahın öncədən bildiyini dediniz, bəndə isə Allahın bildiyinə müxalif oldu, bəs elə isə, Allah necə bilirdi? Axı bəndə Onun bildiyinə müxalif oldu?!

Qədəri inkar edənlərə rəddiyyə


Geri dön

come back

  • 16 noyabr 2012 02:37
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
Allah razi olsun.

★Mermaid★

  • 18 oktyabr 2012 22:25
  • Məqalə: 64
  • Şərh: 1098
  • Bal:
{awards}
Onlara “Allah qullarının nə edəcəyini öncədən bilirdimi?” sualını verdikdə, həddi aşanlar deyirlər:
- Xeyr! Allah bilmirdi.

Bu söz küfr olduğundan, əksər qədəriyyəçilər belə cavab verir:
- Bəli! Allah öncədən bilirdi.

Və əgər Uca Allah bəndənin nə edəcəyini öncədən bilirdisə, o zaman insan etdiyi bu əməldə Allahın bildiyinə müvafiq oldumu, yoxsa müxalif oldu?

Əgər onlar “Müvafiq oldu!”- desələr, bu o deməkdir ki, bu Allahın istəyi ilə olub.

Əgər “Müxalif oldu!” – desələr, o zaman onların sözündə ziddiyyət yaranır. Yəni, siz Allahın öncədən bildiyini dediniz, bəndə isə Allahın bildiyinə müxalif oldu, bəs elə isə, Allah necə bilirdi? Axı bəndə Onun bildiyinə müxalif oldu?!
Canim Allah razi olsun....

--------------------

Demi Love

  • 18 oktyabr 2012 20:13
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
Allah razi olsun...

fatimeyinur

  • 18 oktyabr 2012 20:05
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
COX SAG OLUN!

_Susqun_

  • 18 oktyabr 2012 20:01
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
allah razi olsun............

--------------------

ziko92

  • 18 oktyabr 2012 19:09
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
2- Məgər mümkündürmü ki, Allah insanı yaratsın, lakin onun nə edəcəyindən xəbəri olmasın?! Yəni, bu cür iddia, o anlama gəlir ki, Uca Allah yalnız xəlq etməyi bacarır, bundan sonrasını isə bacarmır. Bu cür iddia isə küfrdür.

--------------------
...

solnuska

  • 18 oktyabr 2012 18:28
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN......................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

★Love Pearl★

  • 18 oktyabr 2012 18:16
  • Məqalə: 335
  • Şərh: 4368
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Azerbaijan Medical University smile

ღ★Diamond★ღ

  • 18 oktyabr 2012 18:12
  • Məqalə: 340
  • Şərh: 9466
  • Bal:
{awards}
Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz

my angel__

  • 18 oktyabr 2012 18:11
  • Məqalə: 291
  • Şərh: 11177
  • Bal:
{awards}
I - Həm Allahın, həm də bəndənin istəyi qeyd olunan ayələr. Məs:

-Bu, aləmlərə yalnız bir nəsihətdir –sizlərdən doğru yolda olmaq istəyənlər üçün.Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
(Təkvir, 27-29)

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

Priya

  • 18 oktyabr 2012 17:58
  • Məqalə: 115
  • Şərh: 1946
  • Bal:
{awards}
Bir onu deyə bilərəm ki, belə bir cümlə var:
"Kader deyip geçme,
Biz insanların kaderini kendi çabalarına görə kıldık!"

--------------------




...BARSA FANATI....

  • 18 oktyabr 2012 17:56
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH razi olsun...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}