Cenifer Lopezi Bakıya İrana görə gətiriblər?

 
Cenifer Lopezi Bakıya İrana görə gətiriblər?

İranlıların əsəbiləşdiyini hiss etmək mümkündür

Jurnalist Joby Warrick “Vaşinqton Post” qəzetində dərc etdirdiyi təəssürat yazısına belə bir sərlövhə qoyub.

O, primadonna J-Lo-nun Bakıya gəlişini belə təsvir edir:

Bu ölkənin İrana qarşı ideoloji silahı Bakıya ötən ayın axırlarında, Kaliforniyadan şəxsi təhlükəsizlik qüvvəsinin, heyranedici pirotexniklərin və zər-zibalı qarderobun müşaiyəti ilə təyyarələr armadasında gəlib”.

Təxminən 30 minlik izdiham Xəzərin sahilində bu mini-istilanın liderinə tamaşa etməyə toplaşıb, yazır Warrick , - “Salam, sevgililər” şüarı ilə Jennifer Lopez ətəyini yellədə-yellədə səhnəyə çıxır və Azərbaycan pərəstişkarlarını sevindirən və elə bu dənizin başqa sahilində qərar tutmuş əmmaməli ayətüllahları qəzəbləndirən ritmik disko himnini səsləndirir”.

İranlıların əsəbiləşdiyini hiss etmək mümkündür”, - bunu jurnalistə əksəriyyəti şiə olan 9 milyonluq ölkənin ABŞ pop-ulduzunun ilk konsertinə gəlmiş rəsmilərindən biri söyləyir, - belə şeylər onları dəli edir”.

Joby Warrick yazır ki, İran liderlərinin təşvişini başa düşmək çətin deyil.
İranın uzunmüddətli rəqibi olan Azərbaycan anti-İran, dünyəvi və Qərbə meylli regional ölkə kimi İranın istədiklərinin tam tərsinəsi edir.

İran təcridolunmanın və iqtisadi sabitsizliyin girdabına batdıqca, onun şimal qonşusu tam əks istiqamətdə şütüyür, Qərblə, enerjiyə susuz Avropanı Xəzərin neft sərvətlərinə birləşdirən kəmərlərlə yanaşı, siyasi və mədəni bağlarını da möhkəmləndirir, - deyilir məqalədə, - İran repressiv və teokratik olduğu qədər, Azərbaycan ictimai və dini baxımdan tolerantdır. Ölkə özünü müsəlman çoxluqlu cəmiyyətə malik, lakin dünyəvi, qadın idmançıları olan, Qərb musiqisini və sənətçilərini sevən bir ölkə kimi tanıtdırır”.

Müəllif qeyd edir ki, üstəlik, Azərbaycan, İranın məhv edəcəyini vəd etmiş olduğu İsraillə diplomatik və biznes əlaqələrinə malikdir.

Joby Warrick yazır ki, Azərbaycan liderləri bir qayda olaraq onların yürütdükləri siyasətin İrana qarşı olmadığını vurğulayırlar və onların ərazicə daha böyük və xasiyyətcə daha tündməcaz cənub qonşuları ilə mehriban münasibətlərinin mövcud olduğunu deyirlər.

Lakin buna baxmayaraq, amerikalı jurnalistin fikrincə, müasirləşməyə doğru atılan hər addım, Bakının getdikcə genişlənən beynəlxalq səhnəsində öz səsi ilə kütləni coşduran hər bir Qərb primadonnası, Azərbaycanı İran hökumətindən bir az da uzaqlaşdırır və bu region üzrə Qərb ekspertlərinin fikrincə, sadə İranlıları qıcıqlandırır.

Jurnalist ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda isə müşavir kimi çalışan Matthew Bryza - dan sitat gətirir:

Bu, İran rejiminin uzun müddətdə yaşarlığı üçün ən ciddi təhlükələrdən biridir. Azərbaycan hər gün iqtisadi cəhətdən möhkəmləndikcə və Avro-Atlantika icmasına daha möhkəm bağlandıqca, İran rejimi daha da zəifləyir”.

Bununla belə, jurnalistin fikrincə, Azərbaycanın regional nümunə olmaq üçün çatışmayan cəhətləri var.

Məqalədə həmçinin ölkədə bir siyasi partiyanın dominantlığından, bərbad insan haqlarından və Azərbaycanın 20 ildir ki, içində olduğu Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

Qafqazinfo


Geri dön

come back

  • 17 noyabr 2012 03:22
  • Məqalə: 588
  • Şərh: 11994
  • Bal:
xebere gore tewekkurler.

GULCIN_ROSE

  • 23 oktyabr 2012 20:04
  • Məqalə: 2
  • Şərh: 1051
  • Bal:
{awards}
LAP YAXSI,,,,,,,,,,,,,,,,////

--------------------
Mene Hicab yarawmaz deyen xanim,sen ozun Hicaba yarawmaga caliw.

GuNaY_83

  • 20 oktyabr 2012 14:21
  • Məqalə: 282
  • Şərh: 22357
  • Bal:
{awards}
COX SAG OL....

--------------------

fatimeyinur

  • 19 oktyabr 2012 19:55
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
eee bunlarin da soz-sohbeti bitmir de

my angel__

  • 19 oktyabr 2012 18:53
  • Məqalə: 291
  • Şərh: 11173
  • Bal:
{awards}
tewekkurelr meqaleye gore...

--------------------
Помни, что ты - мое все ❤

Gözlüklü

  • 19 oktyabr 2012 18:16
  • Məqalə: 216
  • Şərh: 9552
  • Bal:
{awards}
Hm tesekkurler

_Susqun_

  • 19 oktyabr 2012 17:20
  • Məqalə: 34
  • Şərh: 2450
  • Bal:
{awards}
tessekkur xebere gore.......

--------------------

love emo

  • 19 oktyabr 2012 17:18
  • Məqalə: 30
  • Şərh: 2601
  • Bal:
{awards}
eelede xos um gelmir ondan

--------------------
Bəzən müdrik olman belə yetməz onu anlamağa.

Demi Love

  • 19 oktyabr 2012 17:01
  • Məqalə: 16
  • Şərh: 1976
  • Bal:
{awards}
təşəkkür edirəm xəbərə görə...

_QUEEN_

  • 19 oktyabr 2012 15:25
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
thanksssssssssss

--------------------
THANKS__<3__

...BARSA FANATI....

  • 19 oktyabr 2012 14:56
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Melumat ucun sag ol...

..::MisS DioR::..

  • 19 oktyabr 2012 14:31
  • Məqalə: 147
  • Şərh: 4052
  • Bal:
{awards}
tesekkurler xebere gore.........

--------------------

TAYNA VOSTOKA

  • 19 oktyabr 2012 14:28
  • Məqalə: 653
  • Şərh: 4340
  • Bal:
{awards}
O, primadonna J-Lo-nun Bakıya gəlişini belə təsvir edir:

--------------------

solnuska

  • 19 oktyabr 2012 14:25
  • Məqalə: 0
  • Şərh: 16530
  • Bal:
{awards}
HMM.....................

--------------------
Getmədən əvvəl düşün;
Çünkü qayıtdığında tapdığınla
Gedərkən qoyduğun əsla eyni olmayacaq!

::Jessica Alba::

  • 19 oktyabr 2012 14:25
  • Məqalə: 13
  • Şərh: 1791
  • Bal:
{awards}
tewekkurleeeeeeeeeeeeeeeeer

nuraska

  • 19 oktyabr 2012 14:24
  • Məqalə: 0
  • Şərh: 1298
  • Bal:
{awards}
hmmmmm maragliidi

--------------------
kim Meni Dostlugdan silib Allah razi olsun mende fikirlesirdimki bulari basimnan nece redd edim http://youtu.be/14mqF-fpc4Q

R.M Fanatı...

  • 19 oktyabr 2012 14:03
  • Məqalə: 36
  • Şərh: 3317
  • Bal:
{awards}
melumata gore twkler.....

--------------------

Avril_lavigne

  • 19 oktyabr 2012 13:47
  • Məqalə: 58
  • Şərh: 2603
  • Bal:
{awards}
twk xebere gore...

--------------------
Terk edilmemis bir tek AYRILIK kaldi...

DILEKLER

  • 19 oktyabr 2012 13:45
  • Məqalə: 128
  • Şərh: 5385
  • Bal:
{awards}
xebere gore twk

ZaLaToY PaReN

  • 19 oktyabr 2012 13:43
  • Məqalə: 12
  • Şərh: 1399
  • Bal:
{awards}
twk xebere gore...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}