Səhiyyə Nazirindən sensasion açıqlamalar

 
Səhiyyə Nazirindən sensasion açıqlamalar


Oqtay Şirəliyev: "Əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir"

Azərbaycanın Səhiyyə Nazirliyində ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin

fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən SƏHİYYƏ NAZİRİ

Oqtay Şirəliyev deyib ki, bu tədbirin təşkil olunmasında əsas məqsəd özəl tibb müəssisələrində

olan bir sıra problemlərı müzakirə etməkdir. Nazir özəl sektor subyektlərinin fəaliyyətlərindəki

bəzi boşluqlardan söz açıb: “Bu gün ana olmaq üçün özəl tibb müəssisəsinə

gələn gənc qız, yaxud onun körpəsi tələf olmamalıdır. Burnunun çəpər

əyriliyini düzəltmək üçün yaxud hər hansı bir əməliyyat üçün özəl klinikaya gələn şəxs ölməməlidir”.

Nazir həmçinin, əlavə edib ki, laborator müayinələr, çox baha başa gələn bir analizlərdir.

Lakin yoxlamalar göstərir ki, bir çox hallarda müxtəlif özəl klinikalarda eyni

analizlərin tam fərqli nəticələri olur. Bəzi özəl klinikalarda həddindən artıq səliqəsiz,

qanunsuz iş qurulduğunu deyən O. Şirəliyev sənədləşmə işində

də çox böyük qüsurlar olduğunu xüsusi vurğulayıb.

O. Şirəliyev daha sonra özəl tibb müəssisələrinin özünü reklam işlərini düzgün

qurmamalarına da toxunub: “Müxtəlif telekanallarda çıxış edən həkimlər

tam təminat verməklə onlara tamaşa edən insanların hissləri ilə oynamamalıdır.

Ölkəyə gələn xarici həkimlərin fəaliyyəti üçün onların diplomları Təhsil Nazirliyi

tərəfindən təsdiqlənməlidir, Səhiyyə Nazirliyi tərəfindən xüsusi razılıq alınmalıdır.

Yalnız bu proseduralardan keçdikdən sonra onların fəaliyyəti mümkündür”.

Belə halların təkrarlanmaması üçün nazir əvvəllər olduğu kimi bundan sonra da

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrinə diqqətini daha da artıracağını bildirib.

Bundan başqa nazir özəl tibb müəssisələrinin fəaliyyətlərinin daha da

təkmilləşdirilməsi üçün xüsusi seminarların təşkil olunacağını deyib.


Geri dön

RoMaNTiK SerSeRi

  • 11 fevral 2012 11:16
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
COXX SAQOLUN YAZAN ELLERIVIZ VAR OLSUN

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

CandyGirl

  • 3 dekabr 2010 16:24
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
mArAqLı mövzuyA görə müəllifə soNsuz təşəKKürLər...

--------------------

Just For Legend

  • 3 dekabr 2010 15:38
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli xebere gore minnettaram

--------------------

damla15

  • 2 dekabr 2010 21:00
  • Məqalə: 3
  • Şərh: 232
  • Bal:
{awards}
tewekkur edirem

Sergio Ramos

  • 2 dekabr 2010 20:49
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
ilk şərh məndən tŞk...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}