Yenədəmi belə edərdik?

 
Yenədəmi belə edərdik?

Həyatımı yenidən yaşaya bilsəydimmi, ya da vaxtında dəyərləndirə bilsəydimmi?

Yaz gələr "ufff nə qədər yağış yağır" , yay gəldi "ayda belə də isti olar"

payızda "nə qədər yarpaq süpürəreee adam" qışda da " ay Allah dondum soyuqdan"

deyə şikayətlənərik, təbiətin gözəlliyindən anlamaq istəmərik belə....

*****

Xəstələnərkən ilk ağlımıza gələn "Mən indi yataqda yatacam və hər şey alt-üst gedəcək,

yox mənə nə qədər çətin olsa da gərək işimin başında olum" deyərik...

*****

Evimizə yeni bəzək əşyası aldığımız halda onu işlətməyə qıymarıq

"əşi, qoy qalsın bir qonağım gələr o zaman işlədərəm, qoy görsün ki,

nə gözəl əşyalarım var" deyə düşünərik...

*****

Evimizə gələn birini dinləmək əvəzinə olan olmaz problemlərimizi ona söylər,

ona danışmağa belə imkan vermərik...

*****

Canımız acısa belə evləri tər təmiz təmizlər,

evdəki əzizlərimizə vaxt belə ayırmağı unudarıq..

*****

Əzizlərimizin partlamış qarğıdalı və ya bu kimi istəyini belə etməyə çəkinərik ki,

"amandı evdə qoxu gələr, evi yanıq hisi bürüyər" deyə onların qəlbini bilmədən qırarıq...

*****

Bizi sevən, əzizləyən bizə həyatda qarşılaşa biləcəyimiz hər çətinliyi başa salmağa

çalışan baba və nənələrimizi dinləmək istəmərik,

onlara vaxt ayırmağa vaxtımıza qıymarıq belə...

*****

Yeni ailə qurarkən həyat yoldaşımıza olan sevgi

və məsuliyyəti illər keçdikcə azaldarıq...

Bizi dəyərləndirib bizə vaxt ayıran qohumlarımızın görüşünə

ya min bəhanəylə getməz, ya da vaxtından daha gec gedərik....

*****

Saçım dağıldı, paltarım ləkəndi, uzaq gəz məndən deyə uşaqlarımızı acılarıq...

*****

Televizora baxarkən izlədiyimiz filmin təsirinə elə düşürük ki,

sanki əzizimizin taleyinə tamaşa edirik, halbuki əzizimiz həmin

duruma düşsə ya onu dinləmədən qınayar, ya da tək kəliməylə

"günah hər zaman öləndədir" deyib özümüzdən uzaqlaşdırarıq....

*****

Bir şey alarkən ilk "nə qədər ömrü var" deyə soruşarıq,

amma heç düşünmərik ki, bizim ömrümüz nə qədərdir???

*****

Yenicə hamilə olduğumuzu anladığımızda "ay Allah tez bitsin də bu dövr,

tez görüm də balamı" deyə düşünərik, amma həmən

9 ayın nə qədər gözəl olacağını düşünmərik...

*****

Daha sonra körpələrimzə vaxt ayırmağı belə unudarıq,

onları bizi öpməsinə izin belə vermərik "get işim var sonra gələrsən" dəyə körpələrimiz acılarıq...

*****

Və bu kimi ən bəsit hadisələri gedişatları gözümüzdə böyüdərək özümüzə

içindən çıxa bilməyəcək problemə çeviririk.. Halbuki, bir düşünsək ki,

bəlkə 10 gün, bəlkə 1 gün, bəlkə də 1 saat ömrümüz qalıb... Yenədəmi belə edərdik???


Geri dön

CandyGirl

  • 3 dekabr 2010 16:22
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
mArAqLı mövzuyA görə müəllifə soNsuz təşəKKürLər...

--------------------

Just For Legend

  • 3 dekabr 2010 15:37
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

Sergio Ramos

  • 2 dekabr 2010 21:33
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
mArAqLı mövzuyA görə müəllifə soNsuz təşəKKürLər...

--------------------

MinawkA

  • 2 dekabr 2010 21:08
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
cox ela..ellerinize sagliq..super..

--------------------
herkese inanmamagi heyat oyretdi..

Ulya

  • 2 dekabr 2010 21:04
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}