YERSİZ QƏM

 
YERSİZ QƏM


Bə’zən dünyanı kölgəyə oxşadırlar. Dünyanın arxasınca getdikcə o qaçır. Amma ondan üz çevirən insanın ardınca gəlir. Əgər ətrafımızı diqqətlə nəzərdən keçirsək deyilənlərin həqiqət olduğunu görərik. Dəlicəsinə dünya ardınca qaçanlar daha böyük məhrumiyyətlərə və problemlərə düçar olurlar. Digər bir tərəfdən, dünyaya arxa çevirib axirət işləri ilə məşğul olanlar ac-susuz qalmır. Bə’zən axirət aşiqləri dünya aşiqlərindən daha çox bəhrələnir. Bir sözlə, əsası dünyaya əsir olmamaqdır. İnsan Allah-təalanın ona yetirdiyi halal ne’mətlərdən istifadə etməli, bu ne’mətlərin şükrünü yerinə yetirməlidir. Ne’mətlər cüz’i olduqda qəmlənməyə dəyməz. Həzrət Əmirəl-mö’minin (ə) buyurur: "Dünyada əlinizdən alınanlara görə qəmlənməyin". Həzrətin uyğun buyuruğu bir Qur’an ayəsində xatırlanır: "Əlinizdən bir şey çıxanda qəmlənməyin, əlinizə bir şey düşəndə şadlanmayın".
Rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə) zöhd haqqında soruşulduqda həzrət hazırkı ayəni oxudu. Rəvayətdən anlaşılır ki, zahid dedikdə heç də yoxsul insan nəzərdə tutulmur. Zahid o insandır ki, dünyaya əsir olmasın. Bəs dünyaya əsir olmamağın əlaməti nədir? Cavab budur ki, dünyaya əsir olmayan insan əlindən bir şey çıxdıqda nigaran olmur. O düşünür ki, nəyi varsa Allahın əmanətidir, bir müddətlik ona tapşırılıb və sonradan geri alınasıdır.
Özünüz düşünün, bir şəxs verdiyi əmanəti geri alanda narahat oluruqmu? Həqiqi zahid o insandır ki, dünya malını Allahın əmanəti sayır. Ona görə də əlindən bir şey çıxanda qəmlənir. Bə’ziləri az miqdar pul itirdikdə işlərini-güclərini atıb ev-eşiyi ələk-vələk edir, itirdiyini tapmağa çalışır. Adam da var ki, məsələn, üzüyünü və saatını itirdiyi üçün gecə yata bilmir. Bəli, bütün bunlar dünyaya əsirlik nişanəsidir. Həqiqi zahid bu sayaq əsarətlərdən azaddır və itkilər onun qəddini əymir. Əslində böyük miqdarda dünya malı əldə etdikdə də zahid insan şadlanmır. Çünki o əlinə düşənə əmanət kimi baxır. Bu səbəbdən də nə əldə etdikdə sevinir, nə də əlindən çıxdıqda qəmlənir!
Əslinə qalsa, insanın əsas ehtiyacları qida, libas məskəndən ibarətdir. Bundan artıq dünya malının nə faydası var?! Axı bank hesabındakı milyardlar insanı necə xoşbəxt edə bilər? Axı həmin milyardlardan yalnız kiçik bir hissəsi insanın ehtiyaclarını tə’min edir. Ehtiyacdan artıq var-dövlət yalnız qəm-qüssə gətirir. Əmin olun ki, böyük sərvət arzusu yalnız şeytan vəsvəsəsidir. Amma yenə də məsələni məsələyə qarışdırmayaq. Əgər bir şəxs böyük sərvət əldə edib həmin sərvəti xeyriyyə işlərinə sərf etsə onu dünyaya bağlı insan saymaq olmaz Əslində o axirət üçün çalışır. Rəvayətdə bu nöqtəyə də toxunulub. Bir şəxs imam Sadiqə (ə) belə ərz edir: "Ey peyğəmbər övladı, siz dünyanı məzəmmət edirsiniz. Hansı ki, biz dünyanı əldə etmək üçün tər axıdırıq". Həzrət buyurur: "Dünyanı nə məqsədlə istəyirsən?" Həmin şəxs ərz edir: "Dolanışıq xərcləri, ailə-övladın təminatı, həcc, sədəqə üçün!" Həzrət buyurur: "Sənin sadaladığın işlərə görə qazanmaq dünyaya yox, axirətə bağlılıqdır." Dünyapərəstlik budur ki, insan yalnız dünya ləzzətlərindən faydalanmaq üçün pul arzulasın. Amma zəruri ehtiyaclar, ziyarətlər, xeyriyyə işləri üçün qazanmaq axirət üçün faydalı səydir.


Geri dön

Just For Legend

  • 3 dekabr 2010 15:32
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli xebere gore minnettaram

--------------------

Milawka

  • 3 dekabr 2010 13:27
  • Məqalə: 75
  • Şərh: 582
  • Bal:
{awards}
EMEYE HORMET OLARAQ XEBERE GORE TWK

Ulya

  • 2 dekabr 2010 21:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 31
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}